Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3761/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Yusifəli oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh3nə və Cavabdeh2 qarşı «hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi» tələbi barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X1 cavabdehlər Gəncə şəhəri İcra İdarəsinə, Cavabdeh3nə («Hidayətoğlu şirkətlər qrupu» məhdud məsuliyyətli cəmiyyəti) və Cavabdeh2 qarşı Gəncə şəhəri İcra İdarəsinin *9.*6.2*2*-ci il tarixli ŞY132814/2*18 nömrəli sifariş məktubunun qanunsuz hesab edilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 26 oktyabr 2*2*-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianın həcminin azaldılması və Gəncə şəhəri İcra İdarəsinin cavabdehlər siyahısından çıxarılması barədə ərizə ilə müraciət edərək, yalnız Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 26 oktyabr 2*2*-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Gəncə şəhəri İcra İdarəsi, Cavabdeh3 («Hidayətoğlu şirkətlər qrupu» məhdud məsuliyyətli cəmiyyəti) və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Mülki işin məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında mülki işin ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığı müəyyən edilmişdir. Belə ki, işdə olan «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh3 ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 5D; Cavabdeh2 rəsmi qeydiyyata alındığı ünvan isə ünvan 3sini (vəkilini) dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığına, cavabdehlərdən Cavabdeh3 ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 5D; Cavabdeh2 rəsmi qeydiyyata alındığı ünvan isə ünvan 4yyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etdiyinə görə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə verməlidir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh3nə və Cavabdeh2 qarşı «hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi» tələbi barədə iddiasına dair mülki iş baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh3nə və Cavabdeh2 qarşı «hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi» tələbi barədə iddiasına dair mülki iş baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3761/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3761/2023
13.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver