Məhkəmə qərarları › İş №2(125)-398/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-398/2025

25.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-398/2025 25.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, oğlu xx.xx.1994-cü il tarixdə anadan olmuş X2 anadangəlmə birinci qrup əlildir. Belə ki, o, Gəncə şəhər Psixo-Nevroloji dispanserində «İmbesillik dərəcəsində olan oliqofreniya, MMS-in qalıq əlamətləri, sağ tərəfi hemiparez, qıcolma sindromu» ilə qeydiyyatdadır. X2 xəstəliyi ilə əlaqədar özünü idarə edə, ən zəruri tələbatlarını ödəyə və öz adından hüquq münasibətlərinə daxil ola bilmir. X2 daim onun və ailə üzvlərinin nəzarətindədir. Buna görə də X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X1 üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, işdə olan XVİİİ-ЖГ seriyalı 409189 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X1 atası X3 oğlu, anası isə Ərizəçidır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X2 imbesillik dərəcəsində olan oliqofreniya. MMS-in qalıq əlamətləri, sağ tərəfi hemiparez, qıcolma sindromundan əziyyət çəkir. Müddətsiz olaraq birinci dərəcəli əlildir. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 5-1/2- 1658/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi Turanə Əsgərovanın fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 237 nömrəli rəyindən görünür ki, xx.xx.1994-cü il tarixdə anadan olmuş X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), uşaq serebral iflicinin qalıq əlamətləri ilə xəstəliyindən əziyyət çəkir. xx.xx.1994-cü il tarixdə anadan olmuş X2 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), uşaq serebral iflicinin qalıq əlamətləri ilə xəstəliyindən əziyyət çəkir. xx.xx.1994-cü il tarixdə anadan olmuş X2 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar