Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4017/2023 17.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, onun keçmiş əri X4 ilə birgə nikahlarından xx.xx.2004-cü ildə X3 adlı bir övladları anadan olmuşdur. X4 ilə aralarında olan nikaha xitam verilmiş və X3 onun himayəsində qalmışdır. X3 «kvadraplegik spastik serebral iflic» xəstəliyindən əziyyət çəkir. X3 həmin xəstəliyi ilə əlaqədar özünü idarə edə, ən zəruri tələbatlarını ödəyə və öz adından hüquq münasibətlərinə daxil ola bilmir. H.R.Nağıyev daimi olaraq onun və ailə üzvlərinin nəzarətində saxlanılır. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X2 üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 422460 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Həmin uşağın atası X4, anası Ərizəçidır. İşdə olan AZ-İ seriyalı 050856 nömrəli nikahın pozulması haqqında şəhadətnmənin surətindən görünür ki, X4 ilə Ərizəçi oğlu arasında olan nikaha xx.xx.2006-cı il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, X3 «kvadraplegik spastik serebral iflic» xəstəsi olduğuna görə ona müddətsiz olaraq birinci dərəcəli əlillik təyin olunmuşdur. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 5-1/1-N- 46-099/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 418 nömrəli rəyindən görünür ki, xx.xx.2004-cü ildə anadan olmuş X1 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Bu səbəbdən X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X1 orta dərəcəli əqli gerilik, davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 02 fevral 2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 02 fevral 2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4017/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4017/2023
17.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver