Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4170/2024 02.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi X1 iştirakı ilə İddiaçı Cavabdeh Gəncə X3 İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh kimi Cavabdeh Gəncə X3 İdarəsini göstərməklə, borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Qaz istismarı pozuntusu haqqında barəsində 21 dekabr 2023-cü il tarixli 04004110 №-li tərtib edilmiş əsassız aktın qanunsuz hesab edilərək və həmin akt əsasında zərər kimi hesablanmış 6480 kub.m təbii qazın (ziyanın) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia hüquqi şəxs olmayan Cavabdeh Gəncə X3 İdarəsinə qarşı qaldırılmışdır, bundan başqa iddiaçının tələbləri məhkəmədə baxılmalı olmayan tələblərdir. Belə ki, Cavabdeh Gəncə X3 İdarəsi hüquqi şəxs deyildir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə əsasən iddia hüquqi şəxsə qarşı qaldırıla bilər. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddia ərizəsinin mətnindən müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Qaz istismarı pozuntusu haqqında barəsində 21 dekabr 2023-cü il tarixli 04004110 №-li tərtib edilmiş əsassız aktın qanunsuz hesab edilərək və həmin akt əsasında zərər kimi hesablanmış 6480 kub.m təbii qazın (ziyanın) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir ki, bu tələblər üzrə işə baxılması heç bir hüquqi nəticə yaratmır. İddiaçı məhkəmədə həmin Akt əsasında hesablanmış cərimənin (borcun) silinməsi tələbi ilə məhkəməyə müraciət edə bilər və həmin tələb üzrə qəbul edilən qərar hüquqi nəticə yaradacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi qeyri-müəyyən olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-363, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Gəncə X3 İdarəsinə qarşı “əsassız aktın qanunsuz hesab edilərək və həmin akt əsasında zərər kimi hesablanmış 6480 kub.m təbii qazın silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Akt əsasında hesablanmış borcun silinməsi tələbi ilə Cavabdehnə qarşı Gəncə Şəhər Məhkəməsində iddia qaldıra bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4170/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4170/2024
02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver