Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3756/2023 10.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılmış qeydiyyatın ləğvi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılmış qeydiyyatın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 15 mart 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və cavabdeh DƏDKR publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçının qardaşıdır və mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2019-cu ilin mart ayına qədər onun xüsusi mülkiyyətində olmuşdur. Ailə üzvünün evində yaşadığı üçün qardaşına, onun maddi durumunu nəzərə alaraq, 2015-ci ildən həmin evdə müvəqqəti yaşamağa icazə vermişdir. 2019-cu ildə isə qardaşı ilə aralarında, ata yurdu olması səbəbindən evi satmamaq şərti ilə həmin evi ona bağışlayacağı barədə şifahi razılaşma olmuşdur. Həmin ilin 15 mart tarixində notarius vasitəsi ilə aralarında bağışlanma müqaviləsi bağlanmışdır. Buna müvafiq olaraq cavabdeh DƏDKR PHŞ 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən dövlət reyestrində Cavabdeh2 adına evə dair qeydiyyat aparılaraq çıxarış verilmişdir. Lakin bir müddət sonra əsl niyyət və məqsədini reallaşdırmaq üçün Cavabdeh2 aralarındakı razılaşmanı pozaraq evi satmaq qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Yuxarıda sadalanan normalara uyğun olaraq bağışlama müqaviləsinin etibarsız hesab olunması və reyestrdəki qeydin ləğv edilməsinə hüquqi əsaslar yaranmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Bu səbəbdən Cavabdeh2 ilə aralarında bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab olunmalı və daşınmaz əmlakın dövlət reyestrində mübahisə predmeti olan fərdi yaşayış evinə dair cavabdeh DƏDKR PHŞ 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur. Göstərilənlərə əsasən MM-in 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Odur ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 mart 2019-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və cavabdeh DƏDKR publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən vertilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Rx seriyaslı ******* saylı Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.0556 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 92.8 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ünvan 3 ünvanında 0.0556 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 92.8 kv.m olan ona məxsus fərdi yaşayış evini Cavabdeh2 bağışlanmışdır. Bağışlanma ilə bağlı müqavilədə hər hansı şərt qoyulmamışdır. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tam və hərtərəfli araşdırılması və tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 3 ünvanında 0.0556 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 92.8 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı ünvan 3 ünvanında 0.0556 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 92.8 kv.m olan ona məxsus fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. İddiaçı həmin mülkü bağışlayarkən satmamaq şərti ilə bağışladığını, cavabdehin isə həmin şərtə əməl etməyərək evi satmaq istədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ilk növbədə iddianın hüquqi əsasları ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.2.-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1.3-cü maddəsinə əsasən hədiyyə verən, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. İş materiallarından göründüyü iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 339.3-cü maddəsinə istinad edərək, əqdin aldatma yolu ilə məcəllədə müəyyənləşdirilmiş şərtlərlə bağlandığını qeyd etmiş və bu səbəbdən bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iddiaçı cavabdehin onu aldatmaqla müqavilənin bağlanmasına nail olmasına sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan və təmin edilmədiyindən, reyestrdə aparılmış qeydiyyatın ləğvi hissəsində də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılmış qeydiyyatın ləğvi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3756/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3756/2023
10.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver