Məhkəmə qərarları › İş №2(125)-395/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-395/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-395/2024 12.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və ölmüş şəxslər X3 və X4 hüquqi varisi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X11 küçəsi, 86 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evinə dair mərhum qardaşı X8 ondan xahiş edərək bildirmişdir ki, uşaqları və digər şəxsləri evə qeydiyyata salıb çıxarmaq üçün ona etibarnamə lazımdır. Belə ki, X8 onun savadsızlığından istifadə edərək sonradan onun məlumatı olmadan öz mənafeyinə qulluq edərək başqa şəxsə, yəni Cavabdeh2 etibarnamə verərək öz doğma qızının adına alqı-satqı etmək məqsədi ilə Cavabdeh2 etibarnamə verərək öz maraqları və görüntü xarakterli müqavilə bağlamaq məqsədi ilə qarşılıqlı pis niyyətlə əlaqə quraraq, onun mülkiyyətində olan evini mənimsəmişlər. Beləliklə, cavabdehlər özləri bir ailə olaraq onun mülkiyyət hüququnun pozulması ilə nəticələnən alqı-satqı müqaviləsi bağlamışlar. Belə ki, Cavabdeh2 cavabdehlərdən olan X5 alqı-satqı etmişdir. X9 qardaşı X3 2-ci nikahından anadan olmuş qızıdır. Cavabdeh2 isə X3 2-ci nikahı ilə evləndiyi Cavabdeh1 1-ci nikahından anadan olmuş oğludur. Göründüyü kimi, X8 öz 20 yaşında olan qızına alqı-satqı etmək niyyəti olmamış, sadəcə olaraq onun əmlakını mənimsəmək olmuşdur. Bu baxımdan bağlanmış alqı-satqı müqaviləsi görüntü xarakterli olmaqla tərəflərin əsl iradə ifadəsini əks etdirmir, yalnız cavabdehlərin ona qarşı pis niyyətlə qarşılıqlı razılığa gəlmələrini göstərir. Cavabdehlər birgə olaraq onu mülkiyyət hüququndan məhrum etmək məqsədi bu müqaviləni bağlamışlar. 20 yaşında qızın yəni təhsil alan tələbənin sərəncamında 20000 manat pulun olması özlüyündə gülüncdür. Hesab edir ki, cavabdehlərin qeyd olunan fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun təmin edilməsi həm ədalət mühakiməsinin prinsiplərinə, həmçinin hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olar. Əgər onun həqiqətən də qeyd olunan fərdi yaşayış evini tam olaraq X4 adına rəsmiləşdirmək niyyəti olsa idi X6 heç bir ehtiyacı yox idi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və ölmüş şəxslər X3 və X4 hüquqi varisi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlərin məhkəməyə yazılı etirazlarını təqdim etdiklərini göstərərək, mübahisəli fərdi yaşayış evinin Həsənov Familin özünə məxsus olduğunu və Familin xərcləri üçün satıldığını bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etirazlarını onunla əsaslandırmışdır ki, mübahisəli mülk olan Gəncə şəhəri, Z.Tağıyev küçəsi, 86 nömrəli mülkü mərhum həyat yoldaşı Famil Həsənov 1993-cü ildə almışdır. X18 polis əməkdaşı olduğu üçün, öz adına əmlak ala bilmədiyindən həmin mülkü formal olaraq bibisi İddiaçı adına qeyd etdirmişdir. İddiaçı isə öz növbəsində mülkü idarə edə bilmək üçün Famil Həsənova baş etibarnamə vermişdir. İddiaçı 1 gün də olsun həmin mülkdə yaşamamışdır. Famil Həsənov 1993-cü ildən etibarən 30 il müddətində həmin mülkdə yaşamış, 01 yanvar 2023-cü il tarixdə elə həmin mülkdə də vəfat etmişdir. O isə 2001-ci ildən etibarən hal-hazırda dünyasını dəyişmiş Famil Həsənovla rəsmi nikah bağlamaqla ailə qurub həmin mülkə gəlin köçmüşdür. Bu nikah hər ikisinin ikinci nikahı olmuşdur. Hər ikisinin də ilk nikahlarından övladları vardır. Birgə nikahlarından isə X10 adlı övladları olmuşdur. Yəni iddia ərizəsində qeyd edilən kimi X13 ögey deyil, öz doğma qızıdır. Kübra da doğulduğu andan 20 il müddətində həmin mülkdə yaşamışdır. İddia ərizəsində qeyd olunmuşdur ki, Kübranın o evi 20000 manata alması qeyri realdır və gülünc vəziyyətdir. Qeyd etmişdir ki, o, X1 dossentdir, aylıq əmək haqqı 2000 manatdır. Digər övladları böyük olduqları üçün və özləri işlədikləri üçün o, qazancını ancaq Kübraya sərf etmişdir və 20000 manat halhazırkı dövrdə o qədər də böyük məbləğ deyil. Əksinə İddiaçı heç zaman ailə qurmamış, heç bir yerdə işləməmiş və qardaş himayəsində yaşamışdır. Ancaq təqaüd yaşı çatan zaman Famil Həsənov onun təqaüdünü düzəltmişdir. Göründüyü kimi, İddiaçı təqaüd yaşından dövlətdən pul aldığı üçün, o evi almaq iqtidarında olmamışdır. Onun 30 il ərzində Famil Həsənovdan o evi tələb etməməsi və yalnız sonuncunun ölümündən sonra ev iddiasını qaldırması da bunun bir sübutudur. Əslində isə ev iddiasını qaldırmağa İddiaçı Famil Həsənovun 1-ci nikahından olan oğlu Fuad Həsənov vadar etmişdir. Famil Həsənov xərçəng xəstəliyinə tutulduğundan, müalicəyə çox pul sərf etdiyindən evi satıb kiçik ev alaraq borcları bağlamaq və onları gələcəkdə Fuadın başlarına açacağı bəlalardan qurtarmaq qərarına gəlsə də, Kübra doğulub boya başa çatdığı mülkdən ayrılmaq istəmədiyi üçün Kübranın adına yığdığı pulla, nisbətən də qardaşı Elturanın köməyi ilə evi Kübraya almışlardır və həmin pulla da Famil Həsənov borclarını ödəmişdir. Bildirmişdir ki, hələ Famil Həsənovun sağlığında onun ilk nikahdan olmuş oğlu X12 ilə aralarında münaqişələr olmuşdur. Belə ki, Fuad Həsənov pis vərdişlərin aludəçisi olduğu üçün hər dəfə nə yolla olursa olsun atasından pul tələb etmiş, yaşadıqları evdən və digər evlərdən dəfələrlə oğurluq etmişdir. Atası isə hər dəfə onun vurduğu zərərləri ödəmiş, öz adını qorumaq məqsədilə və oğlunun hərəkətlərindən utanc hissi duyduğu üçün onun hərəkətlərinin əksəriyyətini ört-basdır etmiş, polisə şikayət etməmişdir. Hər dəfəsində tələb etdiyi pulu ala bilmədiyi təqdirdə isə evə gələrək davalar salmış, atasının maşınının şüşəsini daşla qırmış, maşına qırmızı rəngli boya tökərək yararsız vəziyyətə salmışdır. Bakı şəhərində törətdiyi cinayət nəticəsində isə 7 il həbs olumnuş, bu səbəbdən də atası X19 Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsindən azad olunmuşdur. Fuad Həsənovun evdən davamlı olaraq oğurluq edib pis vərdişlərinə sərf etməsi hələ sağlığında Famil Həsənovu onu evdən uzaqlaşdırmağa məcbur etmişdir. Nəticədə isə keçirdiyi stresslərdən və əsəblərdən xərçəng xəstəliyinə tutularaq dünyasını dəyişmişdir. Famil Həsənovun ölümündən sonra oğlu Fuad Həsənov bu dəfə Famillə birgə nikahdan olan qızları, yəni öz atabir bacısı Kübra Həsənovanı təhdid eləməyə başlamışdır. Ona təhdid dolu videolar çəkib atmış, Novruz bayramında evlərinə basqın edərək yaşadıqları evi satıb ona pul vermələrini, ev satılmasa belə pul tapıb vermələrini tələb etmişdir. Kübra hələ 20 yaşında idi, o qardaşının bu əməllərindən qorxub sarsıntı keçirirdi, atasının ölümündən sonra qardaşının onu elə təhdidlərlə hədələməsi onun depressiyaya düşməsinə gətirib çıxarmışdır. Onun ilk nikahından olan oğlu Cavabdeh2 isə anabir bacısı Kübra Həsənovanın müdafiəsinə qalxanda isə bu dəfə Fuad Həsənov onunla “icəşməyə” başlamışdır. Belə ki, Cavabdeh2 polis əməkdaşı olduğundan istifadə edərək xx.xx.2023-cü il tarixində “Tik-tok” sosial şəbəkəsi vasitəsilə onun barəsində şərböhtan xarakterli çıxışlar etmişdir. Bu hal Kübranın tamamilə stressə düşməsinə, qardaşı Elturana nəsə olacağı qorxusuna düşməsinə səbəb olmuşdur. Kübra Həsənovanın yaşı az olduğundan və zərif cinsin nümayəndəsi olduğundan bu hadisələrə tab gətirməyərək xx.xx.2023-cü il tarixdə özünü asaraq intihar etmişdir. Ailələrinə bu qədər bədbəxtlik gətirməsindən hələ də sakitləşməyərək, Fuad Həsənov indi də evi satıb pulunu ona verməyəcəkləri təqdirdə onu və nəvələrini ölümlə hədələmişdir. Bununla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Famil Həsənov ölümündən əvvəl Gəncə Şəhər 2 saylı notariat kontoruna gedərək evi qızı Kübra Həsənovaya alqı-satqı yolu ilə satmışdır. Proseslərin davam etdirilməsi üçün isə Cavabdeh2 etibarnamə vermişdir. Göründüyü kimi, mübahisəli mülkü Famil Həsənov almış, mülk ona məxsus olmuş, 30 il ərzində həmin mülkdə yaşamışdır. Mülkün İddiaçı adına olması isə formal xarakter daşımış və İddiaçı 30 il ərzində ev iddiası qaldırmamış, yalnız Famil Həsənovun ölümündən və evin formal olaraq onun adına olmasından istifadə edərək evi mənimsəmək qərarına gəlmişdir. Bu səbəblərdən də İddiaçı iddia ərizəsini əsassız hesab edərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlərdir. Notariat işində olan xx.xx.2022-ci il tarixli, **********261-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X11 küçəsi, 86 ünvanında yerləşən ümumi sahəsi 79.2 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0404 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına reyestrdə qeydiyyata alınmışdır. Notariat işində olan xx.xx.2022-ci il tarixli, 7E-10169 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Ağcabədi rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2014cü il tarixli, 7E-11953 reyestr nömrəli etibarnamə əsasında İddiaçı tərəfindən X6 verilmiş səlahiyyətlər X8 tərəfindən ötürülərək həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər Cavabdeh2 etibar edilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisində aparılmış xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli notariat işində olan xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı adından Cavabdeh2 ilə X9 arasında Gəncə şəhəri, X11 küçəsi, 86 ünvanında yerləşən 0,0404 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 79,2 kv/m olan fərdi yaşayış evinə dair alqı satqı müqaviləsi bağlanmış, həmin fərdi yaşayış evi X5 20000 manata satılmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası İqtisadiyyat Nazrliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, X11 küçəsi, 86 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.1980-ci il tarixli,2-1-151 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 tərəfindən İddiaçı satılmışdır. Qed olunan fərdi yaşayış evi üzərində İddiaçı hüquqları daşınmaz əmlakın Dövlət reestrində qeydiyyata alınmamışdır. X2 ilə İddiaçı arasında xx.xx.1980-ci ildə 6 saylı dövlət notariat kontorunda bağlanmış müqavilədən görünür ki, Gəncə şəhəri, X11 küçəsi, 86 ünvanında yerləşən fərdi yaşayış evi X2 tərəfindən İddiaçı 10000 manata (rubla) satılmışdır. AZ-İİ 306124 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddiaçı iddia etmişdir ki, cavabdehlər uşaqları və digər şəxsləri evə qeydiyyata salmaq məqsədi ilə ondan etibarnamə alaraq onun məlumatı olmadan öz mənafelərinə qulluq edərək və görüntü xarakterli müqavilə bağlamaqla onun mülkiyyətində olan evini mənimsəmişlər. Cavabdehlər iddia tələbinə qarşı etirazlarını onunla əsaslandırmışdırlar ki, mübahisəli mülkü mərhum həyat yoldaşı Famil Həsənov 1993-cü ildə almış, X18 polis əməkdaşı olduğu üçün, öz adına əmlak ala bilmədiyindən həmin mülkü formal olaraq bibisi İddiaçı adına qeyd etdirmişdir. Famil Həsənov xərçəng xəstəliyinə tutulduğundan, müalicəyə çox pul sərf etdiyindən evi satıb kiçik ev alaraq borcları bağlamaq qərarına gəlsə də, Kübra doğulub boya başa çatdığı mülkdən ayrılmaq istəmədiyi üçün Kübranın adına yığdığı pulla, nisbətən də qardaşı Elturanın köməyi ilə evi Kübraya almışlar və həmin pulla da Famil Həsənov borclarını ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göründüyü kimi cavabdehlər iddiaçının verdiyi etibarnamə əsasında iddiaçıya məxsus fərdi yaşayış evini alqı-satqı yolu ilə yaxın qohumuna (öz doğma qızına) satmışdır. Halbuki, yuxarıda qeyd olunan qanunvericilikdən görünür ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bununla yanaşı cavabdehlər iddia tələbinə etirazlarının əsası kimi mübahisəli evin mərhum Famil Həsənov tərəfindən 1993-cü il tarixdə alınması və formal olaraq iddiaçının adına qeydə alınmasına dair göstərdikləri dəlillərə dair məhkəmə qeyd edir ki, cavabdehlər evin 1993-cü il tarixdə Famil Həsənov tərəfindən alınmasını göstərsələr də, iş materiallarında olan xx.xx.1980-ci il tarixdə 6 saylı dövlət notariat kontorunda bağlanmış müqavilədən görünür ki, mübahisəli fərdi yaşayış evi X2 tərəfindən İddiaçı 10000 manata (rubla) satılmışdır. Cavabdehlərin mübahisəli evi məhz öz doğma qızlarına Famil Həsənovun müalicəsi məqsədi və borclarının ödənilməsi məqsədi ilə satılmasına dair göstərdikləri dəlillər işin hallarına uyğun deyildir və görüntü məqsədi ilə bağlanmış müqavilə olmuşdur. MM-in 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd olunmuşdur ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öz etirazlarının əsası kimi istinad etdikləri hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər, iddiaçının iddia tələbi əsaslıdır, ona görə də iddia təmin olunmalı, Gəncə şəhəri, X11 küçəsi, ev 86 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adından mərhum X9 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, X11 küçəsi, ev 86 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adından mərhum X9 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar