Məhkəmə qərarları › İş №2(125)-4037/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4037/2024

14.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4037/2024 14.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Torres (Məmmədov) İlyas Mehman oğlu və X10 cəlb edilməklə) vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunması və əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (X26) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X4 qalmış 2/3 hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi onun, 2/3 hissəsi isə mərhum qardaşı X7 adına olmuşdur (bu yaxınlarda iddaçı özünəməxsus olan 1/3 hissəni oğlu X19 bağışlamışdır). X20 17 yanvar 2023-cü il tarixində vəfat etmişdir. Qardaşı öz ailəsi ilə birlikdə uzun illər ərzində Rusiya Federasiyasında, son zamanlarda isə Türkiyə Respublikasında yaşamışdır. Yəni nə onun özü, nə də ki ailə üzvləri uzun illərdən bəri Azərbaycana gəlməmişlər. Sadəcə olaraq formal şəkildə paylı mülkiyyət hüququ əsasında mülkün 2/3 hissəsi X11 məxsus olmuşdur. Əksinə iddiaçı daimi olaraq həmin evdə nəinki yaşamış, hətta sonradan öz şəxsi vəsaiti hesabına ona verilmiş müvafiq icazə sənədlərinə əsasən əsaslı təmir və tikinti işləri aparmışdır. Elə qardaşının ölümündən sonra da mirası ikinci növbə vərəsə olaraq yalnız o, qəbul etmişdir. Onun ailə üzvləri olan birinci növbə vərəsələr isə mirası hər hansı formada qəbul etməmişlər. Bu səbəbdən də hesab edir ki, sözügedən miras əmlakda qardaşına məxsus olan pay ona çatmalı idi. Lakin bu günlərdə xəbər tutmuşdur ki, cavabdehlər, X7 həyat yoldaşı Cavabdeh2 və onların qızları Cavabdeh3 mirasın qəbulu üçün həmin vaxt qanunvericiliklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra onun xəbəri olmadan ünvan 2uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən qardaşına məxsus olan 2/3 hissəni öz adlarına keçirmiş, eyni zamanda 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 özünəməxsus miras payını Cavabdeh2 bağışlamışdır. Beləliklə də mülkün qardaşına məxsus olan 2/3 hissəsi tam olaraq Cavabdeh2 adına keçmişdir. Vərəsəlik zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, qardaşının ölümündən sonra mirası ikinci növbə olaraq yalnız o, qəbul etmişdir. Onun ailə üzvləri olan birinci növbə vərəsələr isə qardaşının sağlığından bu günə kimi Türkiyə Respublikasında yaşayırlar və mirası hər hansı formada qəbul etməmişlər. Hətta vərəsəlik işləri aparılan zaman da özləri deyil, mirasın qəbulu üçün həmin vaxt qanunvericiliklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra verilmiş etibarnamə əsasında nümayəndələri iştirak etmişdir. Eyni zamanda notariat ofisində də kobud qanun pozuntusuna yol verilərək bu fakta göz yumulmuş, bununla da mirası faktiki qəbul etməyinə baxmayaraq miras payından məhrum edilmişdir. Göründüyü kimi qanunsuzluqlar göz qabağındadır. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə gedişində miras qoyan X7 oğlu Torres (Məmmədov) İlyas Mehman oğlu və bacısı X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmiş, həmçinin əlavə etmişdir ki, Cavabdeh2 mərhum qardaşı Mehmanın həyat yoldaşı, digər Cavabdeh3 isə mərhum qardaşı Mehmanın qızıdır. Onun əvvəlki adı və soyadı Məmmədov Mahir olmuş, o ad və soyadını dəyişdirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X10 isə onun bacısıdır, bacısı öz payından mərhum qardaşı Mehmanın xeyrinə imtina etmişdir. 40 ildir ki, bacısı Gülnarə ilə münasibəti yoxdur. İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş edərək qeyd etmişdir ki, sözügedən evin 1/3 hissəsi iddiaçıya, 2/3 hissəsi isə iddiaçının qardaşı Mehmana məxsus olmuşdur. İddiaçı özünəməxsus olan payı oğlu Emilə bağışlamışdır. Cavabdehlər Cavabdeh2 iddiaçının mərhum qardaşı Mehmanın arvadı, Cavabdeh3 mərhum Mehmanın qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Torres (Məmmədov) İlyas Mehman oğlu isə mərhum Mehmanın oğludur. 17 yanvar 2023-cü ildə Mehmanın ölümündən sonra onun birinci növbə vərəsəsi İlyas miras əmlakdan imtina etmiş, İlahə isə özünə düşən payı anası Afətə bağışlamışdır. Halbuki, cavabdehlər Afət və İlahə uzun müddət Azərbaycan Respublikasına gəlməmiş, bununla da, birinci növbə vərəsələr kimi mirası – sözügedən əmlakı faktiki qəbul etməmişlər. Bundan başqa, Afət və İlahə miras əmlakın qəbulu üçün həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 6 aylıq müddəti ötürdükdən sonra notariat ofisinə müraciət etmişlər. İddiaçı isə uzun müddət sözügedən mübahisəli əmlakda yaşamaqla, öz şəxsi vəsaiti hesabına əsaslı tikinti-təmir işləri aparmışdır. Bu isə onu göstərir ki, həmin əmlak iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, iddiaçının qardaşı mərhum Mehman ölməmişdən qabaq məhkəmədə mübahisəli əmlakın naturada bölgüsünə dair iddia qaldırsa da, məhkəmə gedişində iddiaçının qardaşı Mehman öldüyü üçün icraat dayandırılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsəliyi qəbul etdikdən sonra məhkəməyə ərizə vermiş, ərizə əsasında icraat təzələnmişdir. Həmin evə dair çıxarış alarkən evin 2/3 hissəsinin mərhum Mehmanın həyat yoldaşı Cavabdeh2 tərəfindən vərəsəlik qaydasında qəbul olunduğunu öyrənmişlər. Cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Notariat ofisi məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Torres (Məmmədov) İlyas Mehman oğluna və X5 məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də cavabdehlər və üçüncü şəxslər sonuncu qeydiyyatda olduqları ünvanda yaşamadıqlarından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehlərin və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına onlara təqdim etməsi üçün bildirişlər göndərmişdir. Cavabdeh2 nümayəndəsi X27 məhkəməyə ərizə təqdim edərək cavabdehin iddia tələbinə etiraz etdiyini qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlər Cavabdeh2 Cavabdeh3 və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Torres (Məmmədov) İlyas Mehman oğlunun və X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 440.1 və 440.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçilir. Həmin Məcəllənin 443.0.1 və 443.0.3-cü maddələrinin tələbinə görə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan, həmçinin aşağıdakı işlərə - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda baxmağa haqlıdır. MPM-in 444.0.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə Azərbaycan Respublikasnın məhkəmələri müstəsna səlahiyyətlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə işi üzrə işə baxan məhkəmə beynəlxalq səlahiyyətə malikdir. İş materiallarında olan, AZ-İİ seriyalı, 773873 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə Azərbaycan Respublikası, Gəncə şəhərində doğulmuşdur, atası X21 və anası X22muşdur. İş materiallarında olan, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-M-1963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X20 xx.xx.1954-cü ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur, xx.xx.1954-cü il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində 2284 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X7 atası X21, anası X18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********50-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2009-cu il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X40 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, 2/3 hissədə Cavabdeh2, 1/3 hissədə isə X15 adına qeydə alınmışdır. Gəncə şəhəri, X40 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ (Cavabdeh2 2/3 hissədə, X15 1/3 hissədə payı olmaqla) əsasında Cavabdeh2 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2023) və X15 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2024) adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********50-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2-868/07 nömrəli, 18 iyul 2007-ci il tarixli qətnaməsi ilə X7 vərəsələrin müəyyən edilməsinə və miras evlərin bölüşdürülməsinə dair iddiası qismən təmin edilərək, X20, X26 və X3 X8 qanun üzrə vərəsələri hesab edilməsi, ünvan 4 ünvanda yerləşən evin 2/3 payla X7, 1/3 payla X12 mülkiyyətinə verilməsi, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 7 nömrəli binada yerləşən 8 nömrəli mənzilin mülkiyyət hüququnun X19 verilməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-111/2010 nömrəli, 04 iyun 2010-cu il tarixli qətnaməsi ilə X12 Gəncə nikah evinə qarşı “ad və soyadın dəyişdirilməsindən imtinanın hüququ məhdudlaşdıran hərəkət hesab edilməsi, ad və soyadın dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair” iddiasının təmin edilməsi, X12 (indi Gəncə) şəhər VVAQ şöbəsi (indiki Gəncə nikah evi) tərəfindən xx.xx.1953-cü il tarixdə aparılmış 999 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilərək onun adı “Hüseyn”, soyadı “Hüseynzadə” yazılması, digər məlumatların olduğu kimi saxlanması, həmin akt qeydində müvafiq dəyişikliklərin edilməsi cavabdeh Gəncə nikah evinə həvalə olunması qət edilmişdir. Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə aparılmış 2V-156 nömrəli notariat işinin materiallarından görünür ki, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-156 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi – arvadı Cavabdeh2 miras əmlakdan – Gəncə şəhəri, X40 küçəsi, ev 61A ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0.0299 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evinin 2/3 hissəsindən tam hissədə irs almalıdır. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 3M-641 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 (əvəzinə X16 imza etmişdir) xx.xx.2023-cü ildə atası X7 vəfatından sonra ondan irs qalmış əmlakdan özünə çatası miras payını anası Cavabdeh2 (əvəzinə Həsən-zadə Ceyhun Vaqif oğlu imza etmişdir) bağışlamışdır. İş materiallarında olan, Rusiya Federasiyası tərəfindən verilmiş, 34 nömrəli, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X17 xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında ölmüşdür. Cavabdeh2 (onun əvəzinə Həsən-zadə Ceyhun Vaqif oğlu imza etmişdir) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********775 nömrə ilə Gəncə şəhər 1 saylı notariat ofisində təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, X20 17 yanvar 2023-cü ildə vəfat etmişdir, ölümündən sonra paylı mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri, X40 küçəsi, 61A ünvanda yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evinin və 00299 ha torpaq sahəsinin 2/3 hissəsindən ibarət miras qalmışdır. X7 ondan başqa aşağıdakı vərəsələri var – qızı Cavabdeh3, oğlu X29. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. Gəncə şəhəri, X40 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ (X7 2/3 hissədə, X12 1/3 hissədə payı olmaqla) əsasında X20 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2022) və X12 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2009) adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********50-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İİ-МЮ seriyalı, 649932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, atası X28 və anası X13 olmuşdur. İş materiallarına “Elektron notariat” X1 vasitəsilə “X6” AQİS-dən çıxarışlar əlavə edilmişdir. İş materiallarında olan Moskva VVAQ İdarəsinin Çertanovskiy VVAQ şöbəsi tərəfindən verilmiş, İV-МЮ seriyalı, 852170 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X20 ilə Cavabdeh2 arasında olan nikah xx.xx.2013-cü il tarixdə 2057 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra ərin soyadı Məmmədov, arvadın soyadı Məmmədova müəyyən edilmişdir. İş materiallarında olan Moskva şəhəri Boqodorsk VVAQ şöbəsi tərəfindən verilmiş V- МЮ seriyalı, 681644 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, atası X20 və anası Cavabdeh2 olmuşdur. Cavabdeh3 (onun əvəzinə X16 imza etmişdir) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********776 nömrə ilə Gəncə şəhər 1 saylı notariat ofisində təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, X20 17 yanvar 2023-cü ildə vəfat etmişdir, ölümündən sonra paylı mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri, X40 küçəsi, 61A ünvanda yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evinin və 00299 ha torpaq sahəsinin 2/3 hissəsindən ibarət miras qalmışdır. X7 ondan başqa aşağıdakı vərəsələri var – arvadı Cavabdeh2, oğlu X29. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. İş materiallarında olan Kirovabad şəhəri Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş Xİİ-ЖГ seriyalı, 299481 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1986-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, atası X20 və anası Cavabdeh2 olmuşdur. İş materiallarında olan Moskva VVAQ İdarəsinin Çertanovskiy VVAQ şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, İ-МЮ seriyalı, 646996 nömrəli ad dəyişməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Torres olaraq dəyişdirmiş, bu barədə xx.xx.2016-cı il tarixdə 297 nömrəli akt qeydi rəsmiləşdirilmişdir. X29 (onun əvəzinə Həsən-zadə Ceyhun Vaqif oğlu imza etmişdir) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********774 nömrə ilə Gəncə şəhər 1 saylı notariat ofisində təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, atası X20 17 yanvar 2023-cü ildə vəfat etmişdir, onun vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalan bütün əmlakdan bütün əsaslar üzrə ona çatası mrias payı qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmişdir. İndidə və gələcəkdə müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Ona notarius tərəfindən izah olunmuşdur ki, ərizəsini ləğv edə və geri götürə biməz. Cavabdeh2 nümayəndəsi X27 tərəfindən məhkəməyə 8 ədəd fotoşəkillər təqdim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan Gəncə şəhəri, X40 küçəsi, ev 61A ünvanda yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evindən və 0.0299 ha torpaq sahəsindən ibarət **********50-10301 reyestr nömrəli daşınmaz əmlakın 1/3 hissəsi iddiaçıya, 2/3 hissəsi iddiaçının qardaşı X11 məxsus olmuşdur. Mehman Məmmədov xx.xx.2023-cü il tarixdə öldükdən sonra ondan miras qalmış, qeyd olunan əmlakın 2/3 hissəsini qanun üzrə vərəsəlik hüququ əsasında qanun üzrə birinci növbə vərəsələrindən qızı X24 və arvadı Cavabdeh2 qəbul etmişlər. Miras qoyanın digər qanun üzrə birinci növbə vərəsəsi - oğlu Torres (Məmmədov) İlyas Mehman oğlu notarial qaydada ərizə verərək miras əmlakın qəbulundan imtina etmişdir. Bundan sonra, X24 miras payın bağışlanması haqqında xx.xx.2023-cü il tarixli müqavilə əsasında atasının vəfatından sonra ondan irs qalan əmlakdan özünə çatası miras payını anası Cavabdeh2 bağışlamışdır. Öz növbəsində iddiaçı da sözügedən əmlakın özünə məxsus hissəsini oğlu X19 bağışlamışdır. Beləliklə, sözügedən əmlak hazırda paylı mülkiyyətdə olmaqla, 1/3 hissədə iddiaçının oğlu X15, 2/3 hissədə Cavabdeh2 adına qeydə alınmışdır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən qanunvericilik normalarını hazırkı işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının mərhum qardaşından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ yaranmamışdır. Belə ki, iddiaçı iddia edir ki, qardaşının ölümündən sonra mirası ikinci növbə vərəsə olaraq yalnız o, qəbul etmişdir. Qardaşının ailə üzvləri olan birinci növbə vərəsələr, yəni iş üzrə cavabdehlər qardaşının sağlığından hazırkı vaxtadək Türkiyə Respublikasında yaşayırlar və mirası hər hansı formada qəbul etməmişlər. Hətta vərəsəlik işləri aparılan zaman da özləri deyil, mirasın qəbulu üçün həmin vaxt qanunvericiliklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra verilmiş etibarnamə əsasında nümayəndələri iştirak etmişdir. Lakin işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, miras qoyan X20 öldüyü xx.xx.2023-cü il tarixədək rəsmi nikahda olduğu arvadı, iş üzrə Cavabdeh2 ilə birlikdə yaşamış, onunla birlikdə yaşadığı Türkiyə Respublikasında ölmüşdür. Başqa sözlə, bu halı iddiaçı tərəf də inkar etmir. Eyni zamanda, qeyd edilən hal, Cavabdeh2 nümayəndəsi X27 tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də aydın görünür. Həmin fotoşəkillərdən həmçinin görünür ki, miras qoyan X7 şəxsi əşyalarını (telefon, geyim əşyaları və s.) Cavabdeh2 faktiki qəbul etmişdir. Beləliklə, miras qoyan X7 əmlakını miras açıldıqdan sonra birinci növbə vərəsələri olan cavabdehlərin qanunla müəyyən edilmiş müddəti ötürməklə qəbul etməsi işin faktiki hallarından görünmür. Həmçinin, qanun üzrə birinci növbə vərəsələr olan cavabdehlərin miras əmlakdan pay almaq hüququndan məhrum edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırki iş materiallarında mövcud deyildir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə miras qoyanın əmlakını qanun üzrə birinci növbəli vərəsələri olan cavabdehlər qanunla müəyyən edilmiş qaydada qəbul etdiklərindən onun sonrakı növbədə vərəsəsi olan qardaşının, yəni iddiaçının vərəsəliyi istisna edilir. Beləliklə, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 miras qalmış Gəncə şəhəri, X40 küçəsi, ev 61A ünvanda yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evindən və 0.0299 ha torpaq sahəsindən ibarət **********50-10301 reyestr nömrəli daşınmaz əmlakın 2/3 hissəsinə dair Cavabdeh2 verilmiş və Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-156 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 3M-641 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və əmlaka miras payının müəyyən edilməsi tələbləri törəmə hüquq münasibəti olub, sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan sözügedən digər tələblər də əsassızdır və təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Torres (Məmmədov) İlyas Mehman oğlu və X10 cəlb edilməklə) vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunması və əmlaka payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar