Məhkəmə qərarları › İş №2(125)-3864/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3864/2025

05.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3864/2025 05.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərsu» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun ünvanına yazılmış 386,25 manat və 588,53 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 (Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, 103 saylı ev) onun mülkiyyətindədir. Həmin ev onun tərəfindən 11 yanvar 2024-cü il tarixdə əldə edilmişdir. Hazırda ona cavabdeh orqan ondan istifadə etmədiyi su və çirkab puluna görə pul tələb edir. Cavabdeh orqandan götürdüyü sənədlərə görə 386,25 və 588,53 manat borcu var. Belə ki, Nərgiz Abbasova ilə bağlanmış xx.xx.2006-ci il tarixli, 32938714 nömrəli müqaviləyə görə 588,53 manat borc yazılmışdır. Bu müqavilədə abonentin kodu **********010: 32938714-dür. İkinci müqavilə Raya Həsənova ilə 01.012005-ci ildə bağlanmış 33185035 nömrəli müqavilədir. Abonentin kodu **********000: 33185035-dir. Borc 386,25 manatdır. Yuxarıda da göründüyü kimi, heç bir müqavilə onunla bağlanmamışdır. Bundan başqa, ona suyun verilməsi və ya çirkab suları ilə bağlı hər hansısa bir xidmət göstərilmədiyindən onun cavabdeh orqana heç bir borcu yoxdur. Cavabdehlə onun arasında olan münasibətlər istehlak hüququndan irəli gəlir. İddiaçının ərizəsi əsasında cavabdeh əsl cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X4 əvəz edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsi əsasında sözügedən evi alarkən əvvəlki satıcı ona borcunun olması barədə məlumat verməmiş, özü də bunu araşdırmaq üçün heç bir yerə müraciət etməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, mübahisəli ev alt-üst mərtəbələr və ayrı ünvanlar (ünvan 1 ev 98 və ünvan 1 ev 98, mənzil 1) olmaqla iki hissədən ibarət olmuş, ayrı-ayrı müqavilələr bağlanmaqla bir hissəsi Raya Həsənovaya, digər hissəsi isə Nərgiz Abbasovaya aid olmuşdur. İddiaçı həmin evi alarkən heç bir yerə müraciət etməmiş, əvvəlki mülkiyyətçinin borcunun olub-olmamasını araşdırmamışdır. Hazırda həmin ünvanda iki ayrı sayğac mövcuddur. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********010 :32938714 kimi qeyd edilən Nərgiz Abbasovaya məxsus **********010 nömrəli abonent kartından görünür ki, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 ünvanında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə Nərgiz Abbasovaya xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 588,53 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abonent kodu **********000 :33185035 kimi qeyd edilən Raya Həsənovaya məxsus **********000 nömrəli abonent kartından görünür ki, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 ünvanında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə Raya Həsənovaya xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 386,25 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən reyestrdə 4Ə-2629 nömrəsi ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 tərəfindən ünvan 2 ünvanında yerləşən mülkiyyətdə olan 0,026 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 47,6 kv.m olan fərdi yaşayış evi İddiaçı satılmışdır. Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 (Yeni qaydalarla: AZ 2001, ünvan 3 ünvanında yerləşən 0,0253 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 47,60 kv.m olan fərdi yaşayış evindən ibarət **********52-10301 reyestr nömrəli daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən verilmiş hesab fakturadan görünür ki, ünvan 4 ünvanını su ilə təmin edən xəttə quraşdırılmış 23192916 nömrəli sayğaca əsasən xx.xx.2025-ci il tarixə olan sudan istifadə üçün hesablanmış borc 588,53 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən verilmiş hesab fakturadan görünür ki, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 ünvanını su ilə təmin edən xəttə quraşdırılmış 23192641 nömrəli sayğaca əsasən xx.xx.2025-ci il tarixə olan sudan istifadə üçün hesablanmış borc 386,25 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev alt-üst mərtəbələr və ayrı ünvanlar (ünvan 1 ev 98 və ünvan 1 ev 98, mənzil 1) olmaqla iki hissədən ibarət olmuş, ayrı-ayrı müqavilələr bağlanmaqla bir hissəsi Raya Həsənovaya, digər hissəsi isə Nərgiz Abbasovaya aid olmuşdur. İddiaçı sözügedən ünvanda yerləşən əmlakı alqı-satqı müqaviləsi əsasında, mülkiyyət hüququ üzrə əldə edərkən, su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əvvəlki mülkiyyətçilərin müvafiq olaraq 386,25 manat və 588,53 manat məbləğində borcu olmuş və həmin əmlak qeyd olunan borcla yüklü şəkildə yeni mülkiyyətçinin mülkiyyətinə keçmişdir. Həmin halı iddiaçı və ondan əvvəlki mülkiyyətçilər bilmiş, lakin «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X1rşı borcun əsassız hesablanması tələbinə dair iddia qaldırmamışlar. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında qeyd olunan xüsusatı inkar etməmişdir. Başqa sözlə, iddiaçı sözügedən əmlakı alqı-satqı müqaviləsi əsasında əldə edərkən onun yüklü olduğunu bilmədiyini sübuta yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar