Məhkəmə qərarları › İş №2(125)-4187/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4187/2024

05.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4187/2024 05.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X61 Şakir oğlunun sədrliyi, X16 iclas katibliyi, İddiaçı2, iddiaçıların etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Mikayılova (Həsənova) Saçdı Hüseyn qızı, Cavabdeh3, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh5 və Gəncə şəhəri 1 saylı Notariat Ofisi (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X35 və X24) qarşı «miras əmlaka dair payların müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Mikayılova (Həsənova) Saçdı Hüseyn qızı, Cavabdeh3, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh5 və Gəncə şəhəri 1 saylı Notariat Ofisi (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X35 və X24) qarşı «miras əmlaka dair payların müəyyən edilməsi» tələbi barədə ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, X5 miras qalmış, ünvan 1 ünvanında yerləşən əmlaka dair onların payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə mərhum X7 adına qeydə alınmışdır. X39 xx.xx.1985-ci il tarixdə, anası X17 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri aşağıdakılardır: 1. Cavabdeh2 Hüseyin qızı (xx.xx.1949); 2. X8 (xx.xx.1954); 3. Cavabdeh4 (xx.xx.1956); 4. Cavabdeh5 (xx.xx.1958); 5. İddiaçı1 (xx.xx.1963); 6. X36 (xx.xx.1947) xx.xx.2018-ci il tarixdə vəfat etmişdir, sonuncunun ölümündən sonra isə vərəsələri: arvadı X35, İddiaçı2 və X24 qalmışlar. Digər vərəsələr isə yəni X7 vərəsələri olan əri X39, oğlu X12, X1 Fatma Abdulla qızından qabaq vəfat etmişlər. X7 ölümündən sonra miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində vərəsələrdən yalnız onlar yaşamışlar. Mirasın qabul edilməsi ilə bağlı Gəncə şəhər 1 saylı Notariat ofisinə müraciət etmişdir. Lakin notarius mərhumun digər vərəsələri arasında mübahisə olduğunu əsaslandıraraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmadığını qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, mübahisəli ünvan olan Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 mərhum X51dan miras qalmışdır. Cavabdeh olan bibiləri heç vaxt mübahisəli evdə yaşamamış, həmin evlə maraqlanmamışlar. Onlar Rusiya Federasiyasında yaşayırlar. X45 2007-ci ildə, atası Azər Həsənov 2018-ci ildə, bibisi Şövkət Həsənova isə 2014-cü ildə vəfat etmişlər. Atası Azər sağ ikən miras əmlakda yaşamış və onu idarə etməklə faktiki qəbul etmiş, onun ölümündən sonra isə əmlakda o yaşamış, atasından ona qalan mirası qəbul etmişdir. Başqa sözlə, miras əmlakda nənəsi Fatma vəfat etməmişdən öncə və vəfat etdikdən sonra da o, digər iddiaçı olan əmisi Şahmar və öz anası Elmira Orucova yaşamış və hal-hazırda da yaşayırlar. Beləliklə, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Odur ki, miras əmlaka ½ pay olmaqla onun və digər iddiaçının payının müəyyən olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin 15 noyabr 2024-cü il tarixə təyin edilmiş iclasında İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, mübahisəli ünvan olan ünvan 3as qalmışdır. Cavabdeh olan bacıları heç vaxt mübahisəli evdə yaşamamış, anasının sağlığında ərə gedərək anasının vəfatından sonra evlə maraqlanmamışlar. Onlar Rusiya Federasiyasında yaşayırlar. X15 2007-ci ildə, Azər Həsənov 2018-ci ildə, bacısı Şövkət Həsənova isə 2014-cü ildə vəfat etmişlər. Buna baxmayaraq qardaşı Azər sağ ikən miras əmlakda yaşamış və onu idarə etməklə faktiki qəbul etmiş, onun ölümündən sonra isə əmlakda onunla yanaşı qardaşı Azərin övladı İlham və arvadı Elmira yaşamış, hal-hazırda da yaşayırlar. Odur ki, miras əmlaka ½ hissədə pay olmaqla onun və digər iddiaçının payının müəyyən olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 X5 miras qalmış, Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanında yerləşən əmlak üzərində hər birinin ½ paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə 15 noyabr 2024-cü il tarixdə keçirilən iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 izahatında bildirdi ki, mərhum qaynanası X17 xx.xx.2015ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan miras qalmış əmlakı qaynı İddiaçı1 və əri X36 qəbul etmişdir. Digər vərəsələr isə mirası qəbul etməmişdir. Əri Azərin vəfatından sonra isə o və oğlu İlham miras əmlakda yaşamaqla əri Azərdən miras qalmış əmlakı qəbul etmişdir. Qızı Pərvanə isə əri Azərin sağlığında ərə getdiyi üçün mirası qəbul etməmişdir. Buna baxmayaraq, o əri Azərdən ona miras qalmış əmlakdan oğlu İlhamın xeyrinə imtina edir. Odur ki, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 izahatında bildirdi ki, İddiaçı1 onun əmisi, digər İddiaçı2 isə qardaşıdır. Mübahisəli əmlak olan Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanı mərhum X51dan miras qalmışdır. X51 16 avqust 2015-ci il tarixdə, atası Azər Həsənov isə 30 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. O, ümumiyyətlə Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanında yaşamamış və miras əmlakı qəbul etməmişdir. Ailə həyatı quraraq çıxıb getmişdir. Odur ki, miras əmlak üzərində iddiaçıların miras payının müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, iddiaçılar onun qonşudur. İddiaçılardan İddiaçı2 atası Azər Həsənov 2018-ci ildə vəfat etmişdir. Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanı mərhum Fatma Həsənovaya məxsus olmuşdur. Həmin evdə Şahmar və İddiaçı2ların yaşadıqlarını görmüşdür. X33 digər uşaqları isə çoxdan mübahisəli evdən çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 ifadəsində bildirdi ki, iddiaçılar ilə qonşu olmuşdur. Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanında İddiaçı2, onun anası Elmira Orucova və İddiaçı1 yaşayırlar. 10 ildən çox olar ki, həmin ərazidən köçsə də, həmin evdə həmişə Elmira Orucova, İlham və İddiaçı1ların yaşadıqlarını görmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Mikayılova (Həsənova) Saçdı Hüseyn qızı, Cavabdeh3, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh5, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Mikayılova (Həsənova) Saçdı Hüseyn qızı, Cavabdeh3, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh5, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İE seriyalı, 198044 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X39 ilə Fatma Abdulla qızı arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İE seriyalı, 220187 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxx 1949-cu il tarixdə doğulmuşdur. Atası - X39, anası – X10r. İJ seriyalı, 129143 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 21 yanvar 1954-cü il tarixdə doğulmuşdur. Atası - X39, anası – X10r. İ-İE seriyalı, 196442 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxxxxx 1956-cı il tarixdə doğulmuşdur. Atası - X39, anası – X10r. İ-İE seriyalı, 708037 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. Atası - X39, anası – X10r. AZ seriyalı, 367947 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx xxxx 1963-cü il tarixdə doğulmuşdur. Atası - X39, anası – X10r. AZ-İ seriyalı, 710858 nömrəli, 21 oktyabr 2014-cü il tarixli, Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 14 oktyabr 2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 oktyabr 2014-cü il tarixdə 639 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək çatmamazlığıdır. AZ-İ seriyalı, 981298 nömrəli, Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 31 oktyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 30 oktyabr 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 oktyabr 2018-ci il tarixdə 1959 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi kəskin miokard infarktıdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 8743 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 36.1 kvadratmetr 3 yaşayış otağından ibarət yaşayış evi X7 mülkiyyət hüququ əsasında xx.xx.2005-ci il tarixdə qeydə alınmış və 14 nömrəli reyestr kitabına yazılmışdır. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 29 oktyabr 2013-cü il tarixli, **********28-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanı X11 məxsusdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 30 mart 2017-ci il tarixli, 677471 nömrəli arayışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X35, xx.xx.1947-ci il təvəllüdlü X36, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1980-ci il təvəllüdlü X30, xx.xx.1999-cu il təvəllüdlü X29, xx.xx.1976-cı il təvəllüdlü X2 şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 18 iyul 2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X35, xx.xx.2008-ci il təvəllüdlü X31, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1999-cu il təvəllüdlü X29, xx.xx.1976-cı il təvəllüdlü X24, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.1980-ci il təvəllüdlü X3 şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanında qeydiyyatdadırlar. AZ-İ seriyalı, 158584 nömrəli, 20 oktyabr 2015-ci il tarixli, Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X39 08 may 1985-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 may 1985-ci il tarixdə 294 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək çatmamazlığıdır. AZ-İ seriyalı, 770050 nömrəli, 20 avqust 2015-ci il tarixli, Gəncə ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 16 avqust 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 avqust 2015-ci il tarixdə 1133 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qəfləti koronar ölümdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, 05/09İS/178530-23 nömrəli arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X11 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir əri (arvadı) - X39 (xx.xx.1912) (xx.xx.1985-ci ildə vəfat edib), oğlu – X12 (xx.xx.1945), oğlu – X36 (xx.xx.1947) (xx.xx.2018-ci ildə vəfat edib), qızı – Cavabdeh2 (xx.xx.1949), qızı - X18 (xx.xx.1952) (xx.xx.2014-cü ildə vəfat edib), qızı – X8 (xx.xx.1954), qızı Cavabdeh4 (xx.xx.1956), qızı – Cavabdeh5 (xx.xx.1958), oğlu – İddiaçı1 (xx.xx.1963). Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli, 1062 nömrəli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1 həqiqətən ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli, 1063 nömrəli arayışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X35 həqiqətən ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 1019 nömrəli arayışdan görünür ki, İddiaçı2 həqiqətən ünvan 4 ünvanında qeydiyyatdasız yaşayır. Ailə tərkibi aşağıdakı kimidir arvadı – X26 xx.xx.1986-cı il təvəllüdlü, oğlu – X32 – xx.xx.2010-cu il təvəllüdlü (İ qrup əlil), qızı – X22 xx.xx.2012-ci il təvəllüdlü, oğlu – X41 xx.xx.2017-ci il təvəllüdlü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli, 05/09İS/010786-24 nömrəli arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X27 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir əri (arvadı) – X35 (xx.xx.1952), oğlu – İddiaçı2 (xx.xx.1974), qızı X24 (xx.xx.1976), oğlu – X42 (xx.xx.1979) (xx.xx.2018-ci ildə vəfat edib). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat Ofisinin 13 iyul 2023-cü il tarixli, 226 nömrəli məktubunda İddiaçı1 bildirilmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X7 digər vərəsələri arasında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını, şahid ifadələrini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, mərhum miras qoyan X17 ilə X39 nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.1945-ci il təvəllüdlü X12, xx.xx.1947-ci il təvəllüdlü X36, xx.xx.1949-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1952-ci il təvəllüdlü X18, xx.xx.1954-cü il təvəllüdlü X8, xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh4, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1 doğulmuşdur. X39 08 may 1985-ci il tarixdə, uşaqlardan X18 14 oktyabr 2014-cü il tarixdə, digər uşaq Şahsuvar Hüseynov isə iddiaçıların bildirməsinə görə 2007-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 8743 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 36.1 kvadratmetr 3 yaşayış otağından ibarət yaşayış evi X7 adına mülkiyyət hüququ əsasında xx.xx.2005-ci il tarixdə qeydə alınmış və 14 nömrəli reyestr kitabına yazılmışdır. Daha sonra X11 Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanına dair RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 29 oktyabr 2013-cü il tarixli, **********28-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarış verilmişdir. Miras qoyan X17 16 avqust 2015-ci il tarixdə vəfat etmişdir. X33 vəfatından sonra Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanı miras qalmışdır. Mirasqoyanın digər uşağı Azər Həsənov isə xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azər Həsənovun vəfatından sonra isə onun vərəsələri olan arvadı üçüncü şəxs X35, oğlu hazırki iddia üzrə İddiaçı2 və qızı üçüncü şəxs X24 qalmışlar. X34 miras qalmış Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanında onun vəfatından sonra iddiaçı olan oğlu İddiaçı1, mərhum Azər Həsənovun övladı İddiaçı2 və Azər Həsənovun arvadı Elmira Orucova yaşamışlar. X57 əri Azər Həsənovdan ona çatası paydan oğlu İddiaçı2 xeyrinə imtina etmişdir. Cavabdehlər Mikayılova (Həsənova) Saçdı Hüseyn qızı, Cavabdeh3, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh5 və üçüncü şəxs Pərvanə Muradova isə mirasqoyanın vəfatından əvvəl miras əmlakdan köçüb getmişlər. İddiaçı1 X34 miras qalmış Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanını qəbul etməsi barədə ünvan 6ri 1 saylı Notariat Ofisinin 13 iyul 2023-cü il tarixli, 226 nömrəli məktubunda xx.xx.2015-ci il tarixdə vəfat etmiş X7 digər vərəsələri arasında mübahisə olduğu üçün İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyin mümkün olmadığı bildirilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs Elmira Orucova miras qalmış Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanında miras qoyanın sağlığında və vəfatından sonra yaşamış, istifadə etmiş və idarə etmişdir. Bununla mübahisəli evi qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 məhkəmənin 15 noyabr 2024-cü il tarixdə keçirilən iclasında məhkəməyə ərizə verərək, Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanında yerləşən miras əmlakın iddiaçılar arasında bərabər bölünməsini istədiyini və miras payından imtina etdiyini, digər üçüncü şəxs Pərvanə Muradova isə miras əmlakda yaşamadığını, mirası qəbul etmədiyini və miras əmlak üzərində iddiaçıların payının müəyyən edilməsinə etiraz etmədiyini bildirmişlər. İddiaçı2 və iddiaçıların nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdehlər isə məhkəmə iclasında iştirak etmədiklərindən onların iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçıların tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdikləri faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilməsi baxımından mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq edilməlidir. “G.Qəhrəmanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiq edilməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin edilməsi məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın qəbulu dedikdə elə hərəkətlər başa düşülür ki, bu hərəkətlər vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını hərəkətə keçirir və miras əmlakı qəbul etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, hüququdur. Bu o deməkdir ki, o, mirası qəbul edə bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu birincisi xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədi ilə həyata keçirilir, ikincisi o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyildir. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o, vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla formal üsulla və qeyriformal üsulla həyata keçirilir. Mirasın qəbulunun formal üsulu dedikdə, vərəsinin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olma niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbulu edilməsi, dedikdə vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə olan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Öz hüquqi hərəkətinə görə bu konludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətərlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyduğu evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli qərarında belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Mülki Məcəllənin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Qanunda miras əmlakın vərəsələrə keçməsinin üç əsası nəzərdə tutulmuşdur: birincisi qanun üzrə, ikincisi vəsiyyətnamə üzrə, üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Hazırki mübahisə üzrə mərhum Fatma Həsənova tərəfindən miras əmlaka dair vəsiyyətnamənin verilməsi iş materialları ilə müəyyən olunmur. Odur ki, hazırki mübahisə üzrə yalnız birinci əsas, yəni qanun üzrə vərəsəlik hüququnun yaranması qaydası mövcuddur. Mülki Məcəllənin müddəalarında qanun üzrə vərəsəliyin yaranmasının dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qanun üzrə vərəsəliyin yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin vərəsə hesab edilən şəxslə qohumluq bağının mövcud olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməməsi (yaxud tamamilə və ya qismən etibarsız hesab edilməsi) əsas şərtdir. İddiaçıların miras qoyan mərhum Fatma Həsənova ilə qohumluq bağlarının olması – oğlu və nəvəsi olması işin mübahisəsiz halıdır. Həmçinin işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçıların vərəsəlik hüququnun yaranması üçün sadalanan digər dispozitiv şərtlər də mövcuddur. Beləliklə məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, iddiaçıların X34 qalan miras əmlaka dair vərəsəlik hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs Elmira Orucova X34 miras qalmış Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanında miras qoyan vəfat etdikdən əvvəl və onun vəfatından sonra yaşamış, istifadə etmiş, miras qalmış evi idarə etmişlər. Hal-hazırda həmin evdə yaşayırlar. Odur ki, iddiaçılar və üçüncü şəxs Elmira Orucova X34 miras qalmış əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişlər. Lakin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Elmira Orucova məhkəmənin 15 noyabr 2024-cü il tarixində keçirilən iclasında məhkəməyə ərizə təqdim edərək, miras payın iddiaçılar arasında bərabər bölünməsini istədiyini və miras əmlakdan ona çatası paydan oğlu İddiaçı2 xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə X33 digər vərəsələri - cavabdeh olan qızları Mikayılova (Həsənova) Saçdı Hüseyn qızı, Cavabdeh3, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh5 və nəvəsi Pərvanə Muradova isə miras əmlakdan miras qoyanın sağlığında çoxdan çıxıb getmiş, mirasqoyanın ölümündən sonra da miras əmlakda yaşamamışlar, mirası qəbul etməmişlər. Bu hal məhkəmə iclası zamanı şahidlərin ifadələrində öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehlər və üçüncü şəxs Pərvanə Muradova miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan müddətdə notariusa müraciət də etməmişlər. Bununla da müəyyən olunur ki, cavabdehlər və üçüncü şəxs Pərvanə Muradova miras qalmış evin qəbul edilməsi üçün nə notariat ofisinə ərizə verməmiş, nə də miras qalmış mülkə sahiblik etməmiş və ya mülkü faktiki idarə etməmiş və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməmişlər. Məhkəmə qeyd edir ki, cavabdehlər Mikayılova (Həsənova) Saçdı Hüseyn qızı, Cavabdeh3, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 miras qalmış mübahisəli mülk olan Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanını faktiki qəbul etmədiklərindən onların həmin miras mülkə münasibətdə payları müəyyən edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçılar və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 başqa digər vərəsələr cavabdehlər və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Pərvanə Muradova həmin mülkü nə notarial qaydada ərizə verilməklə, nə də faktiki qəbul etmədiklərindən və X35 isə miras mülkdən ona çatası payından İddiaçı2 xeyrinə bu barədə məhkəməyə ərizə verərək imtina etdiyindən 16 avqust 2015-ci il tarixdə ölmüş X5 miras qalmış olan Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanına İddiaçı2 və İddiaçı1 hər birinin ½ hissədə miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 16 avqust 2015-ci il tarixdə ölmüş X5 miras qalmış olan Gəncə şəhəri, Atatürk prospekti, 2-ci dalan, ev 8 ünvanına İddiaçı2 və İddiaçı1 hər birinin ½ hissədə miras payları müəyyən edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar