Məhkəmə qərarları › İş №2(125)-3719/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3719/2025

25.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3719/2025 25.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış qaz borunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 13-cü döngə, 15 nömrəli evə dair istehlakçı İddiaçı adına əsassız olaraq hesablanmış 19921 m³ qaza görə 4440,79 manat pul məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsininin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.4 maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddiaçıya ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçıya ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərdadldan onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar