Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-384/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 cəlb edilməklə) vərəsəlik hüququ üzrə payın həcminin artırılması üzrə şəhadətnamənin verilməsindən imtina barədə qərarın ləğv edilməsi və miras əmlak üzərində pay həcminin artırılaraq tam payın müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsəlik hüququ üzrə payın həcminin artırılması üzrə şəhadətnamənin verilməsindən imtina barədə notariusun 2*.1*.2*23-cü il tarixli 7*9 nömrəli qərarının ləğv edilməsi, mərhum anası X1 miras qalmış hazırkı ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində pay həcminin artırılaraq qanun üzrə tam payının müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil mərhum anası X1 miras qalmışdır. X7 *7 may 1938-ci il tarixdə anadan olmuş və 1992-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra mirası o qəbul etmişdir, buna dair Gəncə şəhəri, 1 saylı notariat orqanına müraciət edərək mirasın notariat orqanına müraciət etməkə miras əmlakın üzərində 3/4 hissədə payının tanınmasına dair şəhadətnamə verilmiş və 1/4 pay isə açıq saxlanmışdır. Bundan sonra miras əmlakın açıq qalan payı üzərində heç kim tərəfindən mrias əmlak qəbul edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən və Gəncə şəhər Məhkəməsinin qərardadındanda görünür ki, miras əmlak üzərində onun tərəfindən miras əmlak tam olaraq istər vəsiyyət, isərsə də qanun üzrə vərəsəlik hüququ əsasında qəbul edilmişdir. Hazırda miras əmlakın açıq qalan payı olduğundan və bu pay heç kim tərəfindən qəbul edilmədiyindən o əmlak üzərində mülkiyyət üzrə hüquqlarını həyata keçirə bilmir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Mərhum anasından miras qalmış açıq payın üzərində də qanun üzrə mirası qəbul etdiyindən həmin payın üzərində də vərəsəlik hüququnun tanınması ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi barədə cavabdeh notariat orqanına müraciət etsə də, cavabdeh qanunsuz hərəkətləri ilə ona vərəsəlik şəhadətnaməsinin verilməsindən qanunsuz olaraq imtina etmişdir. Hesab edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin təmin edilməsi barədə notariat orqanının üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmənin gedişində X12 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri 1 saylı Notariat ofisinə və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2*2*11**1585-*51*1-*93*15 reyestr nömrəli, qeydiyyat tarixi *1.*6.2*21-ci il olan, qeydiyyat nömrəsi 1521*15338 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və texniki pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 3*,8 kv.metr olan mənzil paylı mülkiyyətdə olmaqla, ¾ hissədə İddiaçı, ¼ hissədə isə X2 adına qeydə alınmışdır. Gəncə şəhəri 1 saylı notariat ofisinin notariusunun 7*9 nömrəli, 2*.1*.2*23-cü il tarixli “notariat hərəkətlərinin aparılmasından imtinaya dair” qərarından görünür ki, İddiaçı 25.*7.2*2*-ci il tarixdə vəfat etmiş mərhum anası X2 vəfatından sonra adına miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 22-də yerləşən 23 saylı mənzilin açıq saxlanılmış 1/4 hissəsinin ərizəçi X6 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin miras əmlakın açıq saxlanılmış həmin 1/4 hissəsi mərhumun digər vərəsəsinin məcburi payı olduğu üçün İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün deyildir. İİİ-ЖГ seriyalı, 47*1** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuşdur, X7 və anası X5 olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm şəhadətnaməsinin surətindən görünür ki, tərəflərin anası X4 25.*7.2*2*-ci il tarixdə, Gəncə şəhərində, “ürəyin xroniki işemik xəstəliyin digər formaları” səbəbindən ölmüşdür. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5123/2*23 nömrəli, 25.*7.2*23-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı qanun üzrə mirası qəbul etmə faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata ərizə məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-4*66/2*23 nömrəli, 25.*8.2*23-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Vİ- ЖГ seriyalı, 387285 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X15 ilə nikahlarını 25.*3.1994-cü il tarixdə 199 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Sorğu əsasında əldə edilmiş, Gəncə şəhəri 1 saylı dövlət notariat ofisində 18.*3.2*21ci il tarixdə aparılmış 2V-69 nömrəli notariat işinin materiallarından görünür ki, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-69 reyestr nömrəli, 18.*3.2*21-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, 2*.*8.2*11-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-1-132 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 25.*7.2*2*-ci il tarixdə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır və o miras əmlakdan ¾ hissədə pay almışdır, mirasın ¼ hissəsi açıq saxlanılmışdır, şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 3*,8 kv.m, yaşayış sahəsi 16,6 kv.m, yardımçı sahəsi 14,2 kv.m olan 1 otaqlı mənzildən ibarətdir. Notariat işində olan İddiaçı tərəfindən 23.*1.2*21-ci il tarixdə verilmiş, 217718****175 nömrə ilə Gəncə Şəhəri 1 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən İddiaçı (onun əvəzinə nümayəndəsi və vəkili Vəkil) bildirmişdir ki, anası X4 25.*7.2*2*-ci il tarixdə vəfat etmişdir, miras əmlak Gəncə şəhəri, Ş.İ.Xətai pr., ev 22-də yerləşən 23 saylı mənzildən ibarətdir, odur ki, göstərilən əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa və Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1*286 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı İddiaçı, ərizənin qeydiyyat nömrəsi 1*286, qeydiyyat tarixi 2*.11.2**2-ci ildir, məhdudiyyət (yüklülük) haqqında məlumat 25.*2.2*21-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. İş materiallarına əlavə edilmiş, “Elektron notariat” informasiya sistemindən çıxarışdan və “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən çıxarışdan görünür ki, X3 dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən həyat yoldaşı X14, qızı İddiaçı və oğlu X12 müəyyən edilmişdir. Gəncə Şəhər Altıncı Dövlət Notariat Kontoru tərəfindən 2V-1/132 reyestr nömrəsi ilə təsdiq edilmiş 2*.*8.2*21-ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 ölən günədək ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzili bütövlüklə qızı – İddiaçı vəsiyyət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 3*,8 kv.metr olan bir otaqdan ibarət mənzil iddiaçının və üçüncü şəxsin anası - mərhum X3 məxsus olmuşdur. M.İbrahimova 25.*7.2*2*-ci il tarixdə öldükdən sonra ondan miras qalmış qeyd olunan miras əmlakın 3/4 hissəsini vəsiyyətnamə əsasında qanun üzrə vərəsələrindən qızı - İddiaçı qəbul etmişdir. Miras qoyanın digər qanun üzrə vərəsəsinin (oğlu - X12) olması notarius tərəfindən nəzərə alınaraq miras əmlakın 1/4 hissəsi məcburi pay hüququ üzrə açıq saxlanılmışdır. Beləliklə, miras əmlak paylı mülkiyyətdə olmaqla, ¾ hissədə İddiaçı, ¼ hissədə isə X2 adına qeydə alınmışdır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin Qanunun 6*-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Qeyd edilən qanunvericilik normalarını hazırkı işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, X4 mülkiyyətində olan mübahisə predmeti olan mənzili sağlığında iddiaçıya vəsiyyət etmiş olsa belə, onun birinci növbə qanun üzrə vərəsəsi – oğlu X1* həmin evdə 1/4 hissədə (vəsiyyətnamə olmasaydı ona çatası ½ hissədə payın yarısı həcmində) məcburi payı vardır. Belə ki, X1* anasından miras qalmış mübahisəli əmlakı miras açıldıqdan sonra qəbul etməməsi işin faktiki hallarından görünmür. Həmçinin, onun məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırki iş materiallarında mövcud deyildir. Belə olan halda, mübahisəli mənzil miras qoyan tərəfindən bütövlükdə iddiaçıya vəsiyyət edilmiş olsa belə, miras qoyanın birinci növbə qanun üzrə vərəsəsi kimi oğlu – N.Qurbanovun həmin mənzildə 1/4 hissədə məcburi payı mövcuddur. Notariat ofisi də məhz bu halın mövcudluğunu əsas götürərək iddiaçının payının artırılması barədə müraciətindən imtina etmişdir. Başqa sözlə, iddiaçı mübahisəli mənzilə tam mülkiyyət hüququnun olmasını iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübuta istinad etməmişdir. İddiaçı tərəfin izahatından və işin materiallarından görünür ki, iddiaçı 18.*3.2*21-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, uzun müddət keçdikdən sonra payının artırılması barədə iddia vermiş, bununla da iddiaçı əmlakın 1/4 hissəsi üzrə məcburi payın olması ilə razılaşmışdır. Miras əmlakın 1/4 hissəsinin digər birinci növbədə vərəsə olan X1* paylı mülkiyyəti olması işin mübahisəsiz halıdır və qeyd edilməlidir ki, şəxsin mülkiyyətində olan əmlakı uzun müddət adına rəsmiləşdirməməsi onun həmin əmlaka mülkiyyət hüququnu itirməsinə əsas olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina barədə Gəncə şəhəri 1 saylı notariat ofisinin sözügedən qərarı qanuni və əsaslıdır. Odur ki, iddia təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 23* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 cəlb edilməklə) vərəsəlik hüququ üzrə payın həcminin artırılması üzrə şəhadətnamənin verilməsindən imtina barədə qərarın ləğv edilməsi və miras əmlak üzərində pay həcminin artırılaraq tam payın müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-384/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-384/2024
13.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver