Məhkəmə qərarları › İş №2(125)-3816/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3816/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3816/2024 26.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə X10 arasında bağlanmış 28 iyun 2002-ci il tarixli müəssisənin (obyektin) 728 saylı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 29 iyul 2002-ci il tarixli Şəhadətnaməsinin mərhum anası X5 məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 onun anasıdır. X11 04 may 1949-cu ildə Samux rayonunda anadan olmuş, 11 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Anasının atası X12 olmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 17 avqust 2001-ci il tarixli Şəhadətnaməyə əsasən X5 ünvan 1 ünvanında yerləşən 11 saylı sənaye malları mağazasını qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Həmin Şəhadətnamədə anasının ata adı düzgün olaraq göstərilmişdir. Həmin mağazanın digər hissəsi isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 29 iyul 2002-ci il tarixli Şəhadətnaməyə əsasən anası X5 ünvan 1 ünvanında yerləşən 11 saylı sənaye malları mağazasını 28 iyun 2002-ci il tarixli müəssisənin (obyektin) 728 saylı alqı-satqı müqaviləsi əsasında satın almışdır. X16 atasının adı Cəmşid olduğu halda 28 iyun 2002-ci il tarixli müəssisənin (obyektin) 728 saylı alqı-satqı müqaviləsində və onun əsasında verilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 29 iyul 2002-ci il tarixli Şəhadətnamədə səhvən anasının ata adı Cümşüd kimi yazılmışdır. Hazırda mərhum anası X2 adına olan 29 iyul 2002-ci il tarixli Şəhadətnaməsi əsasında satın alınmış ünvan 2 ünvanında yerləşən 111 saylı sənaye malları mağazasını öz adına rəsmiləşdirə bilmirə. Belə ki, X16 atasının adı Cəmşid olduğu halda 28 iyun 2002-ci il tarixli müəssisənin (obyektin) 728 saylı alqı-satqı müqaviləsində və onun əsasmda verilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət'əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 29 iyul 2002-ci il tarixli Şəhadətnamədə səhvən Cümşüd kimi yazılmışdır. Mən bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, oradan ona ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1975-ci il tarixli 470461 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Kirovabad rayonunda anadan olmuşdur, atası X13, anası X6r. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuş Ərizəçi Gəncə şəhəri, Nizami küçəsi, 7-döngə, ev 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 324600 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 05/114 saylı doğum haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, xx.xx.1949-cu il tarixdə Samux rayonunda anadan olmuş X3 atası X12, anası X8r. İş materiallarında olan AZE seriyalı, 02915780 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1949-cu ildə Xanlar aryonu, Alpout kədində doğulmuş X2 qeydiyyat ünvanı Gəncə şəhəri, Nizami küçəsi, 7-döngə, ev 4 ünvanıdır. İş materiallarında olan xx.xx.1974-cü il tarixli 251425 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X11 arasında xx.xx.1974-cü ildə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2002-ci il tarixli 728 nömrəli müəssisənin (obyektin) alqısatqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 1 ünvanında yerləşən 111 saylı sənaye malları mağazasını auksiondan X1. İş materiallarında olan xx.xx.2002-ci il tarixli, 002101 qeydiyyat nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 111 saylı sənaye malları mağazası X4 mülkiyyətidir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, 000060 qeydiyyat nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməsinin surətindən görünür ki, mülkiyyət üzərində sahiblik hüququ X5 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli bildirişinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, aparılan araşdırma zamanı, ərizənizə əlavə edilmiş sənədlərdə hüquq sahibinin ata adında uyğunsuzluğun olduğu, belə ki, X11 ilə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamədə qeyd olunmuş “X4” eyni şəxs olmalarını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) tərəfinizdən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin anasının ata adı ona məxsus bütün sənədlərdə “Cəmşid” kimi göstərilsə də, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə bağlanmış, 728 saylı, 28 iyun 2002-ci il tarixli müəssisənin (obyektin) alqı-satqı müqavilədə və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli, 002101 qeydiyyat nömrəli şəhadətnamədə ərizəçinin anasının ata adı “Cümşüd” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sənədləri öz adına rəsmiləşdirməsi üçün tələb olunur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə bağlanmış, 728 saylı, 28 iyun 2002-ci il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli, 002101 qeydiyyat nömrəli şəhadətnaməsində göstərilən “X10” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X11”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamənin surəti, nikahın bağlanması haqqında şəhadətnamənin surəti şəxsiyyət vəsiqəsinin surəti, müqavilələrin və şəhadətnamələrin surətləri ərizəçi tərəfdən məhkəməyə təqdim olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə bağlanmış, 728 saylı, 28 iyun 2002-ci il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli, 002101 qeydiyyat nömrəli şəhadətnaməsinin X11 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə bağlanmış, 728 saylı, 28 iyun 2002-ci il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin X5 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli, 002101 qeydiyyat nömrəli şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar