Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3999/2023 22.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X6, Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasını maraqlı şəxs qismində qeyd etməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında ərizəçi ərizəsi əsasında əsl Ərizəçi ilə əvəz edilmişdir. Ərizədə Ərizəçi atası *8.1*.1967-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İşin faktiki hallarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs ərizəçinin atasıdır. Belə ki, ərizəçinin atası X4 ilə ərizəçinin anası X6 *9.*8.1995-ci ildə Gəncə Şəhər Kəpəz rayon VVADQ şöbəsində nikahlarını qeyd etdirməklə, ailə qurmuşlar. Ərizə onunla əsaslandırılmışdır ki, son illər ərizəçinin atasının psixi vəziyyətində dəyişiklik olmuşdur, belə ki, o öz-özünə danışmağa başlayıb, hər kəslə görüşəndə onun ruhunu gördüyünü bildirir və onların ruhuna öpüşlər göndərir. Allahın 125 peyğəmbərlərindən biri olduğunu, 13-cü imam olduğunu hamıya deyir, televizorda veriliş gedəndə onlarla danışır və öpüş göndərir, dəfələrlə mağazalardan mal alanda pulunu vermədən getmiş, yaxud mağazadan 5* qəpik pulları götürmüşdür. Qonşuların və evin sayğacının rəqəmsal tablosunu saatlarla izləyir, qonşuları narahat edərək onlardan sayğaca pul yükləmələrini tələb edir. Dəfələrlə, o, “üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə olunmuşdur, lakin müalicələrin heç bir köməyi olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.*7.2*23-cü il tarixli, 452 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs X3 hal-hazırda Üzvü mənşəli Şəxsiyyət Pozuntusu XBT 1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -1*-cu baxış) F*7.* müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki tibbi sənədlər (Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 2*.*4.2*23-cü il tarixli 57/3 saylı arayış, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 25.*7.2*22-ci il tarixli 1744/2*22 saylı ambulator kartadan çıxarış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yaddaşının bir qədər zəif olması, yeni məlumatları pis qavraması, təfəkküründə konkretliyə meyillilik aşkar olunması, mülahizə və mühakimələrinin bir qədər səthiliyi, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiya ilə cavab verməsi onda, kobud qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının müəyyən edilməməsi, kəskin psixoproduktiv simptomotika (hallüsinasiya və sayıqlama ideyaları) müşahidə edilməməsi və s.) sübut edir. Ekspert psixiatr mülki işin materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək müəyyən etmişdir ki, *8 oktyabr 1967-ci il tarixdə anadan olmuş X1 mənşəli Şəxsiyyət Pozuntusu XBT 1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -1*-cu baxış) F*7.* xəstəliyindən əziyyət çəkir. *8 oktyabr 1967-ci il tarixdə anadan olmuş X4 öz hərəkətlərinin mənasını başa düşür, özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarındadır. X4 hal-hazırda fəaliyyət qabiliyyəti olan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə qeyd edir ki, MPM-ə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məcəllənin 319cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məcburi qaydada məhkəmə-psixiatriya ekspertizası təyin etməlidir. Qanunun tələbindən göründüyü kimi şəxsin psixi qüsuru barədə işdə kifayət qədər məlumatın olması onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul etmək üçün deyil, müvafiq ekspertiza təyin etmək üçün əsasdır. Çünki şəxsin psixi vəziyyəti, o cümlədən onun öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyi və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyi yalnız həkim ekspert tərəfdindən müəyyən edilə bilər. Yalnız ekspert rəyi ilə bu halların mövcudluğu təsdiq edildiyi halda məhkəmə şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X4 hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Çünki, iş materiallarına əlavə edilmiş və toplanmış sübutlardan əlavə, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X4 müstəqil şəkildə məhkəmə iclasında iştirak etmişdir. Bu, eləcə də iş üzrə bir-birini tamamlayan digər mötəbər sübutlar, o cümlədən məhkəmə psixiatrik ekspertizasının rəyi X2 öz hərəkətlərinin mənasını başa düşməsinə, öz hərəkətlərinə rəhbərlik edə bilməsinə və beləliklə onun fəaliyyət qabiliyyətli olmasına dəlalət edir. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233.1, 317-321, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3999/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3999/2023
22.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver