Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-398/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X5 üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, X12 ilə 25.*5.2*17-ci il tarixdə Gəncə ASAN xidməti mərkəzi qeydiyyat şöbəsində nikaha girərək ailə qurmuşlar. Bu nikahdan X7 və X9 dünyaya gəlmişlər. Həyat yoldaşı X12 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konistitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq 27.*9.2*2*-ci il tarixdə başlayan hərbi əməliyyatlara qatılaraq 44 günlük vətən müharibəsində iştirak etmişdi. 44 günlük müharibə müddətində həyat yoldaşı X12 xidmət etdiyi N nömrəli hərbi hissənin tərkibində işğalda olan rayonların geri qaytarılması hərbi əməliyyatlarında da, yaxından iştirak etmişdir. 44 günlük müharibə müddətində həyat yoldaşı Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azad olunması hərbi əməliyyatlarında iştirak etmişdir. Hətta Şuşanın azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən müharibəsi” medalı ilə təltif olunmuşdur. Həyat yoldaşı X12 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konistitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq 44 günlük vətən müharibəsində hərbi əməliyyatlarda iştirak edərkən *9.11.2*2*-ci il tarixdə komandiri olduğu manqanın yanına düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində manqası ilə birlikdə ağır xəsarətlər almışlar bu zaman həyat yoldaşı da, “Partlayış travması qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi” travmaları almışdır. Alınan travmalar nəticəsində X6 “Posttravmatik stress pozuntusu, qıcolma tutulmaları, kəskin asteno-nevrotik sindrom xroniki pielonefrit” diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkasında ambulator müalicəsində olmuş və Hərbi Həkim Komissiyasının Qərarında qeyd edilənlər Azərbaycan Respublikasının Müdafiəsi zamanı alındığı *1 yanvar 2*21-ci il tarixli 252* nömrəli X3 qeyd edilmişdir. Hal-hazırda həyat yoldaşı X12 üçüncü dərəcəli əlildir, buna baxmayaraq onda ruhi-əsəb gərginliyi və psixi pozğuntular tez-tez baş verir. Yanında qəyyumu və yaxud himayəçisi olmasa evi öz başına tərk edir, getdiyi yerdən evə qayıda bilmir, yaddaş pozğuntusu olur. Bu barədə Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyasına mənim həyat yoldaşım üzərinə qəyyum və himayəçi təyin edilməsi üçün müraciət etmiş, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən ona 19.*9.2*22-ci il tarixli A-32-*99 saylı məktubla X5 məhkəmə qaydasında “fəaliyyət qabiliyyəti olmayan şəxs” hesab edildikdən sonra Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı tərəfindən sərəncam veriləcəyi bildirilmişdir. Ona görə də, həyat yoldaşı X5 müharibə zamanı mərmi partlaması nəticəsində aldığı xəsarətdən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərinə qəyyum və himayəçi təyin edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, həyat yoldaşı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X5 üzərinə qəyyum və himayəçi təyin olunmağım barədə ətnamə çıxarılmasını xahiş etmişdr. Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPN-nin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin təsdiqlənmiş aurətindən görünür ki, X12 ilə X1* 25 may 2*17-ci il tarixdə Gəncə ASAN xidməti mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. İşdə olan AO *674594 saylı hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, X12 *9 noyabr 2*2*-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Şuşanın azad edilməsinə görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkasının 13.*4.2*21-ci il tarixli 8713 saylı arayışından görünür ki, X12 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır xəsarət almışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X14 Fondu publik hüquqi şəxsin Gəncə-daşkəsən regional filialının *1.*8.2*22ci il tarixli **********12 saylı arayışından görünür ki, X12 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusuya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcə əlilliyə görə 3** manat məbləğində Prezident təqaüdü alır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan X1 travmaların nəticələri, partlayış travması, keçirilmiş qapalı kəllə beyin travması (*9.11.2*2*), baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər, posttravmatik stress pozuntusu, barotravma(*9.11.2*2*), sağ tərəfli xroniki tubootit, sağ tərəfli ağır eşitmə, pıçıltı nitqinin sağ qulaqda 5,* m, sol qulaqda 6,* m məsafədən eşitməsi ilə gıcolma travması diaqnozu ilə 3-cü dərəcəllik əlillik verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq mərkəzi” publik hüquqi şəxsin 22.*7.2*22-ci il tarixli 7189 saylı arayışından görünür ki, müayinə nəticəsində X8 üzvi mənşəli (qapalı kəllə beyin travması) şizofreniyayabənzər pozuntu F*6, və uzunmüddətli psixiotik hal F23.* diaqnozu qoyulmuşdur. İşdə olan 252* saylı *1 yanvar 2*21-ci il tarixli X2 görünür ki, X8 posttravmatik stress pozuntusu, partlayış travması, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər, partlayış travması(*9.11.2*2*), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, barotravma(*9.11.2*2*), sağtərəfli xroniki tubootit, sağtərəfli ağır eşitmə, pıçıltı nitqinin sağ qulaqda 5,* m, sol qulaqda 6,* m məsafədən eşitməsi diqanozu ilə sülh dövründə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Medalının İ-2**1 saylı vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2*2*-ci il 29 dekabr tarixli 237* nömrəli Sərəncamı ilə X12 “Şuşanın azad olunması” medalı ilə təltif edilmişdir. İşdə olan Azərbaycan Respublikası Medalının İ-488* saylı vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*22-ci il 21 aprel tarixli 25*s nömrəli Sərəncamı ilə X12 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan Gəncə şəhər X4 İİ terapiya şöbəsinin nevrolligiya şöbəsinin stasionar xəstənin kartəndan *324*21/176 saylı çıxarış epikrizindən görünür ki, xəstənin şöbədə konservativ müalicə kursu başa çatdığı üçün sahə nevropotoloqun nəzarətində evə yazılmışdır. İşdə olan Gəncə şəhər X4 İİ terapiya şöbəsinin nevrolligiya şöbəsinin stasionar xəstənin kartəndan *345822/495 saylı çıxarış epikrizindən görünür ki, sağ qulaqda neyrosenser ağır eşitmə diaqnozu ilə xəstənin şöbədə konservativ müalicə kursu başa çatdığı üçün sahə nevropotoloqun nəzarətində evə yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş 16 dekabr 2*22-ci il tarixli 169 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəydən görünür ki, X5 hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 13.*3.2*23-cü il 937 saylı rəyindən görünür ki, X6 üzvi şəxsiyyət pozuntusu, anamnezində şizofrenəbənzər pozuntu müəyyən edilir. X6 müəyyən edilən şəxsiyyət pozuntusu ifadə dərəcəsinə görə dərin şəxsiyyət pozuntusu olmadığı üçün, həmçinin hazırki müayinə zamanı məhsullar psixosimptomatika (sayıqlama və qavrama aldanmaları), yəni psixotik hal müəyyən edilmədiyi üçün o, öz hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Buna görə də X12 fəaliyyət qabiliyyətli hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 13.*3.2*23-cü il 937 saylı rəyindən görünür ki, X6 üzvi şəxsiyyət pozuntusu, anamnezində şizofrenəbənzər pozuntu müəyyən edilir. X6 müəyyən edilən şəxsiyyət pozuntusu ifadə dərəcəsinə görə dərin şəxsiyyət pozuntusu olmadığı üçün, həmçinin hazırki müayinə zamanı məhsullar psixosimptomatika (sayıqlama və qavrama aldanmaları), yəni psixotik hal müəyyən edilmədiyi üçün o, öz hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Buna görə də X12 fəaliyyət qabiliyyətli hesab edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X12 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməməlidir. Məhkəmə ərizənin “Ərizəçi X5 üzərində qəyyum hesab edilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, 13.*1.196*-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-22*, 233, 312-316 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X5 üzərində qəyyum təyin edilməsi barədə ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-398/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-398/2023
25.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver