Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3815/2024 16.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, cavabdehlər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında (Yeni qaydalarla AZ2006, ünvan 2nə dair İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 hüquqlarının dövlət qeydiyyatını təsdiq edən çıxarışın ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Cavabdeh2 Azərbaycan Respublikasının Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyata alınmaqla (VÖEN № **********) "YK kredo" adı altında lombard fəaliyyəti ilə məşğul olur, qızıl-zinət əşyalarını girov götürməklə cavabdehə şəxsi istehlak üçün nəzərdə tutulan qısa müddətli kreditlər verərək sahibkarlıq fəaliyyətini həyata keçirir. Cavabdeh2 tərəfindən iddiaçıya İddiaçı2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 37350 manat kredit verilmişdir. İddiaçı2 verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuşdur. Eyni zamanda həmin kreditin təminatı olaraq xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında (Yeni qaydalarla AZ2006,ünvan 2 Cavabdeh1 xüsusi mülkiyyətinə keçmişdir. Sonradan həmin əvvəlki kredit yenilənərək Cavabdeh2 tərəfindən iddiaçıya İddiaçı1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 52000 manat kredit verilmişdir. İddiaçı1 verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuşdur. Bundan əvvəlki kredit yenilənərək Cavabdeh2 tərəfindən iddiaçıya İddiaçı1 (İddiaçı2 həyat yoldaşı) xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətinə, illik 54 faiz dərəcəsi ilə 89060 manat kredit verilmişdir. İddiaçı1 verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuşdur. Hazırda xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 ünvan 1 ünvanında (Yeni qaydalarla AZ2006,ünvan 2ndən çıxmalarını tələb edir. Halbuki, İddiaçı1 və İddiaçı2 digər ailə üzvləri ilə birlikdə müqavilə bağlandığı gündən bu günədək həmin evdə yaşamalarına imkan verilməsi, müqavilənin predmeti olan evin real dəyərinin müqavilədə göstəriləndən xeyli yüksək olması mübahisəli müqavilənin alğı-satqı məqsədi ilə bağlanmadığını təsdiq edir. Belə ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi formal xarakter daşımış, sadəcə olaraq qeyd edilən kreditlərin təminatı kimi onun adına keçirilmiş, yəni həmin əqdin bağlanmasında əsas məqsəd fərdi yaşayış evinin cavabdehə satılması olmamışdır. Həmin əqd uydurma əqd olmuşdur. Cavabdeh1 evin həqiqi (faktiki) sahibi olmamış, mənzilin faktiki sahibi isə İddiaçı2 olmuşdur. Hətta, hazırda da evdən İddiaçı2 və onun ailə üzvləri istifadə etməkdədirlər. Qeyd edilən kreditlərin rəsmiləşdirilməsi zamanı heç bir vəsait Cavabdeh2 tərəfindən onlara təqdim edilməmiş, yalnız hüquqi savadlarının olmamasından istifadə edərək kağız üzərində şərtlər dəyişdirilməklə onların vəziyyəti süni olaraq ağırlaşdırılmışdır. Evin həqiqi (əsl) sahibi İddiaçı2dır və uydurma əqd əsasında cavabdehin adına rəsmiləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasında tərəflərin hüquqi niyyəti yalnız kreditin təminatı kimi ona məxsus evi Cavabdeh1 adına formal olaraq keçirmək olmuş, alqı-satqı niyyəti olmamışdır. İşin bu hallarını hazırki iş üzrə tərəflər arasındakı kredit münasibətləri də təsdiq etmişdir. Evin cavabdehin mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı andan, yəni xx.xx.2023-cü il tarixdən etibarsız hesab edilməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözügedən alqı-satqı müqaviləsi İddiaçı2 və Cavabdeh1 arasında “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində rəsmi qaydada bağlanılmışdır. Alqı-satqı müqaviləsinin bağlanılmasında iddiaçılar Səma və Xəqaninin razılığı olmuşdur. Müqavilənin şərtləri ilə razılaşmaları barədə imzaları vardır. Alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən pul ödənişi olmuşdur. Cavabdeh evi məcburi qaydada almamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, alqı-satqı müqaviləsi Seymurla iddiaçılar arasında bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin Cavabdeh2 heç bir aidiyyəti yoxdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh2 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11748 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı2 36 ay müddətinə, illik 48% dərəcəsi ilə 37350 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi girov olaraq qızıl-zinət əşyaları qeyd olunmuşdur. Cavabdeh2 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11918 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 24 ay müddətinə, illik 48% dərəcəsi ilə 62000 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi girov olaraq qızılzinət əşyaları qeyd olunmuşdur. Cavabdeh2 ilə İddiaçı1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 12047 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 30 ay müddətinə, illik 54% dərəcəsi ilə 89060 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi girov olaraq qızılzinət əşyaları qeyd olunmuşdur. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə 4Ə-670 reyestr nömrə ilə təsdiq edilmiş notariat işində olan və məhkəmə iclasında tədqiq edilən: -AZ-İ 841482 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və X1 nikahları xx.xx.2013-cü ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 306 nömrə ilə qeydə alınmışdır. - 4Ə-670 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 Yeni qaydalarla: AZ 2006, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi alqı-satqı qiyməti 30000 manat məbləğində rəsmiləşdirilməklə satıcı İddiaçı2 tərəfindən alıcı Cavabdeh1 satılmışdır. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 Yeni qaydalarla: AZ 2006, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına rəsmi reyestrdə qeydə alınmışdır. - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində 8İ-7236 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 birgə nikah dövründə əldə edilmiş arvadı İddiaçı2 məxsus olan Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 Yeni qaydalarla: AZ 2006, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etirazı olmadığını bildirmişdir. - xx.xx.2023-cü il tarixli, 12-17 nömrəli orderin surətindən görünür ki, 30000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən notarius X3 "xxxx" ASC-nin Qərb filialında yerləşən depozit hesabına mədaxil edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 88-ci maddəsinin tələbinə uyğun olaraq işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, iddiaçıların iddia etdiyi mübahisəli fərdi yaşayış evi İddiaçı2 mülkiyyətində olmuşdur. İddiaçılar iddia etmişdir ki, Cavabdeh2 ilə aralarında bağlanmış kredit müqavilələrinin təminatı olaraq xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında (Yeni qaydalarla AZ2006,ünvan 2 Cavabdeh1 xüsusi mülkiyyətinə keçmiş, lakin həmin alqı-satqı müqaviləsi formal xarakter daşımış, sadəcə olaraq qeyd edilən kreditlərin təminatı kimi cavabdehin adına keçirilmiş, yəni həmin əqdin bağlanmasında əsas məqsəd fərdi yaşayış evinin cavabdehə satılması olmamışdır. Həmin əqd uydurma əqd olmuşdur. Cavabdeh1 evin həqiqi (faktiki) sahibi olmamış, mənzilin faktiki sahibi isə İddiaçı2 olmuş, hətta hazırda da evdən İddiaçı2 və onun ailə üzvləri istifadə etmişlər. Qeyd edilən kreditlərin rəsmiləşdirilməsi zamanı heç bir vəsait Cavabdeh2 tərəfindən onlara təqdim edilməmiş, yalnız hüquqi savadlarının olmamasından istifadə edərək kağız üzərində şərtlər dəyişdirilməklə onların vəziyyəti süni olaraq ağırlaşdırılmışdır. Cavabdeh1 nümayəndəsi (vəkili) X5 iddia tələbinə qarşı etiraz edərək öz etirazının əsası kimi alqısatqı müqaviləsinin rəsmi qaydada bağlandığını, iddiaçıların müqavilənin şərtləri barədə məlumatları olduğunu və cavabdeh tərəfindən pul ödənişi edildiyini göstərmişdir. Digər Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə isə alqı satqı müqaviləsinin Cavabdeh2 heç bir aidiyyəti olmadığını və sonuncuya qarşı heç bir tələb irəli sürülmədiyini əsas gətirərək iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: Subyekt tərkibi; Əqdin məzmunu; Əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün yuxarıda sadalanan hallardan hər hansı biri məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, İddiaçı2 öz sərbəst iradə ifadəsinə uyğun olaraq mülkiyyətində olan əmlakın alqı-satqısına dair müqavilə bağlamış və müqaviləni öz imzası ilə rəsmiləşdirmiş, digər İddiaçı1 isə arvadı İddiaçı2 məxsus daşınmaz əmlakın satılmasına etirazının olmamasına dair notarial qaydada ərizə vermişdir. Digər tərəfdən notariat işində olan sənədlərdən də müəyyən olunur ki, iddiaçılar xx.xx.2023-cü il tarixdə biləvasitə notariat hərəkətlərinin aparılması zamanı iştirak etmiş, fotoçəkiliş aparılmış, alqı- satqı qiyməti olan 30000 manat depozit hesabına köçürülmə yolu ilə satıcı İddiaçı2 ödənilməklə əqd bağlanarkən hər hansı hüquqa zidd hallar müəyyən edilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3815/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3815/2024
16.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver