Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-412/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və onun vəkili X9, cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı «kompensasiya verilməklə, cavabdehlərin mənzildə istifadə hüququna xitam verilməsi, əşyaların mənzildən çıxarılması, mənzilin sahiblik və istifadəsinin qaytarılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı Cavabdeh1, Cavabdeh2 və X3 iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşyış evinə olan istifadə hüquqlarına 4.500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin əşyalarının evdən boşaldılaraq həmin evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşyış evinə olan istifadə hüquqlarına 8.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin əşyalarının evdən boşaldılaraq həmin evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və DƏDRX-dən həmin mənzilə mülkiyyət hüquqlarını təsdiq edən 19 yanvar 2021-ci il tarixli çıxarış da alınmışdır. İş üzrə cavabdehlərdən Cavabdeh1 onun mərhum qardaşının boşanmış arvadı, digər cavabdehlər Cavabdeh2 və X6 isə qardaşının uşaqlarıdır. Hər üç cavabdehin qeydiyyatı formal olaraq onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşyış evində olsa da, onlar 2001-ci il tarixdən Tovuz rayonuna daimi yaşamağa getdikləri üçün, o cavabdehlərə qarşı məhkəmədə iddia qaldıraraq istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021ci il tarixli qətnaməsi iddia tələbi təmin edilməsinə baxmayaraq, Gəncə Apelyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdehlərin onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu ünvan 3 ünvanında yerləşən fərdi yaşyış evinə istifadə hüquqları vardır. Gəncə şəhəri «Əmlak münasibətləri və hüquqi yardım» məhdud məsuliyyətli cəmiyyət tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, hazırda Gəncə şəhəri, Nizami rayonu ünvan 3 ünvanında yerləşən fərdi yaşyış evinin bazar qiyməti təxminən 18.000-20.000 manat və həmin ərazidə eyni şəraitli mənzillərin kirayə haqqı təxminən 50 manat təşkil edir. Buna görə istifadə hüququna xitam verilməsi üçün kompensasiya qismində ödənilən 8.000 manatın müəyyən müddət ərzində evdən istifadə haqqının ödənilməsi üçün yetərli, hətta artıq olmasını nəzərə alaraq, o hesab edir ki, iddia tam təmin edilməli və cavabdehlərin istifadə hüququ 8.000 manat məbləğində kompensasiya ilə əvəz olunaraq, onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və cavabdehlərə məxsus əşyaların fərdi yaşayış evindən çıxarılmasına dair məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili A.Z.Qasımov iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iddianı tam həcmdə etiraf etdiyini, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Sonda Cavabdeh1 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, Cavabdeh3a məhkəmədə iddianı tam həcmdə etiraf etdiyini, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Sonda Cavabdeh3a iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun vəkilini, cavabdehlər Cavabdeh1 və Cavabdeh3anı dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ İddiaçı məxsusdur və İddiaçı həmin hüquqları daşınmaz əmlakın dövlət reyestrində 19 yanvar 2021-ci ildə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 140314 nömrəli, 09 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 dekabr 2020-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(102)-2901/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1, X5 və Cavabdeh2 qarşı cavabdehlərin qeydiyyatda olduqları evə istifadə hüquqlarının itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 6 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(044)-1163/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X3, Cavabdeh1 və Cavabdeh2 ünvan 6 ünvanda yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(044)-1163/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1, X5 və Cavabdeh2 qarşı cavabdehlərin qeydiyyatda olduqları evə istifadə hüquqlarının itirilmiş hesab olunması tələbinə dair iddia tələb təmin edilməmişdir. İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri «Əmlak münasibətləri və hüquqi yardım» məhdud məsuliyyətli cəmiyyətinin 02/06 nömrəli, 05 oktyabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, hazırda Gəncə şəhəri, Nizami rayonu ünvan 1 ünvanında yerləşən fərdi yaşyış evinin bazar qiyməti təxminən 18.000- 20.000 (on səkkiz-iyirmi min) manat və həmin ərazidə eyni şəraitli mənzillərin kirayə haqqı təxminən 50 manat təşkil edir. İşdə olan 15 fevral 2023-cü il tarixli, 13 nömrəli «Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti» məhdud məsuliyyətli cəmiyyətinin hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 47.5 kvadrat metr olan mənzilin orta bazar qiyməti 19.000 manat, likvid qiyməti 17.000 manat təşkil edir. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 16 may 023-cü il tarixli, LP-062/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə eyni təmirli, eyni ərazidə yerləşən fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 80-100 manat təşkil edir. Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin (evin aşağı təmirli olduğu nəzərə alınaraq), hazırki orta bazar qiyməti 19.000 manat, likvid qiyməti 16.000 manatdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh1 İddiaçı mərhum qardaşının keçmiş arvadı, Cavabdeh2 və X6 isə iddiaçının qardaşının uşaqlarıdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(044)-1163/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1, X5 və Cavabdeh2 qarşı cavabdehlərin qeydiyyatda olduqları evə istifadə hüquqlarının itirilmiş hesab olunması tələbinə dair iddia tələb təmin edilməmiş, İddiaçı həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə mövcud olmayan hüquqa xitam verilməsinin mümkün olmamasını və hüquqa xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, cavabdehin həmin evdən istifadə hüququnun yaranıbyaranmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-890/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1, X3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olduğu müəyyən edildiyinə görə, həmin şəxslərin qeyd olunan mənzildə istifadə hüqunun olub-olmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 isə mübahisəli evdə istifadə hüququna malik olduqlarıdan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehlərin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3anın iddianı etiraf etmələri, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh1 və Cavabdeh3a tərəfindən iddianın etirafı qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu baxımdan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında göstərilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəylərinə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzillə eyni şəraitli və eyni ərazidə yerləşən evlərin aylıq kirayə haqqı orta hesabla 80-100 manat hesablandıqda təklif olunan kompensasiya məbləği cavabdehlərə uzun müddət başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehlərin başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, cavabdehlər Cavabdeh1 və X6 tərəfindən iddianın etiraf olunması təsdiq olunmalı, iddia təmin edilməli, İddiaçı tərəfindən 8.000 manat kompensasiya verilməklə Cavabdeh1, X3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 əşyaları Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti iddiaçıdan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, 200 manat məbləğində pul vəsaiti isə cavabdehlərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və X6 tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçı tərəfindən 8.000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan əşyaları həmin evdən çıxarılsın. Qətnamə Cavabdeh1, X3 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. İddiaçı iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-412/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-412/2023
03.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver