Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-416/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4* Şakir oğlunun sədrliyi, X18 iclas katibliyi, İddiaçı2, İddiaçının vəkili X8 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 1 saylı X39 Xidmət Mərkəzinin notariat ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəliyin, mirasın qəbul edilməsinin və mirasdan payların müəyyən edilməsi, qəbul edilmiş miras mülkə mülkiyyət hüququnun tanınması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 1 saylı X39 Xidmət Mərkəzinin notariat ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı «vərəsəliyin, mirasın qəbul edilməsinin və mirasdan payların müəyyən edilməsi, qəbul edilmiş miras mülkə mülkiyyət hüququnun tanınması» tələbi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 vərəsəsi olmaqlarının müəyyən edilməsi, X3 miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 95, 21 saylı mənzildə ifadə edilən miras əmlakın tərəflərindən qəbul edilməsinin müəyyən edilməsi, qəbul edilmiş miras mülkdən hər birinin ½ hissə olmaqla paylarının müəyən edilməsi və müəyyən edilmiş paylarına mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum X9 ilə nikahlarını 3* oktyabr 1976-cı ildə Kirovabad şəhər VVAQ şöbəsində bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan onların İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 adlı 3 övladları dünyaya gəlmişdir. X2 işlədiyi müəssisə tərəfindən mənzil verilmiş, Gəncə şəhəri 4 saylı notariat kontorunun 24.*6.1994-cü il tarixli 3-M-25 saylı mənzillərin özəlləşdirilməsinə dair müqaviləsinə əsasən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti (hazırda Heydər Əliyev prospekti) ev 95, 21 saylı mənzil onun adına qeydiyyata alınmış və ona 14.*7.1994-cü il tarixli, 12*72 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, sonra isə qeydiyyat vəsiqəsinin əvəzinə ona 23.*8.2*21-ci il tarixli, 1521*22784 qeydiyyat nömrəli çıxarış verilmişdir. X9 19 sentyabr 2*21-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra Ofelya Məmmədəliyevadan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakı İddiaçı1 sahiblik etməklə və idarə etməklə faktiki olaraq, İddiaçı2 isə həm faktiki, həm də notariusa ərizə verməklə qəbul etmişlər. Cavabdehlər isə nə faktiki, nə də notariusa ərizə verməklə mirası qəbul etməmişlər. Cavabdehlər yuxarıda qeyd edilən ünvanda pasport qeydiyyatında olmaqlarına baxmayaraq, Kamil 2*1*-cu ildən, Samil isə 2*14-cü ildən həmin mənzildə yaşamırlar. Belə ki, hələ X11 sağlığında Cavabdeh2 mənzildən olan payının əvəzinə 2*2*-ci ildə 8*** (səkkiz min) manat ödəyərək içində ev fundamenti olan torpaq sahəsi almışlar. Kamil həmin torpaq sahəsində ev tikib, özü isə ailəsi ilə birlikdə Bakı şəhəri, Zabrat qəsəbəsində yaşayır. Cavabdeh3 isə mənzildən payının əvəzinə 2*19-cu ildə 15*** (on beş min) manat pul vermiş və o da həmin pula özünə ünvan 2 ünvanında ev almışdır. Bundan başqa həyat yoldaşı vəfat etdikdən sonra İddiaçı2 5*** (beş min) manat xərc çəkərək mənzildə təmir işləri aparmışdır. Qeyd etdikləri şahidlər X19, X29, X31 və Abbasova Gülşən təsdiq edə bilərlər. 2*22-ci ilin oktyabr ayında cavabdeh 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə müraciət edərək onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Lakin cavabdeh bundan imtina etmişdir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bundan sonra İddiaçı1 nümayəndəsi (vəkil) X15 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı1 miras mülkdən ona çatası payından digər iddiaçı olan İddiaçı2 xeyrinə bu barədə notarial qaydada ərizə verərək imtina etmişdir. Yəni payını digər iddiaçı olan qızı İddiaçı2 bağışlamışdır. Odur ki, qeyd edilənlərə əsasən İddiaçı1 iddiaçı qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2**1-ci ildə ailə həyatı qurmuş, lakin yola gedə bilmədiyindən boşanmışdır. Böyük qardaşı Cavabdeh2 Ukraynada, kiçik qardaşı Cavabdeh3 isə onlarla yaşamışdır. Daha sonra ikinci dəfə ailə həyatı qurmuş, həmin evliliyindən Məleykə adlı bir uşağı doğulmuşdur. İkinci evliliyində də problemlər yaşandığına görə 2*13-cü ildə boşanmış və qızı ilə birlikdə mübahisəli evdə mərhum X23 və atası İddiaçı1 ilə birlikdə yaşamışdır. Böyük qardaşı Cavabdeh2 2*1*-cu ildə ailə həyatı quraraq Bakı şəhərinə yaşamağa getmişdir. Hətta Kamilin həyat yoldaşı Bakıda müəllimə işləyir. Mərhum X23 sağlığında Bakı şəhəri Zabrat qəsəbəsində torpaq sahəsi alaraq böyük qardaşı Kamilə vermişdir. Kamil həmin torpaq sahəsində Zabrat qəsəbəsində ev tikdirmiş və oraya köçmüşdür. Kiçik qardaşı Samil isə 2*12-ci ildə ailə həyatı quraraq mübahisəli mənzildən getmişdir. Kiçik qardaşı Samilə də 2*19-cu ildə mənzildən payının əvəzində 15*** (on beş min) pul verilmiş, o, da həmin pulun üstünü düzəldib özünə ev almışdır. Mübahisəli mənzildə 2*13-cü ildən hal hazıra kimi qızı, mərhum X23 və atası İddiaçı1 ilə birlikdə yaşamışdır. Atası və anasına o, baxmışdır. X23 19 sentyabr 2*21-ci il tarixdə vəfat etmişdir. Mərhum X23nın yas mərasimi keçirilmiş, qardaşları da yas mərasimində iştirak etmişdir. X23 vəfat etdikdən sonra mübahisəli mənzildə qızı və atası İddiaçı1 ilə birlikdə yaşamışdır. Anası vəfat edəndən sonra qardaşları miras mülkdə yaşamamış, eyni zamanda mirası qəbul etmək barədə notariusa ərizə verməmişlər. Eyni zamanda anasından miras qalan mənzildə təmir işləri aparmışdır. Mübahisəli mənzildə anası vəfat etdikdən sonra yaşamış, həmin mənzili idarə etmiş və mirası faktiki olaraq atası ilə o, qəbul etmişdir. Atası İddiaçı1 isə özünə çatası payı ona bağışlamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini və onun miras əmlaka- Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 95, 21 saylı mənzilə bütövlükdə payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 oğu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı2 doğma bacısıdır. 2*12-ci ildə ailə həyatı quraraq mübahisəli mənzilə köçmüş, lakin uşağı dünyaya gəldikdən sonra 2*13-cü ilin əvvəllərində həmin mənzildən çıxmış kirayədə yaşamağa başlamışdır. 2*19-cu ildə isə özünə 25*** manata ev almış və orada yaşamışdır. X23 vəfat etdikdən sonra miras əmlakın qəbul edilməsi ilə bağlı nə qardaşı Cavabdeh2, nə də o, notariusa müraciət etməmişdir. Qardaşı Cavabdeh2 isə 2*1*-cu ildən bəri mübahisəli evdən köçüb Bakı şəhərinə getmişdir. Anasının vəfatından sonra ondan miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 95, 21 saylı mənzildə atası Hidayət, bacısı Könül və onun qızı yaşamışdır. Buna baxmayaraq miras əmlaka onun və qardaşı Cavabdeh2 də payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 izahatında bildirdi ki, o, X11 doğma qardaşı, İddiaçı2, Samil və Cavabdeh2lərin isə dayısıdır. ünvan 1 ünvanında bacısı vəfat etdikdən sonra İddiaçı2, onun qızı və İddiaçı1 yaşamışdır. Kamil və Samil isə hələ bacısı Ofelyanın sağlığında ailə həyatı quraraq sözügedən mənzildən çıxıb getmişlər. Bacısı Ofelya sağlığında Samil və Kamilə ev alıb vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 izahatında bildirdi ki, İddiaçı2 ilə qonşudur. ünvan 1 ünvanında Ofelya Məmmədəliyeva vəfat etdikdən sonra İddiaçı1 və qızı Könül öz uşağı ilə birlikdə yaşamışdır. Könülün qardaşları Cavabdeh3 və Cavabdeh2 hər ikisi Ofelya vəfat etməzdən bir neçə il öncə ailə həyatı quraraq sözügedən mənzildən çıxıb getmişlər. Kamil və Samilin orada yaşadığını görməmişdir. X11 sağlığında və o, vəfat etdikdən sonra həmin mənzildə İddiaçı1 və İddiaçı2 qızı ilə birlikdə yaşamış və hal-hazırda da yaşayır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh 1 saylı X39 Xidmət Mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizəyə ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər Cavabdeh2 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxx 194*-cı ildə Xanlar rayonunda doğulmuş, Gəncə şəhəri, X42 prospekti, ev 95, mənzil 21 ünvanında qeydiyyatdadır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 1* avqust 1977-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. AZE seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 *6 oktyabr 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Gəncə şəhəri, X42 prospekti, ev 95, mənzil 21 ünvanında qeydiyyatdadır. AZE seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx xxxx 1984-cü ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İ-ЖГ seriyalı, 392978 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 və X27 arasında 3* oktyabr 1976-cı ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 549 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədəliyev”, arvada “Məmmədəliyeva” soyadı verilmişdir. İV-ЖГ seriyalı, 466867 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 1* avqust 1977-ci il tarixdə anadan olmuşdur. Valideynləri atası İddiaçı1 anası X7r. *9 sentyabr 2*22-ci il tarixli, *5/Q-1714/7* nömrəli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 *6 oktyabr 1978-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə 17 oktyabr 1978-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində 3771 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Valideynləri atası İddiaçı1, anası X7r. *9 sentyabr 2*22-ci il tarixli, *5/Q-1713/7* nömrəli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 xx xxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə *6 iyul 1984-cü il tarixində Gəncə şəhər qeydiyyat şöbəsində 1584 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Valideynləri atası İddiaçı1, anası X7r. AZ-İİ seriyalı, 177241 nömrəli, Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 19 sentyabr 2*21-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2* sentyabr 2*21-ci il tarixdə 793 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi essensial (birincili) hipertenziya qeyd edilmişdir. 23 avqust 2*21-ci il tarixli, 1521*22784 nömrəli, 2*2*11***883-*51*1-*93*16 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanı X4 tam mülkiyyətindədir. *6 sentyabr 2*22-ci il tarixli, 22332***6929 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubda bildirilmişdir ki, Gəncə şəhəri 4 saylı notariat kontorunun 24 iyun 1994-cü il tarixli, 3-M-25 saylı mənzilin özəlləşdirilməsinə dair müqaviləsinə əsasən Gəncə şəhəri, X42 prospekti, ev 95, 21 saylı mənzil X16 adına qeydiyyata alınmışdır və ona 14 iyul 1994-cü il tarixli, 12*72 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə Məmmədəliyeva (Həsənova) Ofelya İslam qızına ünvanı Heydər Əliyev prospekti, ev 95, 21 olan bu mənzilə (31,9 kvm iki yaşayış otaqları, 19,6 kvm köməkçi sahə) 23.*8.2*21-ci il tarixli 1521*22784 qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin *5 noyabr 2*22-ci il tarixli, 22332***8758 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri 1 saylı Notariat ofisinin 24 sentyabr 2*19-cu il 4Ə 1*9 saylı alğı-satqı müqaviləsinə əsasən Üzeyir Hacıbəyli küçəsi, 1-ci döngə, 38A saylı fərdi yaşayış evi Cavabdeh3 satılmışdır. Alıcıya bu mülkə dair 15 oktyabr 2*19-cu il tarixli, 1519*2**83 qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi *7 oktyabr 2*22-ci il tarixli, 2455 nömrəli məktubunda İddiaçı2 və İddiaçı1 bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “miras fiziki şəxsin ölümü və və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.” Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.” Mülki Məcəllənin 1243.1 və 1243.2 maddələrinə əsasən “mirası istər qanun üzrə, istərsə də, vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə müraciət edib, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna və ya miras paydan imtinasına dair öz razılığını bildirməlidirlər. Miras qoyanın digər vərəsələrinin həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatları olduğu üçün onları nəzərə almadan həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllsinin 1291-ci maddəsinə əsasən “miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır”. Ona görə də miras paylarının bölüşdürülməsinə dair razılığa gələ bilmədiyiniz üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlandığı 21 dekabr 2*21-ci il tarixli ərizəsindən görünür ki, o, anası Ofelyadan miras qalmış ünvan 7 ünvanında yerləşən mənzili qəbul etdiyini bildirib ona bu barəsədə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. *2 dekabr 2*22-ci il tarixli, 3M-677 reyestr nömrəli miras payın bağışlama müqaviləsindən görünür ki, İddiaçı1 miras qoyan 19 sentyabr 2*21-ci ildə ölmüş arvadı X3 irs qalmış bütün miras əmlakdan özünə çatası miras payını qızı olan İddiaçı2 bağışlamışdır. *6 dekabr 2*22-ci il tarixli aktdan görünür ki, X2*, X21, X1* və X14 bu aktı tərtib etmişdirlər ondan ötrü ki, ünvan 7 ünvanında yerləşən mənzildə qeydiyyatda olmalarına baxmayaraq Cavabdeh2 2*1*-cu ildən, Cavabdeh3 isə 2*13-cü ildən faktiki olaraq yaşamırlar. Mənzildə daimi olaraq X9, İddiaçı1 və İddiaçı2 öz qızı ilə birlikdə yaşayırlar. 2*21-ci ildə ev sahibəsi X9 vəfat etdikdən sonra mənzildə yalnız İddiaçı1 və İddiaçı2 öz yetkinlik yaşına çatmayan qızı Quliyeva Məleykə ilə yaşayırlar. Məhkəmə, işdə iştirak edən tərəflərin, şahid izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, mərhum X9 ilə İddiaçı1 3* oktyabr 1976-cı ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 1* avqust 1977-ci il təvəllüdlü İddiaçı2, *6 oktyabr 1978-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxx 1984-cü il təvəllüdlü Cavabdeh3 adlı 3 uşaqları doğulmuşdur. Gəncə şəhəri 4 saylı notariat kontorunun 24 iyun 1994-cü il tarixli, 3-M-25 saylı mənzilin özəlləşdirilməsinə dair müqaviləsinə əsasən Gəncə şəhəri, X42 prospekti, ev 95, 21 saylı mənzil X16 adına qeydiyyata alınmışdır və ona 14 iyul 1994-cü il tarixli, 12*72 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra Məmmədəliyeva (Həsənova) Ofelya İslam qızına Gəncə şəhəri Heydər Əliyev prospekti, ev 95 də yerləşən 21 saylı mənzilə 23.*8.2*21-ci il tarixli, 1521*22784 qeydiyyat nömrəli çıxarış verilmişdir. Miras qoyan X9 19 sentyabr 2*21-ci il tarixdə vəfat etmişdir. X11 vəfatından sonra ünvan 7 ünvanı miras qalmışdır. X12 miras qalmış ünvan 7 ünvanında onun vəfatından sonra mirasqoyanın həyat yoldaşı İddiaçı1, qızı İddiaçı2 öz uşağı ilə birlikdə hal-hazıradək yaşayır. Cavabdehlərdən Cavabdeh2 2*1*-cu ildən Cavabdeh3 isə 2*13-cü ildən, yəni mirasqoyanın vəfatından əvvəl miras əmlakdan köçüb getmişlər. İddiaçı2 X12 miras qalmış ünvan 7 ünvanını qəbul etməsi barədə 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzinin notariat ofisinə 21 dekabr 2*21-ci il tarixdə ərizə vermişdir. Lakin *7 oktyabr 2*22-ci il tarixli, 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzinin notariat ofisinin məktubuna əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar mövcud olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İddiaçı1 mərhum həyat yoldaşı Ofelya Məmmədəliyevadan miras qalmış ünvan 7 ünvanından həyat yoldaşı vəfat etdikdən sonra qızı İddiaçı2 və onun qızı ilə birlikdə yaşamış, istifadə etmiş və idarə etmişdir. Bununla mübahisəli mənzili qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişdir. Lakin *2 dekabr 2*22-ci il tarixli, 3M-677 reyestr nömrəli miras payın bağışlama müqaviləsinə əsasən 19 sentyabr 2*21-ci ildə ölmüş arvadı X3 irs qalmış bütün miras əmlakdan özünə çatası miras payını qızı olan İddiaçı2 bağışlamışdır. Bu səbəbdən İddiaçı1 nümayəndəsi X15 məhkəməyə ərizə təqdim edərək İddiaçı1 iddiaçı qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Cavabdeh3 isə iddianı qəbul etməyərək miras əmlakdan ona da pay verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilməsi baxımından mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq edilməlidir. “G.Qəhrəmanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2*14-cü il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiq edilməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin edilməsi məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın qəbulu dedikdə elə hərəkətlər başa düşülür ki, bu hərəkətlər vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını hərəkətə keçirir və miras əmlakı qəbul etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, hüququdur. Bu o deməkdir ki, o, mirası qəbul edə bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu birincisi xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədi ilə həyata keçirilir, ikincisi o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyildir. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o, vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla formal üsulla və qeyriformal üsulla həyata keçirilir. Mirasın qəbulunun formal üsulu dedikdə, vərəsinin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olma niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbulu edilməsi, dedikdə vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə olan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Öz hüquqi hərəkətinə görə bu konludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətərlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyduğu evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2*22-ci il tarixli qərarında qeyd edilir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2*22-ci il tarixli qərarında belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Mülki Məcəllənin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Qanunda miras əmlakın vərəsələrə keçməsinin üç əsası nəzərdə tutulmuşdur: birincisi qanun üzrə, ikincisi vəsiyyətnamə üzrə, üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Hazırki mübahisə üzrə mərhum Ofelya Məmmədəliyeva tərəfindən miras əmlaka dair vəsiyyətnamənin verilməsi iş materialları ilə müəyyən olunmur. Odur ki, hazırki mübahisə üzrə yalnız birinci əsas, yəni qanun üzrə vərəsəlik hüququnun yaranması qaydası mövcuddur. Mülki Məcəllənin müddəalarında qanun üzrə vərəsəliyin yaranmasının dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qanun üzrə vərəsəliyin yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin vərəsə hesab edilən şəxslə qohumluq bağının mövcud olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməməsi (yaxud tamamilə və ya qismən etibarsız hesab edilməsi) əsas şərtdir. İddiaçının miras qoyan mərhum Ofelya Məmmədəliyeva ilə qohumluq bağının olması – qızı olması işin mübahisəsiz halıdır. Həmçinin işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının vərəsəlik hüququnun yaranması üçün sadalanan digər dispozitiv şərtlər də mövcuddur. Beləliklə məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, iddiaçının X12 qalan miras əmlaka dair vərəsəlik hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı2 mərhum X23dan miras qalmış ünvan 7 ünvanında atası İddiaçı1 və qızı ilə birlikdə anası vəfat etdikdən əvvəl və onun vəfatından sonra yaşamış, istifadə etmiş, miras qalmış mənzili idarə etmiş və mübahisəli mənzili öz hesabına təmir etdirmişdir. Hal-hazırda da atası və qızı ilə birlikdə həmin mənzildə yaşayır. Eyni zamanda İddiaçı2 mərhum anasından miras qalmış əmlakı faktiki qəbul etməsi barədə 21 dekabr 2*21-ci il tarixdə notariat kontoruna müraciət etmiş lakin, 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzinin notariat ofisinin 17 oktyabr 2*22-ci il tarixli, 2455 nömrəli məktubunda İddiaçı2 bildirilmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar mövcud olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İşin bu halı da iddiaçının mirası faktiki qəbul etdiyini təsdiq edir, çünki qanun mirasın vərəsələr tərəfindən qəbul edilməsi şərtlərindən biri kimi həm də onun vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müvafiq notariat ofisinə müraciət etməsini nəzərdə tutur. Odur ki, İddiaçı2 mərhum X23dan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişdir. Məhkəmə X11 digər birinci növbə vərəsələri-cavabdeh olan oğulları Cavabdeh2 və Cavabdeh3 mərhum analarından miras qalmış mənzilə paylarının müəyyən edilməsini araşdıraraq qeyd edir ki, mərhum X9 hələ sağ ikən Cavabdeh2 2*1*-cu ildə ailə həyatı quraraq mübahisəli mənzildən çıxıb getmişdir. Digər cavabdeh olan Cavabdeh3 isə 2*12ci ildə ailə həyatı qurmuş, mübahisəli mənzildən çıxıb getmişdir. İstər Cavabdeh2, istərsə də Cavabdeh3 mirasqoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, mirası qəbul etməmişlər. Bu hal məhkəmə iclasları zamanı həm iddiaçının, həm Cavabdeh3 ifadəsi, həm də şahidlərin ifadələrində öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehlər miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan müddətdə notariusa müraciət də etməmişlər. Bununla da müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 anaları Ofelya Məmmədəliyevadan miras qalmış mənzilin qəbul edilməsi üçün nə notariat ofisinə ərizə verməmiş, nə də miras qalmış mülkə sahiblik etməmiş və ya mülkü faktiki idarə etməmiş və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməmişlər. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mərhum analarından miras qalmış mübahisəli mülk olan ünvan 1 ünvanını faktiki qəbul etmədiklərindən onların həmin miras mülkə münasibətdə payları müəyyən edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış ünvan 1 ünvanının İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və İddiaçı2 başqa cavabdeh olan digər vərəsələr həmin mülkü nə notarial qaydada ərizə verilməklə, nə də faktiki qəbul etmədiklərindən və İddiaçı1 isə miras mülkdən ona çatası payından iddiaçı olan qızı İddiaçı2 xeyrinə bu barədə notarial qaydada ərizə verərək imtina etdiyindən miras qoyan X4 birinci növbə vərəsəsi olan övladı - İddiaçı2 anasından miras qalmış ünvan 1 ünvanına tam hissədə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanının İddiaçı2 tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilsin. X1 miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, 95 saylı evin, 21 nömrəli mənzilinə İddiaçı2 tam payı müəyyən edilsin. Məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-416/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-416/2023
02.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver