Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4151/2023 25.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən mənzilin cavabdeh tərəfindən bağlanmış qapısı açılmaqla maneənin aradan qaldırılması və iddiaçının həmin evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehin ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılaraq, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, bildirdi ki, ünvan 1 ünvanda yerləşən mənzil 08 iyun 1993-cü il tarixli 411 nömrəli orderə əsasən Gəncə rayon Mənzil-İstismar Hissəsi tərəfindən Milli Ordu qulluqçusu olan iddiaçının mərhum əri X7 verilmişdir. Həmin mənzil 3 otaqlıdır və sahəsi 47,31 kvadrat metrdir. İddiaçının əri X14 17 fevral 1997-ci il tarixdə vəfat etmiş və Ç.M.Kərimovun vəfatından sonra həmin mənzilin şəxsi hesabı 15 oktyabr 1997-ci il tarixdə iddiaçının adına dəyişdirilmişdir. İddiaçı həmin ünvanda qeydiyyatda olan qızları - X3 və X8, oğlu - X11 ilə uzun müddət yaşamışdır. 1994-cü ildə iddiaçının həmin mənzildə müvəqqəti olmamasından istifadə edən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Cavabdeh ailə üzvləri ilə qapının qıfılını sındıraraq evə daxil olmuş və həmin ünvanda ailə üzvləri ilə yaşamağa başlamışdır. İddiaçı bundan sonra cavabdehlə bir sıra söhbətlər aparmış, cavabdeh isə məcburi köçkün düşdüyünü və yaşamağa başqa yeri olmadığını bildirərək, evdən çıxmayacağını bildirmişdir. İddiaçının isə həmin evdən başqa yaşamağa evi olmamışdır. Hazırda da iddiaçı gah qohumlarının, gah da kürəkəninin evində ailə üzvləri ilə yaşayır. 2020-ci ildə cavabdeh iddiaçıya bildirmişdir ki, o artıq ailə üzvləri ilə həmin ünvanda yaşamır və evin qapısının açarlarını yaxın vaxtlarda verəcəkdir. Lakin 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya məxsus evin qapısının açarını verməmişdir. Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 14 aprel 2023-cü il tarixli məktubunda Cavabdeh evlə təmin olunmadığı, ünvan 3 ünvanında kirayəçi kimi yaşadığı, cavabdehin oğlu X2 isə dövlət tərəfindən Bakı şəhəri, Xətai rayonu, Tennov küçəsində yerləşən 6 nömrəli binada mənzillə təmin edildiyi bildirilmişdir. İddiaçıya məxsus yeganə ev ünvan 1 ünvanda yerləşən mənzildir. Cavahdeh hazırda həmin ünvanda yaşamır, cavabdehin oğlu isə Bakı şəhərində mənzillə təmin olunmuşdur. Əsl həqiqətdə cavabdehin yaşamağa mənzili olmadığı halda heç bir qohumluq əlaqəsi olmayan iddiaçının mənzilində yaşamaq əvəzinə, öz yaxın qohumu olan oğlunun mülkiyyətində olan mənzildə yaşaya bilər. Sonda Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək, bildirdi ki, ünvan 1 ünvanda yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Lakin o, Yevlax rayonunda yaşayan 95 yaşlı atasını ziyarət etmək üçün mütəmadi olaraq, Yevlax rayonuna gedir və atasını ziyarət edir. Buna görə də o, ünvan 1 ünvanda yerləşən mənzildə daim yaşamasa da, ailə üzvləri həmin ünvanda daimi yaşayır. Onun ünvan 1 ünvanda yerləşən mənzildən başqa ünvanda yaşayış yeri yoxdur və dövlət tərəfindən mənzillə təmin olunmamışdır. Buna görə də iddianın təmin edilməsi qanuna uyğun deyildir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil- İstismar Hissəsi 2 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli 29 nömrəli arayışdan görünür ki, 84 saylı hərbi şəhərcik bina 5/29 ünvanında yerləşən mənzil 08 iyun 1993-cü il tarixdə 411 nömrəli «daimi» orderə əsas olaraq Gəncə rayon Mənzil-İstismar Hissəsi tərəfindən Milli Ordu qulluqçusu X7 verilmişdir. Mənzil 3 otaqlıdır, sahəsi 47,31 kvadrat metrdir. X4 ölümündən sonra mənzilin şəxsi hesabı onun arvadı İddiaçı adına dəyişdirilmişdir (№1057 – 15 oktyabr 1997-ci il tarixdə). 1994-cü ildən mənzildə Kəlbəcər rayon qaçqını Cavabdeh öz ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsi 2 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 28 dekabr 2016-cı il tarixli 1128 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, DOS-84, bina 5, mənzil 29-da İddiaçı ailə üzvləri X3, X11 və X12 qeydiyyatdadır. İşdə olan Gəncə şəhəri, DOS-84-də yerləşən 5 nömrəli evin 29 nömrəli mənzilinə dair şəxsi hesabın surətindən görünür ki, 84 saylı hərbi şəhərcik bina 5/29 ünvanında yerləşən mənzilin şəxsi hesabı 15 oktyabr 1997-ci il tarixdə İddiaçı adına dəyişdirilmişdir. İş materiallarında olan Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 14 aprel 2023-cü il tarixli 5-55/2-147/2023 nömrəli məktubundan görünür ki, Kələbəcər rayonu, Oruclu kənd sakini, məcburi köçkün Cavabdeh Gəncə şəhəri, DOS-84, bina 5, mənzil 29da müvəqqəti qeydiyyatdadır. Özləri isə ailə üzvləri ilə birlikdə hal-hazırda ünvan 3 ünvanında kirayəçi kimi yaşayırlar. Cavabdeh məcburi köçkün kimi dövlət tərəfindən ev və torpaq sahəsi ilə təmin edilməmişdir. Cavabdeh oğlu X5 dövlət tərəfindən Bakı şəhəri, Xətai rayonu, Tennov küçəsində yerləşən 6 nömrəli binada mənzillə təmin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 22 sentyabr 2023-cü il tarixli 3-36/2-2949/2023 nömrəli məktubdan görünür ki, Ağdam şəhərindən məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birgə Gəncə şəhərində yerləşən 84 saylı hərbi şəhərcikdə 5 nömrəli binanın 29 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və özü, eləcə də ailə üzvlərin heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli yerində müayinə protokolundan görünür ki, Gəncə şəhəri, 84 saylı Hərbi şəhərcikdə yerləşən 5 nömrəli evin 29 nömrəli mənzilinə baxış keçirilmişdir. Yerində müayinə keçirilərkən mənzilin qapısını özünü X1 təqdim edən şəxs açmış, A.Ə.Qurbanzadə Cavabdeh həm gəlini, həm Cavabdeh bacısı qızı olduğunu bildirmişdir. Həmin vaxt Cavabdeh mənzildə olmasa da, A.Ə.Qurbanzadə yerində müayinə barədə Cavabdeh məlumatlı olduğunu və hazırda yas mərasimi ilə əlaqədar başqa rayonun ərazisinə getdiyini, onun özünün və digər ailə üzvlərinin Gəncə şəhəri, 84 saylı Hərbi şəhərcikdə yerləşən 5 nömrəli evin 29 nömrəli mənzildə yaşadıqlarını demişdir. Mənzil 2 yataq otağından və 1 qonaq otağından ibarət olmaqla, ümumilikdə 3 otaqdan ibarətdır. Mənzilin giriş, mətbəx və 1 yataq otağı köhnə təmirli, digər 2 otağı isə nisbətən yeni təmirlidir, təmirli otaqların mebel avadanlıqları yeni, digər otaqların mebel avadanlıqları isə köhnədir. Beləliklə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, 84 saylı Hərbi şəhərcikdə yerləşən 5 nömrəli evin 29 nömrəli mənzili 08 iyun 1993-cü il tarixdə 411 nömrəli «daimi» orderə əsasən Gəncə rayon Mənzil-İstismar Hissəsi tərəfindən Milli Ordu qulluqçusu X7 verilmiş, X4 ölümündən sonra mənzilin şəxsi hesabı onun arvadı İddiaçı adına dəyişdirilmişdir. Lakin 1994-cü ildən mənzildə Kəlbəcər rayon qaçqını Cavabdeh öz ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq həmin mənzildə məskunlaşmış, bununla əlaqədar olaraq İddiaçı həmin mənzildən istifadə edə bilməmişdir. Cavabdeh oğlu X5 dövlət tərəfindən Bakı şəhəri, Xətai rayonu, Tennov küçəsində yerləşən 6 nömrəli binada mənzillə təmin edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, tərəflər arasında hazırki mübahisənin həlli üçün ilk növbədə iddiaçının iddiaya subyektiv hüququnun olmasına dair xüsusatların araşdırılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin Mənzil Məcəlləsinin 60-cı maddəsinin sonuncu hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 98-ci maddəsinə görə yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Həmin Məcəllənin 89-cu maddəsinin ikinci hissəsinə görə yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi mülkiyyətçi hüquqları mülkiyyətçi olmayan əmlakın qanuni sahibinə də mənsubdur. Hazırki halda isə Gəncə şəhəri, 84 saylı Hərbi şəhərcikdə yerləşən 5 nömrəli evin 29 nömrəli mənzilinə qanuni sahiblik İddiaçı məxsusdur. Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin Mənzil Məcəlləsinin yuxarıda göstərilən normalarının tələbi baxımından İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Gəncə şəhəri, 84 saylı Hərbi şəhərcikdə yerləşən 5 nömrəli evin 29 nömrəli mənzilə sahiblik və istifadə hüquqlarının müdafiəsi ilə əlaqədar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, tərəflərin mübahisələndirdiyi əmlak İddiaçı qanuni sahibliyindədir. İddiaçı iddia etmişdir ki, onun qanuni sahibliyində olan əmlakdan Cavabdeh əsassız olaraq istifadə edir və dəfələrlə tələb etməsinə baxmayaraq, Cavabdeh həmin daşınmaz əmlakdan çıxmır. Cavabdeh isə Kəlbəcər rayonundan məcburi köçkün olduğunu və başqa yerdə yaşamağa maddi imkanı olmadığını göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Akimova Azərbaycana qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə mənzilə sahiblik və isifadə hüququ iddiaçıya məxsus olduğuna görə cavabdehin həmin mənzildə yaşaması iddiaçının mənzil hüququnu və mənzillə bağlı istifadə hüquqlarını pozur. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Eləcə də həmin maddədə qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bununla belə cavabdehlə yaşayan digər şəxslərin sözügedən mübahisəli yaşayış evindən çıxarılması hissəsində iddia tələbini əsassız hesab edərək məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbində həmin şəxslərin konkret kimlərdən ibarət olduğunu göstərməmişdir. Bu isə ona dəlalət edir ki, bu tələb, iş üzrə tərəf olmayan qeyri-müəyyən şəxslərə yönəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Deməli, işə baxan məhkəmə qəbul etdiyi məhkəmə aktı ilə iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyrimüəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə Gəncə şəhəri, 84 saylı Hərbi şəhərcikdə yerləşən 5 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə Gəncə şəhəri, 84 saylı Hərbi şəhərcikdə yerləşən 5 nömrəli evin 29 nömrəli mənzilindən çıxarılsın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4151/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4151/2023
25.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver