Məhkəmə qərarları › İş №2(125)-3753/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3753/2025

25.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3753/2025 25.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi vəkil X3, Cavabdeh1 və digər Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisi) qarşı xx.xx.2022-ci il tarixli 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, (üçüncü şəxs Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisi)nə qarşı xx.xx.2022-ci il tarixli 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisində bağlanmış 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 151000 manata satın almışdır. Lakin, alqı-satqı müqaviləsini rəsmiləşdirməmişlər. O, ona görə cavabdehdən ilkin olaraq ödədiyi 110000 manat məbləğində pula yazılı qəbz almışdır. Cavabdehlə aralarında olan razılığa əsasən o, 2 ay müddətində özünə başqa yerdən ev alıb, evi ona təhvil verəcəkdi. Həmin 2 ay müddətində isə o, ona borclu olduğu 41000 manat pulun hamısını hissə-hissə vermişdir. Lakin, müddət gəlib çatdıqda Cavabdeh1 notariat orqanına gedib, evi sənədləşdirməkdən imtina etmişdir. Ona görə də, o, məhkəmədə ona qarşı 151000 manat pul tələbinə dair iddia qaldırmışdır. Lakin, məhkəmə tərəfindən onun işinə düzgün baxılmayaraq, yalnız ona verdiyi 151000 manat puldan 65400 manat pulun Cavabdeh1 alınıb ona verilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2552/2020 saylı qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(104)-1765/2021 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmədən, cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2552/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(102)-356/2023 saylı qərarı ilə vəkili tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Onun vəkilinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olduğu müddətdə Cavabdeh1 məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün uydurma əqd-bağışlama müqaviləsi əsasında onun mülkiyyətində olan və ona satdığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini qızı Cavabdeh2 adına keçirtmişdir. Müqavilə əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Belə ki, Cavabdeh1 **********81-10301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evini ünvan 4estr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi icraya yönəlsə də, icra edilməmişdir. Cavabdeh1 məxsus əmlak uydurma əqd-bağışlama müqaviləsi əsasında başqa şəxsin adına keçirildiyindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi tam olaraq uydurma əqddir. Yuxarıda qeyd olunan bağışlama müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsində müəyyən edildiyi kimi sırf görünüş üçün bağlanmış əqddir. Hazırda mübahisə olunan əqdin rəsmiləşdirilməsində məqsəd borclu Cavabdeh1 müqavilənin predmeti olan əmlakın mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilməsinin qarşısını almaqdır. Belə olan halda, onun alacağı məbləğin borclunun adına olan əmlak hesabına ödənilməsi imkanı aradan qalxmış və tələbkar kimi onun hüquqları pozulmuşdur. Ona görə də hesab edir ki, hazırki bağışlama müqaviləsi uydurma əqd olmaqla bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və ətrafa həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə onun mənafeyi pozulduğundan həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Ona görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh1 ona olan borcundan ötən müddət ərzində cəmi 8000 manat ödəmişdir. Hazırda Cavabdeh1 pensiyasından ona hər ay 170 manat pul ödənilir. Onun 70-ə yaxın yaşı var. Cavabdeh1 verdiyi pul özünə ev almaq üçün topladığı pul olmuşdur ki, Cavabdeh1 hazırda pulu ona qaytarmaq istəmir. Ona görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə İddiaçı nümayəndəsi vəkil X6 iddianı müdafiə edərək, iddianın qanuni və əsaslı olduğunu bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini o, səhhətində yaranmış problemlərlə bağlı, yəni xəstəliyi ilə əlaqədar qızı Cavabdeh2 bağışlamışdır. Buna baxmayaraq, hazırda özü də həmin evdə yaşayır. Məhkəmə qətnaməsinə əsasən iddiaçıya olan 65 min manat borcundan 15 min manat məbləğini ödəmişdir. O, əvvəllər Rusiya Federasiyasında işləyib pul qazanırdı və əmin idi ki, həmin borcu ödəyə biləcək. Sonradan onun ölkədən kənara çıxması məhdudlaşdırıldığından işləyə bilmədi və ona görə də borcunu ödəyə bilmədi. Borcun qalan hissəsi isə hər ay pensiyasından 200 manat çıxılmaqla ödənilir. 2022-ci ildə evi qızına bağışlamasının səbəbi isə təkcə xəstəliyi olmuşdur. Sonda onun həmin evdən başqa yaşayış yeri olmadığını bildirmiş və idda tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmədə Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə iştirak etmiş, təmsil etdiyi cavabdehə qarşı irəli sürülən iddianı qəbul etməmiş, verdiyi etirazda göstərmişdir ki, İddiaçı iddia tələbinin əsası ondan ibarətdir ki, Cavabdeh1 özünə məxsus mübahisəli fərdi yaşayış evini qızı, yəni hüquqlarını müdafiə etdiyi Cavabdeh2 bağışlayarkən, həmin iradə ifadəsi həqiqi olmamaqla, uydurma əqd formasında təzahür etmişdir. Dərhal başdan qeyd edilməlidir ki, İddiaçı iddia tələbi yalnızca mülahisələrə əsaslanmaqla, heç bir həqiqəti əks etdirməməkdədir. Belə ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin həyata keçirilməsinin birdən çox səbəbləri olmuşdur ki, bunlardan ən birincisi Cavabdeh1 səhhətində olan və hələ də davam edən ciddi narahatçılıqlardır. İddiaçı qeyd edir ki, mülki iş Ali Məhkəmənin icraatında olan zaman Cavabdeh1 uydurma əqd bağlayaraq mübahisəli əmlakı qərəzli şəkildə adından çıxarmışdır ki, icra sənədi həmin əmlaka yönələ bilməsin. Cavabdeh1 belə bir fikri var idisə, həmin evi, birinci instansiya, ən pis halda Apelyasiya instansiyası məhkəməsinin gedişatında adından çıxarmalı idi. Yəni Cavabdeh1 məqsədi borcun həmin əmlaka yönəlməsinin qarşısını almaq olubsa, bunu mülki iş birinci və ikinci instansiya məhkəmələrində olan zaman edərdi, çünki bu ərəfələrdə iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət olunmuş, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməkdən imtina etmiş və həmin qərardad Gəncə Apelyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Cavabdeh1 fərdi yaşayış evini qərəzli şəkildə adından çıxarmaq fikri olsa idi, elə həmin ərəfələrdə, yəni 2021-ci ilin əvvəllərində bunu edərdi, ona görə ki, artıq İddiaçı fikri açıq-aydın ortada idi ki, borcun ödənilməsi evə yönəldilsin. Yəni hər iki instansiyanın mövcud qərardadlarından məlumatlı olan Cavabdeh1 fərdi yaşayış evini həmin ərəfələrdə adından çıxarmamış, yalnızca səhhətində olan həyati təhlükəni hiss etdiyi zaman həmin fərdi yaşayış evini qızı Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 ürəkdamar sistemində ciddi problemlərin bağlanğıcı hələ 2020-ci ilə təsadüf etsə də, 2022-ci ilin iyul ayında xəstəliyi şiddətlənmiş və əməliyyat olunmaq zərurəti yaranmışdır. Əməliyyata girməyə hazırlaşılan ərəfədə sözügedən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən qızı Cavabdeh2 bağışlanılır. Bağışlamanın tarixinə nəzər salınarsa açıq-aşkar bəlli olur ki, bağışlanma, müayinənin nəticələrinin pis çıxmasından 2 ay sonra, yəni əməliyyata hazırlaşılan ərəfədə olmuşdur. Həyati təhlükə olduğu üçün adına olan əmlakı qızı Cavabdeh2 bağışlamışdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın əsassız və yalnız formal mülahizələrə əsaslanan iddia olması səbəbi ilə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki işin materiallarında olan ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0.0465 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına mülk kimi qeydə alınmışdır. Mülki işin materiallarında olan, Gəncə 6 saylı Notariat Ofisində təsdiq olunmuş 28 sentyabr 2022-ci il tarixli, 4Ə-595 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənmiş surətindən müəyyən olunur ki, həmin müqaviləyə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 153.4 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. Mülki işin materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ünvan 7 ünvanında 0.0465 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.4 kv.m fərdi yaşayış evi 28 sentyabr 2022-ci il tarixli, 4Ə-595 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmış, sonuncunun adına 11 oktyabr 202-ci il tarixli, **********81-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh1 ilə X4 birgə nikahından xx.xx.1990-cı il tarixdə doğulmuş Cavabdeh2 adlı bir uşaqları vardır. Mülki işin materiallarında olan, Gəncə Apelyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(104)-1765/2021 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(044)-2552/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 65400 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş, həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(044)-2552/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən ümumi sahəsi fərdi yaşayış evini İddiaçı satmaq barədə razılaşmışlar və İddiaçı da məhz həmin fərdi yaşayış evini satın almaq məqsədlə 65400 manat pulu Cavabdeh1 vermişdir.. Mülki işin materiallarında olan, 24 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2552/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. Mülki işin materiallarında olan, tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Cavabdeh1 tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində könüllü icra edilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla işin halları kimi müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən ümumi sahəsi fərdi yaşayış evini İddiaçı satmaq barədə razılaşmışlar və İddiaçı da məhz həmin fərdi yaşayış evini satın almaq məqsədlə 65400 manat pulu Cavabdeh1 vermişdir. Daha sonra Cavabdeh1 həmin evi İddiaçı satmaqdan imtina etmiş və aldığı pulu da qaytarmamışdır. Bundan sonra İddiaçı məhkəməyə müraciət etmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, Cavabdeh1 65400 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda həmin qətnamə icra olunmamışdır. Cavabdeh1 mülkiyyətində olan həmin fərdi yaşayış evini 28 sentyabr 2022-ci il tarixdə öz qızı Cavabdeh2 bağışlanmış, sonuncunun adına 11 oktyabr 2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda Cavabdeh1 həmin fərdi yaşayış evində də yaşayır. İddiaçı ona 28 sentyabr 2022-ci il tarixli, 4Ə-595 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmış, sonuncunun adına 11 oktyabr 2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmədə iddiaçı bildirmişdir ki, 65400 manat puldan cavabdeh ona cəmi 8000 manat ödəmiş, hazırda hər ay cavabdehin pensiyasından ona 170 manat ödənilir. Öz növbəsində cavabdeh də iddiaçıya yalnız pensiyasından hər ay pul ödəyə biləcəyini, başqa yerdən pul ödəmək imkanının olmadığını bildirmişdir. Məhkəmə, iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin müqavilənin etibarsızlığını tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; -337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 27. 337.4. maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Baxılan işdə İddiaçı, cavabdehlər arasında bağlanmış bağıçlama müqavilələrinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, cavabdeh ona olan 65400 manat məbləğində borcunu artıq neçə ildir ki, ödəmir. Həmin borcun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan bağışlama müqaviləsini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. İddiaçı ona istinad edir ki, mübahisə olunan əqdin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilənin predmeti olan daşınmaz əmlakın mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur. Məhkəmə qeyd edir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 48. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni zamanda, MPM-in 4.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, cavabdehin öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdin etibarsız sayılması barədə tələb irəli sürməyə iddiaçının subyektiv hüququ vardır və hazırki iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir. Məhkəmənin qənaətincə, cavabdeh məhz həmin borcun onun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan bağışlama müqaviləsini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının hazırki vəziyyətdə davam etməsi o anlama gəlir ki, 70-ə yaxın yaşı olan cavabdeh 70-ə yaxın yaşı olan iddiaçıya olan borcunu 20 ilə yaxın müddət ərzində ödəyə bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, həmçinin hesab edir ki, cavabdehin iddiaçıya olan borcunun məhz həmin əmlak hesabına ödənilməsi istisna edilmir. Belə ki, cavabdeh məhz həmin əmlakı iddiaçıya satmaq adı altında iddiaçıdan pul almışdır. Yəni, cavabdehin iddiaçıdan aldığı pul vəsaiti hesabına başqa yedən özünə yaşayış yeri seçəcəyi məlum məsələdir və bütün faktiki hallara məcmu halında hüquqi qiymət verildikdə hesab edilir ki, cavabdehin iddiaçıya olan borcunun məhz həmin əmlak hesabına ödənilməsi üçün tutmanın həmin əmlaka yönəldilməsi istisna edilmir. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı sayılmalı və təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisində bağlanmış 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11 oktyabr 2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarış ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar