Məhkəmə qərarları › İş №2(125)-3895/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3895/2024

27.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3895/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 15.*9.2**3-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 15.*9.2**3-cü il təvəllüdlü nəvəsi X1* halhazırda “Mərkəzi sinir sisteminin digər doğuş travmaları. Mərkəzi sinir sisteminin autinatal hipoksik zədələnməsi. Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları. Nitqin inkişafdan geri qalması. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli ağıl azlığı, şəxsiyyət və davranış pozğunluğu ilə” diaqnozu xəstəlikdən əziyyət çəkir, o, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik deyil, hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. X1* 2-ci dərəcəli əlildir. O, hal-hazırda Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində müalicədədir. Nəzakət Yolçuyeva hərəkətlərinin mənasını anlamadığı üçün və öz hərəkətlərini idarə edə bilmədiyinə görə Nəzakət Yolçuyeva fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. X5 anası X11 1*.*2.2*2*-ci il tarixdə vəfat etmiş, atası X16 isə 15.12.2*22-ci il tarixdə vəfat etmişdir. X2 başqa heç bir yaxın qohumu yoxdur, onun bacısı Fəzilət Yolçuyeva da xəstədir. X6 qəyyumluğa götürmək üçün Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilmiş, lakin orada bildirmişlər ki, X5 qəyyumluğa verilməsi onların səlahiyyətləri xaricindədir və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X1 Yolçuyevanın hazırda müalicədə olduğunu və ərizənin təmin olunmasına heç bir etirazlarının olmadığını göstərdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AA1498382 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1* 15.*9.2**3-cü ildə anadan olmuşdur. AZ-İ 297746 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, 15.*9.2**3-cü ildə anadan olmuş X5 ata qrafasında X16, ana qrafasında X3 qeyd olunmuşdur. AZ-İİ 275*21 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 15.12.2*22-ci ildə ölmüşdür. AZ-İİ *5*434 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 31.*1.2*2*-ci ildə ölmüşdür. *6.*6.2*24-cü il tarixli, 3-16-5/8-647 nömrəli arayışdan görünür ki, 27.*7.1977-ci ildə anadan olmuş X7 ata qrafasında X13, ana qrafasında X4 qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat barədə *6.*9.2*22-ci il tarixli elektron çıxarışın surətindən görünür ki, X1* ikinci dərəcə əlil olmaqla Mərkəzi sinir sisteminin digər doğuş travmaları, Mərkəzi sinir sisteminin autinatal hipoksik zədələnməsi, Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları, Nitqin inkişafdan geri qalması, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Orta dərəcəli ağıl azlığı, şəxsiyyət və davranış pozğunluğu diaqnozu ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 X17 Şöbəsi tərəfindən verilmiş 18.*9.2*24-cü il tarixli, 674 saylı rəydən görünür ki, 15.*9.2**3-cü ildə anadan olmuş X1* orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında deyildir. X1* fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X1* psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X5 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli, X1* fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 23*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 15.*9.2**3-cü ildə anadan olmuş X1* fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar