Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-400/2023 09.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X33 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxslər X19, X14 və X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxslər X26, X15, X19, X14, X27, X11 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxslər X26, X15, X19, X14, X27, X11 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8nun qanun üzrə 1-ci növbə vərəsəsi tanınınması, cavabdehlərin mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəbdən ötürdükləri üçün mirasa olan hüquqları itirilmiş hesab edilməsi və mirası qanun üzrə vərəsə kimi faktiki qəbul edib idarə etdiyi üçün miras əmlak üzərində bütünlüklə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan yaşayış evini qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın üzərində qanun üzrə vərəsə kimi hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, mərhum babası X4 adına ünvan 2 ünvanda miras mülk qalmışdır. X1 1938-ci ildə rəhmətə getmişdir. Babası rəhmətə getdikdən sonra X8 mirası faktiki qəbul edib idarə etmişdir. X8 1989-cu ildə rəhmətə getdikdən sonra miras mülkdə faktiki olaraq yaşayıb mirasa sahiblik edib qəbul etmişdir. Hal-hazırda miras mülkdə yaşayır. İş üzrə cavabdehlər atası rəhmətə getdikdən sonra mirası nə faktiki, nə də rəsmi qaydada qəbulu üçün heç bir addım atmamışlar. Bu şəxslər atası ölməmişdən qabaq Rusiya Federasiyasına getmiş, atası öləndən sonra da, geri qayıdıb mirasın qəbulu üçün heç bir addım atmamışlar. Ona görə də, mərhum babasına məxsus əmlak atası öləndən sonra cavabdehlərin mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddətin üzürsüz səbəbdən ötürülməsi nəzərə alınıb cavabdehlərin mirasa olan hüquqları itirilmiş hesab edilməli və mirası faktiki qəbul edib sahiblik etməsi nəzərə alınmaqla miras əmlak üzərində onun mülkiyyət hüququ tanınmalıdır. Odur ki, mərhum X2 qalmış miras qalmış və X8 tərəfindən faktiki qəbul edilmiş ünvan 1 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan yaşayış evini qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın üzərində qanun üzrə vərəsə kimi hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X19, iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, X1 1938-ci ildə rəhmətə getmişdir. Mərhum babası X4 adına ünvan 2 ünvanda miras mülk qalmışdır. Həmin mülkdə ataları X32 yaşamışdır. Atalarının vəfatından sonra həmin mülkdə qardaşı İddiaçı yaşamışdır. O və digər üçüncü şəxslər mirası qəbul etməmişlər. Odur ki, iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında üçüncü şəxs X14 və X20 üçüncü şəxs X19 ilə eyni məzmunlu izahat vermişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxslər X26, X15, X27 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxslər X26, X15, X12 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 990457 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 1938-ci ildə ölmüşdür. İşdə olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-861/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı X1nun 1938-ci ildə vəfat etməsi və X8nun 1930-cu ildə anadan olması hüquqi faktı müəyyən olunmuşdur. İşdə olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-3443/2021saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X16 X6 ilə oğul və ata olması kimi qohumluq münasibətində olması faktı müəyyən olunmuşdur. İşdə olan Bağbanlar qəsəbə soveti tərəfindən verilmiş xx.xx.1955-ci il tarixli İE № 214931 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X17 xx.xx.1955-ci ildə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2 saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir. İşdə olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli İİİ-JQ № 452133 saylı arayışdan görünür ki, X32 xx.xx.1989-cu ilə Gəncə şəhərində ölmüşdür. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İSQ/063128-23 saylı arayışdan görünür ki, X3 ailə tərkibi X13 ibarətdir. İşdə olan Bağbanlar qəsəbə soveti tərəfindən verilmiş xx.xx.1955-ci il tarixli İ- İE № 002347 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1955-ci ildə Gəncə şəhərində doğulmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli İİİ- JQ № 471089 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1957ci ildə Gəncə şəhərində doğulmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1923-cü il tarixli 05/Q-262/70 saylı doğum haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər Nizami Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-T № 039290 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Gəncə şəhərində doğulmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli AZ № 229713 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1962-cü ildə Gəncə şəhərində doğulmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli AZ № 696607 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1964-cü ildə Gəncə şəhərində doğulmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/Q-263/70 saylı doğum haqqında arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1966-cı ildə Gəncə şəhərində anadan olmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ******* saylı doğum haqqında arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli Xİ - JQ № 489053 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1970ci ildə Gəncə şəhərində doğulmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Xİ - JQ № 489096 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1972ci ildə Gəncə şəhərində doğulmuşdur, X8, anası X10r. İşdə olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 404298 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2010-cu ilə Gəncə şəhərində ölmüşdür. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- /3-57/2-3994/2023 saylı cavab məktubundan görünür ki, xx.xx.1966-cı ildə anadan olmuş Cavabdeh2 xx.xx.1982-ci il tarixdən keçmiş Gəncə şəhəri, Nizami rayonuna qeydiyyata alınmışdır. Cavabdeh1 barəsində Gəncə şəhər BPİ-nin arxivində heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-198/15 saylı arayışdan görünür ki, xx.xx.1930-cu ildə anadan olmuş və xx.xx.1989-cu ildə vəfat etmiş X32 barəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlara əsasən arvadı X18, İddiaçı, Babayeva (Qarayeva) Sədaqət Kamal qızı, Babayeva (Nəsirova) Ədalət Kamal qızı, Babayeva (Məmmədova) Zəminə Kamal qızı, Babayeva (Hüseynova) Lətafət Kamal qızı, Babayeva (Əsgərova) Gülarə Kamal qızı, Babayeva (Hüseynova) Kifayət Kamal qızı, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ibarət ailə tərkibi vardır. İşdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan fərdi yaşayış evi **********22-10301 reyestr nömrəsi ilə X3 adına qeydə alınmışdır. İşdə olan notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, üçüncü şəxs X26 babası X16 vəfatından sonra ondan miras qalmış bütün əmlakın vərəsəliyini qəbul etməmiş və qəbul etmir. Bununla bağlı gələcəkdə iddia və tələbi olmayacaqdır. İşdə olan notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, üçüncü şəxs X19 babası X16 vəfatından sonra ondan miras qalmış bütün əmlakın vərəsəliyini qəbul etməmiş və qəbul etmir. Bununla bağlı gələcəkdə iddia və tələbi olmayacaqdır. İşdə olan notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, üçüncü şəxs X20 babası X16 vəfatından sonra ondan miras qalmış bütün əmlakın vərəsəliyini qəbul etməmiş və qəbul etmir. Bununla bağlı gələcəkdə iddia və tələbi olmayacaqdır. İşdə olan notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, üçüncü şəxs X14 babası X16 vəfatından sonra ondan miras qalmış bütün əmlakın vərəsəliyini qəbul etməmiş və qəbul etmir. Bununla bağlı gələcəkdə iddia və tələbi olmayacaqdır. İşdə olan notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, üçüncü şəxs X27 babası X16 vəfatından sonra ondan miras qalmış bütün əmlakın vərəsəliyini qəbul etməmiş və qəbul etmir. Bununla bağlı gələcəkdə iddia və tələbi olmayacaqdır. Elektron portaldan çıxarışdan görünür ki, üçüncü şəxs X15 notariat orqanında verdiyi xx.xx.2019-cu il tarixli ərizəsində babası X16 vəfatından sonra ondan miras qalmış bütün əmlakın vərəsəliyini qəbul etmədiyini və bununla bağlı gələcəkdə iddia və tələbi olmayacağını qeyd etmişdir. İşdə olan Gəncə şəhər 45 saylı evlər üçlüyünün xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qardaşı Cavabdeh1 1984cü ildə Moskva şəhərində yaşamağa getmiş, hal-hazırda da, orada yaşayır. Qardaşı Cavabdeh2 1990-cı ildən Moskva şəhərində yaşamağa getmiş, hal-hazırda da, orada yaşayır. İşdə olan Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli imtina qərarından görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 1938-ci ildə ölmüşdür. ünvan 3 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan fərdi yaşayış evi **********22-10301 reyestr nömrəsi ilə X3 adına qeydə alınmışdır. X3 ölümündən sonra ailə tərkibi X13 ibarət olmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-3443/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X16 X6 ilə oğul və ata olması kimi qohumluq münasibətində olması faktı müəyyən olunmuşdur. X6 vəfat etdikdən sonra ondan miras qalmış ünvan 3 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan fərdi yaşayış evi oğlu X32 tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. X32 ilə X17 ilə xx.xx.1955-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. X32 xx.xx.1989-cu ilə Gəncə şəhərində ölmüşdür. Onların birgə nikahdan xx.xx.1955-ci ildə X28, xx.xx.1957-ci ildə X29, xx.xx.1958-ci ildə Cavabdeh1, İddiaçı, xx.xx.1962-cü ildə X21, xx.xx.1964-cü ildə X22, xx.xx.1966-cı ildə Cavabdeh2, xx.xx.1970ci ildə X23, xx.xx.1972-ci ildə X30 anadan olmuşdur. X24 xx.xx.2010-cu ildə ölmüşdür. X32 xx.xx.1989-cu ildə vəfat etdikdən sonra arvadı X24, İddiaçı, Babayeva (Qarayeva) Sədaqət Kamal qızı, Babayeva (Nəsirova) Ədalət Kamal qızı, Babayeva (Məmmədova) Zəminə Kamal qızı, Babayeva (Hüseynova) Lətafət Kamal qızı, Babayeva (Əsgərova) Gülarə Kamal qızı, Babayeva (Hüseynova) Kifayət Kamal qızı, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ibarət ailə üzvləri qalmışdır. İddiaçı Gəncə şəhər 1 saylı Notariat Kontoru tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia mirasın qəbulu ilə bağlı olduğundan həmin münasibətlərə Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. X32 xx.xx.1989-cu ildə öldüyündən və miras həmin tarixdə açıldığından mübahisəli münasibətlərə 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməli, daha sonra isə həmin əmlakın bölgüsü məsələsinə qiymət verilməlidir. 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin məcəllənin 529-cu maddəsinə əsaən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Odur ki, qeyd olunan maddi hüquq normasının tələbinə uyğun olaraq mirasın açıldığı vaxt xx.xx.1989-cu il mirasın açılma yeri isə Gəncə şəhəri hesab olunur. Miras amlak isə X3 **********22-10301 reyestr nömrəsi ilə adına qeydə alınmış X6 1938-ci ildə ölməsindən sonra oğlu X32 tərəfindən faktiki qəbul edilmiş ünvan 3 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan fərdi yaşayış evidir. X6 1938-ci ildə ölmüşdür və ölümündən sonra **********22-10301 reyestr nömrəsi ilə adına qeydə alınmış ünvan 3 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. X3 ölümündən həmin miras oğlu X32 tərəfindən idarə edilməklə faktiki qəbul edilmişdir. X32 xx.xx.1989-cu ildə ölmüş və onun ölümündən sonra miras qoyan tərəfindən miras əmlaka dair vəsiyyətnamə verilməmişdir. Odur ki, mülki mübahisənin həllində qanun üzrə vərəsliyi nizamlayan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. İş üzrə müəyyən olunmuşdur ki, X32 xx.xx.1989-cu ilə öldükdən sonra vərəsələri X24, İddiaçı, Babayeva (Qarayeva) Sədaqət Kamal qızı, Babayeva (Nəsirova) Ədalət Kamal qızı, Babayeva (Məmmədova) Zəminə Kamal qızı, Babayeva (Hüseynova) Lətafət Kamal qızı, Babayeva (Əsgərova) Gülarə Kamal qızı, Babayeva (Hüseynova) Kifayət Kamal qızı, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qalmışdır. X24 xx.xx.2010-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İş üzrə müəyyən olunmuşdur ki, miras qoyanın vərəsələrindən heç kim mirasın açıldığı vaxtdan üç ay ərzində mirası qəbul etməsi barədə ərizə ilə ərazi üzrə notariat kontoruna müraciət etməmişdir. Bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Ona görə də mubahisənin həlli üçün mirası faktiki qəbul edən şəxslərin dairəsi müəyyən edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, X6 1938-ci ildə ölmüş və ölümündən sonra ondan miras qalmış **********22-10301 reyestr nömrəsi ilə adına qeydə alınmış ünvan 3 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan fərdi yaşayış evi oğlu X32 tərəfindən idarə edilməklə faktiki qəbul edilmişdir. X32 xx.xx.1989-cu ilə öldükdən sonra vərəsələrdən X26, X19, X20, X14, X27 və X15 miras qalmış əmlakı qəbul etməmişər. Bu hal adları çəkilən şəxslərin məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiqlənmiş ərizələri ilə təsdiqini tapmışdır. Digər vərəsələr iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ataları X32 vəfat etdikdən sonra miras mülkdə yaşamamış, mirasın idarəçiliyində iştirak etməmişlər. Miras qalmış ünvan 3 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan fərdi yaşayış evində vərəsələrdən İddiaçı və X24 yaşamış və miras əmlakı qəbul etmişlər. X18 mübahisəli mirası faktiki qəbul etdikdən sonra xx.xx.2010-cu ildə öldüyündən və ondan qalmış miras həmin vaxtdan açıldığından həmin münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246.1-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materialları müəyyən edilmişdir ki, X24 öldükdən sonra ona aid hissədə mirası İddiaçı idarə etmiş və faktiki qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı mərhum X1nun adına **********22-10301 reyestr nömrəsi ilə qeydə alınmış və X8ndan və anası X7 miras qalmış ünvan 3 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan fərdi yaşayış evini faktiki qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mərhum X1nun adına **********22-10301 reyestr nömrəsi ilə qeydə alınmış və X8 və anası X5 miras qalmış ünvan 3 ünvanında 0.057 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.8 kv.m olan fərdi yaşayış evini faktiki qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-400/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-400/2023
09.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver