Məhkəmə qərarları › İş №2(125)-3684/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3684/2023

16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3684/2023 16.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv arayışında qeyd edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərin texniki inventarziyası və qiymətləndirilməsinin texniki pasportda hüquq sahibinin adının “X10” kimi qeyd olunduğu və X8 ilə sənədlərində qeyd olunan “X4 “eyni şəxs olmalarını təsdiq edən sənədin adına düzəliş edilməsi yəni, X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası X8 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. O, Ərizəçi mərhum atası X5 vərəsəsi olaraq ünvan 3 evi miras qalmışdır. Həmin evə dair onun adına qanuni vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 2 saylı Notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 2 saylı Notariat ofisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi - 3 saylı Gəncə Ərazi İdarəsinə mərhum atası X5 adına çıxarış verilməsi üçün xx.xx.2023-cü il tarixli, 131 nömrəli məktub göndərilmişdir. Eyni zamanda tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi - 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2917/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənisinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri "publik hüquqi şəxsi 3 - saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edimiş sənədlər arasında uyğunsuzluğun olduğu, belə ki, texniki pasportda hüquq sahibinin adının "X10" kimi qeyd olunduğu və X8 ilə sənədlərində qeyd olunan" X4 "eyni şəxs olmalarının təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 3-21-3-33/2-2917/2023 nömrəli bildirişində X5 vərəsəsi Ərizəçi bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlər arasında uyğunsuzluq olduğu, belə ki, texniki pasportda hüquq sahibinin adının “X9” kimi qeyd olunduğu və X8 ilə sənədlərdə qeyd olunan “X4” eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə ünvanlanmış 18 fevral 2023-cü il tarixli, 131 nömrəli məktubunda bildirilmişdir ki, X8 xx.xx.1987-ci ildə vəfat etmişdir. Mərhumun vərəsəsi oğlu – Ərizəçi notariat ofisinə müraciət edərək bildirmişdir ki, mərhumun vəfatından sonra ünvan 3 ünvanda yerləşən evi miras qalmışdır və həmin evə dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin, sənədləri nəzərdən keçirdikdən sonra məlum olmuşdur ki, göstərilən evin çıxarışı yoxdur. Odur ki, göstərilən evə dair Ərizəçi adına notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mərhum X6 çıxarış verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 22 fevral 2023-cü il tarixli, 3-21-3-33/2-K-0009-8/23 nömrəli məktubunda Kərimov (Səfərov) Məmmədəli Ələkbər oğlunun vərəsəsi Ərizəçi bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinin pasportuna əsasən X4 istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. AZ-T seriyalı, 232869 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X8, anası – X2r. İİİ-ЖГ seriyalı, 387923 nömrəli, 19 avqust 1987-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 19 avqust 1987-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 avqust 1987-ci il tarixdə 464 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 3-48-DA-4F/2-K- 226/6/2023 nömrəli arxiv arayışından görünür ki, X8 1921-ci ilin ilk yarımilliyində doğulmuşdur. Atası – X13, anası – X11r. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 3-48-DA-4F/2-K- 227/8/2023 nömrəli arxiv arayışından görünür ki, X8 ilə X7 arasında nikah bağlanmışdır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mərhum X3 ünvan 2 ünvanı miras qalmışdır. X1 vərəsəsi olan oğlu Ərizəçi sözügedən miras əmlaka dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 2 saylı Notariat ofisinə müraciət etmiş, eyni zamanda ünvan 2 ünvanı üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə vermişdir. Lakin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 3-21-3-33/2-2917/2023 nömrəli bildirişində X5 vərəsəsi Ərizəçi bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlər arasında uyğunsuzluq olduğu, belə ki, texniki pasportda hüquq sahibinin adının “X9” kimi qeyd olunduğu və X8 ilə sənədlərdə qeyd olunan “X4” eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Hazırda ərizəçi texniki pasportda olan uyğunsuzluğu səbəbindən mülkiyyətində olan əmlak üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 3-48-DA-4F/2-K-226/6/2023 nömrəli arxiv arayışına əsasən Ərizəçi mərhum atası Məmmədəli Kərimovun atasının soyadı Səfərov olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv arayışında qeyd edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərin texniki inventarziyası və qiymətləndirilməsinin texniki pasportda hüquq sahibinin adı səhvən “X9” kimi qeyd olunmuş və ərizəçinin mərhum atası X8 ilə sənədlərdə qeyd olunan “X9” eyni şəxslərdir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin sözügedən sənədin ərizəçinin mərhum atası X6 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsümu ərizəçiyə aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərin texniki inventarziyası və qiymətləndirilməsinin texniki pasportunun mərhum X6 münasibətdə ona məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar