Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3916/2023 11.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 mart 2010cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay 250 manat məbləğində alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 10 iyun 2009-cu il tarixdə evlənmiş, həmin evlilikdən xx.xx.2010-cu il təvəllüdlü 24 mart 2010-cu il tarixdə X5 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 516/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılaraq, X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi qət edilmişdir. Hal-hazırda 160 manat məbləğində aliment uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın saxlanılması xərcləri günü-gündən çoxalır və onun saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur. Odur ki, 24 mart 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay 250 manat məbləğində alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 mart 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan aliment məbləğinin azaldılaraq onun əmək haqqına yönəldilməsi, yəni əmək haqqının dörddə bir hissəsinin cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 10 iyun 2009-cu il tarixdə evlənmiş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü 24 mart 2010-cu il tarixdə X5 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanılması üçün 160 manat aliment kəsilmişdir. Lakin o, ikinci dəfə ailə qurmuş və 02 mart 2021-ci ildə Ümid adlı bir oğlu anadan olmuşdur. Onun oğlu körpə və xəstə olduğundan arvadı işləyə bilmir, ailənin bütün ağır yükünü o daşıyır. Uşağın müalicəsinə çoxlu pul lazım olur. O, özü X2 bərbər vəzifəsində işləyir və əmək haqqından başqa gəlirləri yoxdur. Məhkəmə tərəfindən ondan alimentin sabit pul məbləğində tutulmasına dair qətnamə çıxarılarkən o heç bir yerdə işləməmiş, sonradan, yəni 01 may 2020-ci ildə tarixdən X2 bərbər işləmişdir. Odur ki, 24 mart 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan aliment məbləğinin azaldılaraq onun əmək haqqına yönəldilməsi, yəni əmək haqqının dörddə bir hissəsinin cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)- 3036/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 24 mart 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İİ № 393786 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 24 mart 2010-cu il tarixdə Gəncə şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 444 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh X2 bərbər vəzifəsində işlədiyini və əmək haqqından başqa gəlirləri olmadığını qeyd edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il taruixli 2(044)-516/2020 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2010-cu il tarixdə anadan olmuş qızı X1 üçün tutulan alimentin miqdarının azaldılması və cavabdehin xeyrinə ondan xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1058/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı «alimentin azaldılmasına» dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV № 660557 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 02 mart 2021-ci il tarixdə Gəncə şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3907 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana qrafasında isə X6 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 1257 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Cavabdeh xalis əmək haqqı 2022-ci il tarixdə 164-150, 2023-cü il tarixdə 210-310 manat arası təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3036/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 24 mart 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə ilkin iddia üzrə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda ilkin iddia üzrə cavabdehdən hər ay bir uşağa görə 190(bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 24 mart 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 190 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsinə əsasən X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsinin qət edildiyini və yeni evlilikdən 02 mart 2021-ci il tarixdə X9 adlı uşaqlarının dünyaya gəldiyini qeyd edərək aliment məbləğinin azaldılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı 160 manat olmaqla yaşayış minimumundan 60 manat azdır. Həmin məbləğin azaldılması isə yetkinlik yaşına çatmayan uşağın fiziki, əqli və mənəvi cəhətdən sağlam inkişaf etməsinə heç də kifayət qədər yetərli olmaz və uşaqların maddi və mənəvi tələbatlarının təmin edilməsi və sağlam böyüməsinə, uşağın maraqlarının təmin edilməsinə mənfi təsir göstərər. Bu baxımdan qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ilkin iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-516/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. X1 üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3916/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3916/2023
11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver