Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3875/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X6rşı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun təmin edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X6rşı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə nümayəndə olaraq onun adından bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı özünə məxsus olan Mersedes Benz 200E markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdehlərdən olan Cavabdeh1 idarə edilməsi üçün etibarnamə ilə vermişdir. Cavabdeh1 ona etibarnamə verdikdən sonra o, həmin avtomobili onun razılığı olmadan mülkiyyət hüquqlarını pozaraq həmin avtomobili cavabdehlərdən olan Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Onun iradəsi olmadan ona məxsus olan mülkiyyətində olan avtomobilə dair alqı-satqı müqaviləsi bağlanan zaman onun iradəsinə uyğun olmayan bir müqavilədir. Qeyd olunan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi görüntü xarakterli müqavilədir. Həmçinin bildirmişdir ki, Cavabdeh2 həbs olunmuş və həbs olunduqdan sonra fəaliyyət qabiliyyəti olmayan şəxs kimi barəsində Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin tələbinə əsasən məcburi müalicə tətbiq edilmişdir. Odur ki, Cavabdeh2 ilə nümayəndə olaraq onun adından bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) X8 iddia tələbini müdafiə etdiyini bildirmiş və Cavabdeh2 ilə nümayəndə olaraq İddiaçı adından bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı Cavabdeh2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, onunla Mersedes Benz 200E markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi X13 şöbəsində bağlanmışdır. O, pulunu ödəyərək avtomobil almışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, Mersedes Benz 200E markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iddiaçıdan pulunu ödəməklə almış və iddiaçı onun adına etibarnamə vermişdir. Sonra sənədləri qaydasında olmadığı üçün avtomobili qohumu Cavabdeh2 adına sənədləşdirmişlər. Onlar arasında alqı-satqı olmamışdır. Sadəcə onun sənədləri qaydasında olmadığı üçün Qabilin adına sənədləşdirmişlər və Qabil ona heç bir pul ödəməmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1, bildirdi ki, Cavabdeh1 dediyinə görə Mersedes Benz 200E markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili oğlu Cavabdeh2 adına sənədləşdirilmiş, lakin o, onların danışıqlarında iştirak etməmiş və danışıqlarına şahid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Cavabdeh2 onun oğludur. Oğlu qohumu Raminin sənədləri qaydasında olmadığı üçün Mersedes Benz 200E markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili oğlu Qabilin adına sənədləşdirilmiş, Qabil isə avtomobili götürərək qaytarmamışdır. Cavabdeh2 avtomobilə görə heç bir pul ödəməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh2, üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X9 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh2, üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X9 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 15 aprel 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi” nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4000 (dörd min) manata satmışdır. İşə əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini etibar etmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Psixo-nevroloji dispanseri tərəfindən verilmiş məktubun surətindən görünür ki, Gəncə şəhəri, Bəndər küçəsi ev 39-da yaşayan, 1983-cü il təvəllüdlü vətəndaş Cavabdeh2 “Şizofreniya, paranoid forma” diaqnozu ilə Gəncə şəhəri, rayonlararası Psixonevroloyi dispanseri tərəfindən 1 saylı Respublika Psixiatriya xətəxanasına stasionar müalicə üçün göndərilmişdir. İşə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2018-cı il tarixli müraciətinə əsasən Nazirliyin səyyar tibbisosial ekspert komissiyası tərəfindən əyani müayinə edilmiş, “hərbi xidmət dövründə” xəstələnmə səbəbi ilə təyin olunmuş müddətsiz 2-ci dərəcə əlilliyi əsaslı hesab edilmiş ve Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən təsdiq edilmişdir. İşə əlavə edilmiş arayışdan görünür ki, Gəncə şəhəri Poçt qəsəbəsi Şəkinski küçəsi ev 51-də yaşayan Cavabdeh1 DİN-nin 102 xidmətinə, daha sonra isə 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus Mersedes markalı 99-L0-957 qeydiyyat nişanlı avtomobilini dostu Cavabdeh2 adına keçirməsini və dostunun maşını qaytarmamasını bildirmişdir. Toplanmış materialda Cavabdeh1 göstərdiyi faktların məhkəmə orqanlarının səlahiyyətlərinə ald olduğu müəyyən edilmişdir.Vətəndaş Cavabdeh1 bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu ona izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini etibar etmişdir. Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4000 (dörd min) manata satmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə nümayəndə olaraq onun adından bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinin etibarsızlığını və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini tənzimləyən normalar tətbiq edilməlidir. İddiaçı Cavabdeh1 ilə aralarında avtomobilin alqı-satqısını deyil, sadəcə Mersedes Benz 200E markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 adına sənədləşdirmək məqsədilə bağladığını göstərmişdir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi qanunvericilik əqdləri mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər olmaqla iki qrupa bölmüş və mübahisə edilən əqdlərin etibarsız sayılmasını müqavilənin mübahisə edilməsi və müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi ilə şərtləndirmişdir. İddiaçı Cavabdeh1 ilə aralarında avtomobilin alqı-satqısını deyil, sadəcə Mersedes Benz 200E markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 adına sənədləşdirmək məqsədilə bağladığını göstərsə də, iş materiallarında olan Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-si WDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4000 (dörd min) manata satmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmasını qeyd etsə də, bu xüsusatı təsdiqləyən yetərli sübutlar təqdim edə bilməmişdir. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, şahidlər birbaşa alqı-satqıda iştirak etməmişlər və bu baxımdan məhkəmə onların ifadələrini yetərli hesab etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X6rşı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun təmin edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3875/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3875/2023
31.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver