Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3856/2024 28.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1rşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz və artıq hesablanmış 149,90 manat məbləğində su borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 12 nömrəli orta məktəbdə müəllim olaraq çalışır. Lakin demək olar ki, həm qeydiyyat, həm faktiki yaşayış yeri Samux rayonu, Çobanabdallı kəndidir. Yolun uzaqlığını nəzərə alaraq iş yerinə yaxın olmağı səbəbi ilə xx.xx.2023-cü il tarixində Gəncə şəhəri, İlqar Mustafayev küçəsi, 5A ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı yolu ilə almışdır. Lakin sözügedən evdə demək olar ki, yaşayış çox az olmuşdur. O, həyat yoldaşı və iki azyaşlı övladı əksər vaxtlarda Samux rayonuda olmuşlar. Evi aldıqdan sonra kommunal məsələləri də həll etmiş, su məsələsi ilə bağlı cavabdehə müraciət edərək Gəncə şəhəri, İlqar Mustafayev küçəsi, 5A ünvanında yerləşən fərdi yaşayış evinə su sayğacı çəkilməsini xahiş etmişdir və cavabdeh orqanın nümayəndələri sözügedən evə sayğacı elə 2023-cü ilin may ayında quraşdırmışlar. Bir neçə müddət evə gələn zaman su qəbzlərinin qapıya qoyulduğunu görmüşdür və həmin qəbzlərin su sayğacına uyğun olaraq hesablandığını düşünərək qəbzələrə dair hesablanmış borcu ödəmişdir. Lakin daha sonra sudan istifadəyə dair hesablanmış məbləğlərin yüksək olduğunu düşünərək cavabdeh orqana müraciət etmişdir. Qarşı tərəf isə ona sudan istifadəyə dair 149 manat 90 qəpik məbləğində borcunun olduğunu bildirmişlər. O, cavabdeh təşkilatın əməkdaşlarına evdə əksər vaxtı yaşayış olmadığını, olsa belə bu qədər pulun hesablanmağının əsassız olduğunu, sayğacda problem olduğunu bildirmişdir. Cavabdehin nümayəndələri isə su sayğacını 2023-cü ilin may ayında quraşdırmalarına baxmayaraq sayğacın qeydiyyata alınmadığını, sudan istifadəyə görə və çirkab suyun axıdılmasına görə pulun adam sayına uyğun olaraq 4 nəfərə görə hesablandığını bildirmişlər. Onlara etiraz etdikdə isə məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. 2024-cü ilin may ayında şikayətindən sonra sayğacı qeydə almışlar. Cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Sayğac 2023-cü ilin may ayından quraşdırılmasına baxmayaraq demək olar ki, 1 il sonra 2024-cü ilin may ayında qeydiyyata alınmışdır. O, isə qəbzlərin sayğaca uyğun hesablandığını düşünərək suya dair istifadə haqqını ödəmişdir. Sözügedən evdə daimi yaşayış demək olar ki, yoxdur. Sudan istifadəyə görə isə o qədər pulun hesablanması əsassızdır. İddiaçının ərizəsi əsasında cavabdeh əsl cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X2 əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, Gəncə şəhəri, İlqar Mustafayev küçəsi, 5A ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Evi 2023-cü ilin yanvar ayında almış, həmin ilin avqust ayında evə köçmüş, cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğac keçən ilin may ayında quraşdırılmasına baxmayaraq demək olar ki, 1 il sonra 2024-cü ilin may ayında qeydiyyata alınmışdır. Üç dəfə ayrı-ayrılıqda 40 manat olmaqla, cəmi 120 manat ödəniş etmişdir, hazırda nə qədər borcu olmasından xəbəri yoxdur. Cavabdeh təşkilatın əməkdaşları sayğacı ola-ola ona əsassız olaraq borc yazmışlar. İddiaçı sözügedən evdə 4 nəfərdən ibarət ailəsinin yaşadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçı ilə xx.xx.2023-cü ildə müqavilə bağlanaraq ona abonent kodu verilmişdir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Ailə tərkibi 4 nəfər nəzərə alınmaqla borc hesablanmışdır. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Sayğac quraşdırılana kimi adambaşına 4 nəfər nəzərə alınmaqla 188,1 manat borc hesablanmış, 2024-cü ilin may ayında mexaniki sayğac quraşdırılaraq həmin sayğac üzrə hesabat aparılmışdır. İddiaçı tərəfindən borcu üzrə cəmi 40 manat ödəniş edilmiş, iddiaçının qeyd etdiyi digər ödənişlər barədə sənəd təqdim olunmamışdır. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********000 kimi qeyd edilən İddiaçı məxsus abonent kartından görünür ki, **********000 abonent kodu ünvan 1 nömrəli evdə yaşayan İddiaçı məxsusdur. ünvan 1 ünvanı üzrə hissə-hissə ödənişlər edilsə də, həmin mənzilin abonent hesabına 2023-cü il üçün adambaşına 4 nəfər hesablanmaqla illik qalıq borc 101,7 manat, 2024-cü il üçün (xx.xx.2024-cü il tarixinədək) adambaşına 4 nəfər hesablanmaqla illik qalıq borc 86,4 manat müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdən sözügedən mənzil üzrə sayğac üzrə hesablama aparılaraq iddia verilən tarixədək 1,8 manat borc hesablanmış, həmin borcdan xx.xx.2024-cü il tarixdə 40 manat ödəniş edilməklə, cəmi 149,90 manat yekun borc hesablanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,0335 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,20 m2 olan fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan, Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 407 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Samux rayon Çobanabdallı kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Su təchizatı və tulantı sularının axıdılması xidmətləri”nə dair abonentə aid məlumatların verilməsi xidmətinin xx.xx.2024-cü il tarixli, **********369 nömrəli elektron arayışından görünür ki, abonent kodu **********000 olan İddiaçı məxsus ünvan 1 ünvanı üzrə adambaşına 4 nəfər hesablanmaqla su və çirkab su xidmətinə görə 149,9 manat borc hesablanmış, son ödənişinin məbləği 40 manat olmuşdur. Həmin arayışa əsasən sözügedən ünvanı üzrə 17096928 nömrəli, C710682 nömrəli mexaniki sayğac quraşdırılmış, sayğacın quraşdırılma tarixi xx.xx.2024-cü il tarixi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin faktiki əsasını abonent kodu **********000 olan və iddiaçının mülkiyyətində olmaqla yaşadığı ünvan 1 ünvanda yerləşən (yeni qaydalarla: AZ 2006, ünvan 3şayış evinə sudan istifadəyə görə borcun 2023-cü ilin may ayından sayğac göstəriciləri əsasında hesablanması, bu barədə dəfələrlə cavabdeh təşkilatın əməkdaşlarına bildirilməsi, lakin buna baxmayaraq iddiaçıya 149,90 manat məbləğində əsassız borcun yazılması təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına abonentin illər və aylar üzrə borclarının ətraflı əksini tapdığı abonent kartları əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, abonent kodu **********000 kimi qeyd edilən fərdi yaşayış evinə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə həm qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, həm də suölçən cihazın göstəricisinə əsasən borc hesablanmış, borcdan müvafiq məbləğdə ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, su təminatı suyun alğı-satqı müqaviləsinə əsasən həyata keçirildiyinə görə suyun dəyərinin ödənilməsi öhdəliyin yaranması üçün əvvəlcə suyun istehlakçıya verilməsi faktı mövcud olmalıdır. Məhkəmə, iddiaçının mütəmadi olaraq sözügedən fərdi yaşayış evinə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə cavabdeh təşkilata ödənişlər etməsi halını, eləcə də cavabdehin borc barədə xəbərdarlığından sonra borcun 2023-cü ilin may ayından sayğac vasitəsi ilə hesablanmalı olmasını iddia etməsi halını sübutetmə yükünün dəyişməsi üçün əsas hesab edir. Yəni, indiki halda iddiaçı sudan istifadə etmədiyini, yaxud da sayğac üzrə borcun 2024-cü ilin may ayından deyil, 2023-cü ilin may ayından etibarən hesablanmalı olmasını sübuta yetirmək vəzifəsini daşıyır. Lakin iddiaçı bu halı təsdiq edən hər hansı sübuta istinad etməmiş, ümumiyyətlə məhkəməyə sayğacın 2023-cü ilin may ayında quraşdırılması, yaxud bu barədə cavabdeh təşkilata müraciət etməsini, ona borc barədə xəbərdarlıq gələnədək bu halı mübahisələndirməsini təsdiq edən sübutlar təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən fərdi yaşayış evinə **********000 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, qeyd olunan xidmət üzrə yaranmış borc iddiaçı tərəfindən tam ödənilməmişdir. Məhkəməyə təqdim edilmiş abonent kartında sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar 2023-cü ilin iyul ayından xx.xx.2024-cü ilədək sayğac olmadan, fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun 4 nəfərə görə 188 manat 10 qəpik, xx.xx.2024-cü il tarixdə fərdi yaşayış evinə gedən su borusunun üzərində sayğac quraşdırıldıqdan sonra iddia ərizəsi verilən tarixədək 1 (bir) manat 80 qəpik borc hesablandığı göstərilmişdir. Göründüyü kimi, sözügedən fərdi yaşayış evi üzrə sayğac quraşdırılmadan su ilə təchiz edilmiş, su təchizatı və çirkab sularının axıdılmasına görə borc adam sayına uyğun olaraq, hər ay sabit məbləğdə düzgün hesablanmışdır. Belə ki, sayğacsız dövr üzrə adam sayına uyğun su təchizatı və tullantı sularının axıdılması ilə bağlı xidmətlərə görə borcun hesablanma qaydası 2021-ci ildən 1 nəfər üçün hər ay 4 manat 45 qəpik ((0.60 man+0.30man)*5) olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı fərdi yaşayış evində 4 nəfər şəxsin yaşadığını təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, silinməsi tələb edilən 149,90 manat məbləğində borc, abonent kodu **********000 kimi qeyd edilən fərdi yaşayış evinə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə həm qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, həm də suölçən cihazın göstəricisinə əsasən düzgün hesablandığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1rşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3856/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3856/2024
28.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver