Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-383/2024 31.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X38 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 81/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 81/03 nömrəli hərracın yekunlarına dair prostokolların və eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, digər Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 avqust 2015-ci il tarixli, 2(043)-3165/2015 saylı qətnaməsinə və icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil sahəsi cavabdeh "xxxx" KB ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 avqust 2015-ci il tarixli qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka müqaviləsi üzrə mənzil sahəsinə yönəldilməsi qət olunmuşdur. Sonradan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3165/2015 nömrəli qətnamə icraya yönəldilmiş və qətnamə icra olunması üçün açıq hərraca göndərilmiş və hərrac keçirilərək tələbkara təklif edilmiş və təklif tələbkar tərəfindən qəbul edilməyərək geri cavabdeh (sifarişçi) Cavabdeh1nə qaytarılmışdır. Bundan sonra Cavabdeh1 tərəfindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3165/2015 nömrəli icra vərəqəsi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi üzrə icra hərəkətləri hərracın keçirilməsi və ipoteka əmlakına tutma yönəldilməsi barədə prosedur yekunlaşmış və ipoteka saxlayan Azərbaycan Respublikası İpoteka haqqında Qanunun 43-cü maddəsinə, İcra haqqında Qanunun 23-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən icra işi üzrə prosessual qərar qəbul etmişdir. İcra vərəqəsi Cavabdeh1 tərəfindən məhkəməyə geri qaytarılmış və məhkəmənin yalnız bir məktubu əsasında icra vərəqəsi yenidən icraya göndərilmişdir. Cavabdeh "xxxx" KB ASC-nin guya mübahisənin olması ilə bağlı hərracın dayandırılmasını göstərməsi tam əsassızdır. Belə ki, Cavid Tağıyev tərəfindən icra edilməyən sənədin məhkəməyə qaytarılması ilə bağlı qərarın ləğv edilməsi hissədə qərar qəbul etməsini göstərməsi əsassızdır. Belə ki, qeyd olunan qərarda təkrar olaraq hərracın keçirilməsi barədə heç bir göstəriş müəyyən edilmir. Bununla da Cavabdeh1 tərəfindən təkrar olaraq əmlakın yenidən hərraca göndərilməsi Məhkəmə qərarlarının icrası haqqında qanunun tələblərinin pozulması deməkdir. İpoteka münasibətlərini tənzimləyən xüsusi qanun olan İpoteka haqqında qanunun və Mülki Məcəllənin tələblərinə əsasən qanunvericilik 3 dəfə hərrac keçirilməsini göstərmiş və hər baş tutmamış hərracın nəticəsi olaraq predmetin hər dəfə də dəyərinin ilkin olaraq 15%, sonra 25% və sonda təkliflə nəticələnən hüquqları göstərmişdir. Cavabdeh1 özünün qanuni qüvvəyə malik olan icra vərəqəsinin geri qaytarılması barədə qərar olduğu halda yenidən eyni əmlaka dair sifariş verilərək hərracın keçirilməsini təşkil etməsi məhkəmə qərarlarının icrası haqqında qanunun və İpoteka haqqında qanunun tələblərini pozması olduğundan ona qarşı iddia tələbi əsaslıdır. Bundan sonra Cavabdeh1 qanunsuz olaraq bir məktubla yenidən icraata başlayaraq yenidən hərraca sifariş vermişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və İcra haqqında qanunun tələbinə əsasən bütün qaydalara riayət edilmişdir. Bu cür qanunun tələblərinin pozulması ilə digər cavabdeh "xxxx" KB ASC-nin özü qanunsuzluğa yol verərək, bilərəkdən qanunun tələblərini pozmaqla hərracdan ona məxsus olan əmlakı 10 dekabr 2021-ci il tarixdə almışdır. Göründüyü kimi, hər iki cavabdehlərin hərəkət və hərəkətsizliyi onun mülkiyyət hüququnun pozulmasına yönəldiyindən onlara qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaradır. Həmçinin, cavabdeh "xxxx" MMC tərəfindən hərrac keçirilsə də, keçirilmiş hərrac baş tutmamış və yekunda ona məxsus evinin "xxxx" KB ASC-nin balansına götürülməsi barədə mübahisələndirilən hərracın yekunları barədə protokol və müqavilə bağlansa da, həmin müqavilə qanunun tələblərinin pozulması ilə bağlanmışdır. Həmçinin ipoteka əmlakı üzrə keçirilmiş qanunsuz hərracın nəticələri etibarsız oduğundan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri orqanı tərəfindən digər cavabdeh "xxxx" KB ASC-nin adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat ləğv edilməlidir. Lakin cavabdeh orqan tərəfindən bu qeydiyyatın prezumpsiyası olduğundan hazırda mübahisələndirilən hərracın nəticələri etibarsız hesab edilməklə ləğv edilməlidir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gələrək məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbini Gəncə Apellyasiya Məhkəməsində məhkəmə prosesinin olması ilə əlaqələndirmişdir. Məhkəmə iddiaçının mümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbinə qarşı yazılı etirazını təqdim etdiyini göstərərək iddianın əsassız olduğunu və eyni zamanda müqavilənin etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunmuş müddət keçdiyi üçün rədd olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-in nümayəndəsi X9 etirazı onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X10 arasına bağlanmış kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus Gəncə şəhər, Sədi küçəsində yerləşən 36 A saylı evin, 28 saylı mənzili və digər əmlaklar "xxxx" KB ASC-də ipotekaya qoyulmuşdur. "xxxx" KB ASC borcalan Arzu Abdullazadəyə, ipoteka qoyan İddiaçı və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3165 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə bankın iddia tələbi qismən təmin edilərək, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi icra olunması üçün Cavabdeh1nə göndərilmiş və icra idarəsinin sifarişi əsasında İddiaçı məxsus əmlak da açıq hərraca çıxarılmışdır. Hərrac keçirildiyi ərəfədə sözügedən qətnamədən cavabdehlər X10, İddiaçı, X18 və üçüncü şəxs X11 tərəfindən apelyasiya və kassasiya şikayətləri verilmiş və müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-1111/2016 saylı qətnaməsi və Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(102)-5437/16 saylı qərarı ilə onların şikayəti təmin edilməmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)- 3165/2015 saylı qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Cavabdeh1nə göndərilsə də, həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmişdir. Lakin, icra məmuru tərəfindən icraatında olan iş üzrə qəbul olunmuş məhkəmə aktından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması barədə məlumatı olmasına baxmayaraq, icra sənədi üzrə icraatı məcburi olaraq dayandırmalı olduğu halda bunu etməmiş, əksinə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli iş üzrə yekun qərarı banka təqdim edildikdən sonra Cavabdeh1nə sənədin icrası üçün müraciət olunduqda, icra məmuru heç bir əsas olmadan “İcra haqqında” Qanununun 23.1.5-ci maddəsinə istinad edərək, icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılması barədə qərar qəbul edərək, iş üzrə tələbkar bankın hüquqlarını kobud şəkildə pozmaqla dövlət adından çıxarılmış məhkəmə qərarının qanunvericiliyin tələblərinə uyğun icra etməkdən imtina etmişdir. Belə ki, Cavabdeh1 “icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2017-cı il tarixli qərarı ilə ipoteka predmeti olan əmlaklar hərracda satılmadığından tələbkar "xxxx" KB ASC-yə təklif olunduğu, lakin tələbkar qanunla müəyyən olunmuş icra müddəti ərzində təklifə münasibət bildirmədiyindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3165 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. "xxxx" KB ASC qeyd olunan qərardan şikayət vermiş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2-1 (83)-1982/2017 saylı qərarı ilə şikayət təmin edilərək, Cavabdeh1 “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-1982/2017 saylı qərarından İddiaçı və qeyrilərinin verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1 (104)- 480/2017 saylı qərarı ilə təmin edilməmiş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-1982/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(104)-480/2017 saylı qərarından İddiaçı və qeyrilərinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(102)-679/2018 saylı qərarı ilə təmin edilmiş, bankın iddiası isə mümkün sayılmamışdır. İddianın mümkün sayılmamasının əsası kimi məhkəmə aidiyyətinin düzgün seçilməməsi, qeyd olunan mübahisəyə icra vərəqəsini vermiş məhkəmə tərəfindən baxılmalı olduğu qərara alınmışdır. Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarını aldıqdan sonra "xxxx" KB ASC Cavabdeh1nə qarşı “icra məmurunun qərarının ləğv edilməsinə və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin icra sənədinin icra olunması” tələbinə dair iddia ərizəsi ilə Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, həmin tarixlərdə İddiaçı və qeyriləri də "xxxx" KB ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsində hərracın keçirilməsi, lakin baş tutmadığından tələbkara təklif olunduğu və s. qeyd olunmuşdur. Buradan da aydın olur ki, İddiaçı 2018-ci ildə iddia qaldıran zaman hərracın keçirilməsindən tam məlumatlı olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1061/2018 saylı qərardadı ilə sözügedən hər iki mülki iş bir-biri ilə əlaqəli olduğundan, bir icraatda birləşdirilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1061/2018 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə İddiaçı və qeyrilərinin ipotekaya xitam verilməsi tələbinə dair iddiası rədd edilmiş, birləşdirilmiş iddia tələbi üzrə "xxxx" KB ASC-nin iddia tələbi təmin olunaraq, Cavabdeh1 “icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2017-cı il tarixli qərarı ləğv edilmişdir. İddiaçı və qeyrilərinin qeyd olunan qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-877/2019 saylı qətnaməsi və Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-4901/2019 saylı qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, hərrac keçirilən müddət ərzində İddiaçı və qeyrilərinin borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə İ instansiya məhkəməsinin qətnaməsindən apellyasiya və kassasiya şikayəti verməsi, həmçinin həmin vaxtlarda keçirilmiş hərrac üzrə alıcı olmadığından icra sənədinin icra məmuruna geri qaytarılması və bunun əsasında qəbul edilmiş icra məmurunun xx.xx.2017-ci il tarixli qərarının məhkəmə qaydasında ləğv edilməsindən sonra, "xxxx" KB ASC hərracın etibarsız sayılması barədə Hərrac Təşkilatı "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixində pretenziya məktubu göndərmişdir. Pretenziya məktubuna cavab olaraq Hərrac Təşkilatı "xxxx" MMC hərracın etibarsız sayılmasına dair məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Beləliklə, "xxxx" KB ASC Hərrac Təşkilatı "xxxx" MMC-yə qarşı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3165 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə verilən icra sənədi əsasında keçirilmiş “xx.xx.2016-cı il tarixli ilkin hərracın və xx.xx.2016-cı il tarixli təkrar hərracın etibarsız hesab edilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Lakin, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-1620/2020 saylı qətnaməsi ilə "xxxx" ASC-nin hərracın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti (qətnamə: xx.xx.2021-ci il tarixli) və kassasiya şikayətləri (qərar: xx.xx.2021-ci il tarixli) təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin e-xx.xx.2020ci il tarixli 2-2(113)-1620/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, xx.xx.2021-ci il tarixində "xxxx" KB ASC Cavabdeh1nə məktub ünvanlayaraq borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3165 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə icranın davam etdirilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli məktubla Hərrac Təşkilatı "xxxx" MMC-yə müraciət edərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3165 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasının davam etdirilməsini xahiş etmişdir. "xxxx" MMC xx.xx.2021-ci il tarixində tələbkar "xxxx" KB ASCyə, eləcə də İddiaçı, X18, X21 və digər borclulara hərracın davam etdirilməsi barədə məktub göndərmişdir. İddiaçı həmin məktubu xx.xx.2021 -ci il tarixində poçt qaiməsini imzalayaraq qəbul etmişdir. Bununla da, İddiaçı hərracdan məlumatlı olması bir daha sübut olunur. "xxxx" KB ASC xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq ipoteka predmeti olan əmlakın təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə "xxxx" KB ASC-nin adına rəsmiləşdirilməsini xahiş etmişdir. "xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli 81/03 saylı protokoluna əsasən Gəncə şəhər, Sədi küçəsində yerləşən 36A saylı evin, 28 saylı mənzil "xxxx" KB ASC-yə satılmışdır. Bununla bağlı "xxxx" MMC ilə "xxxx" KB ASC arasında alqısatqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan ev üzərində "xxxx" KB ASC-nin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Daha sonra, "xxxx" KB ASC mülkiyyət hüququ üzrə ona məxsus olan Gəncə şəhər, Sədi küçəsində yerləşən 36A saylı evin, 28 saylı mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı inzibati məhkəməyə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(114)-1512/2023 saylı qərarı ilə bankın iddiası təmin edilmişdir. Bunun əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin Gəncə İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda isə xx.xx.2023-cü il tarixli qərarda adları qeyd olunan şəxslərin Gəncə şəhər, Sədi Şirazi küçəsində yerləşən 36A saylı evin, 28 saylı mənzilindən qeydiyyatdan çıxarıldığı qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı 2018-ci ildə ipotekaya xitam verilməsi tələbinə dair məhkəmədə iddia qaldıran zaman, həmçinin 2021-ci ildə hərrac təşkilatı tərəfindən göndərilmiş məktubu imzalayaraq qəbul edən zaman hərracın keçirilməsindən tam məlumatlı olmuşdur. İddiaçı hazırkı halda hərracdan tam məlumatlı olduğu halda, uzun müddət keçdikdən sonra “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, bir il ərzində onu mübahisələndirmədiyindən müddət ilə bağlı hüququnu itirmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin onların iddia tələbini təmin etməməsinin səbəbi keçirilən hərracın yekun nəticəsinin olmaması səbəbi ilə əlaqədar olmuşdur. Digər cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3165/2015 nömrəli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X10 və X2 müştərək qaydada xx.xx.2012-ci il tarixli, 013mk/12 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2012-ci il tarixli, 013mk-l/12 nömrəli əlavə kredit müqaviləsi üzrə 98636,88 ABŞ dolları əsas, 10714,60 ABŞ dolları faiz, 48,52 ABŞ dolları cərimə, cəmi 109400 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə verilməsi, tutmanın X10 tərəfindən öhdəliyin təminatı kimi 'Unibank” KB ASC-yə ipotekaya qoyulmuş ilkin satış qiyməti 128000 manat dəyərində olan Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsinin cənub-qərb hissəsində 0,0103 ha torpaq sahəsində yerləşən 64,3 m2 ümumi sahəli qeyri-yaşayış binasına; İddiaçı tərəfindən öhdəliyin təminatı kimi "xxxx" KB ASC-yə ipotekaya qoyulmuş ilkin satış qiyməti 52000 manat dəyərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsində yerləşən 36A nömrəli binanın 72,2 m2 yaşayış, 27,1 m2 yardımçı, 99,3 m2 ümumi sahəli 5 otaqdan ibarət 28 nömrəli mənzilə; X16 tərəfindən öhdəliyin təminatı kimi "xxxx" KB ASC-yə ipotekaya qoyulmuş ilkin satış qiyməti 40000 manat dəyərində olan Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospektində istifadədə olan 0.0479 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 55,8 m2 ümumi, 44,4 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin satılması üçün açıq hərraca çıxarılması, satışından əldə olunmuş pul vəsaitinin borcun, xidmət haqqının və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, borc, xidmət haqqı və dövlət rüsumu ödənildikdən sonra artıq qalan məbləğin X5, İddiaçı və X8 qaytarılması, ipoteka predmetləri açıq hərracda satıldıqdan sonra X10, X16, X12, X22, X19, İddiaçı, X18, X13 və X3 ipoteka qoyulmuş yaşayış və qeyri-yaşayış sahələrini ən geci bir ay ərzində tərk edib boşaltmaları qət edilmiş və icra vərəqəsi icra edilməsi üçün xx.xx.2015-ci ildə icra edilməsi üçün Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)- 3165/2015 nömrəli icra sənədi üzrə icraat başlanmışdır. Cavabdeh1 icra məmuru X17 tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın surətindən görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsi rəhbər tutulmaqla Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3165/2015 nömrəli icra vərəqəsinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1061/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, ilk iddia tələbi rədd edilmiş, 2(043)-1061/2018 saylı mülki iş üzrə iddiaçılar X6, X4 və İddiaçı cavabdehlər "xxxx" X35 Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Gəncə şəhəri 3 saylı notariat kontoruna və Gəncə şəhəri 4 saylı notariat kontoruna qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, birləşdirilmiş iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 böyük icra məmuru X7 icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında 10 may 2017-ci il tarixli qərarının ləğv edilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən Cavabdeh1nə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 2(043)-1061/2018 nömrəli müşayiət məktubundan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1061/2018 nömrəli qətnaməsi Cavabdeh1 böyük icra məmuru X7 icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında 10 may 2017-ci il tarixli qərarının ləğv edilməsi hissəsində icra edilməsi üçün Cavabdeh1nə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)- 877/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1061/2018 nömrəli qətnaməsindən iddiaçılar X6, X4 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1061/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4901/2019-cu il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-877/2019 nömrəli qətnaməsindən X6, X4 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-877/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1620/2020 nömrəli qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Xammal və X37 Mərkəzi Cavabdeh2nə qarşı ilkin hərracın və təkrar hərracın etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 2(103)-117/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1620/2020 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1620/2020 qətnaməsi dəyişdirilmədən saxlnılmışdır. Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı oöluna məxsus Gəncə şəhəri, Sədi küçəsində yerləşən 36A saylı evin 28 saylı mənzili 33150 manat satış qiyməti müəyyən edilməklə, ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə hərrac vasitəsilə satılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1512/2023 nömrəli qərarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə iddia təmin edilmiş, X14, X20, X18 və X15 ünvan 5 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmuşdur. Gəncə İnzibati Məhkəməsi tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müşayiət məktubundan görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1512/2023 nömrəli qərarı icra edilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1512/2023 nömrəli qərarına əsasən adları qeyd olunan şəxslər ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmışdırlar. Məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmamalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3165/2015 nömrəli qətnaməsinin icrası ilə bağlı hərrac 10 dekabr 2021-ci il tarixdə keçirilmiş, iddiaçı həmin hərracın keçirilməsindən 1 ildən artıq müddət keçdikdən sonra hərracın nəticələrinə dair alqı-satqı müqaviləsini mübahisələndirərək əqdin etibarsızlığına dair mübahisə açmaq hüququnu itirmişdir. Halbuki, qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bununla yanaşı Azərbaycan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, kəsici müddətşəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə əqdin etibarsızlığını tələb etmək hüququnu itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 81/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 81/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-383/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-383/2024
31.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver