Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4236/2023 18.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) “mirasdan imtina barədə ərizənin etibarsız hesab edilməsi, vərəsə qismində tanınma və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində notarius Zülfüqar Ağayevin təsdiq etdiyi, atası X3 qoyduğu mirasdan imtina etməyinə dair xx.xx.2023-cü il tarixli, 8İ-199 reyestr nömrəli ərizəsinin etibarsız hesab edilməsi, onun atasının qanun üzrə vərəsəsi kimi mirası – Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 33 nömrəli binada yerləşən 20 nömrəli mənzilə və “VAZ-2107” markalı, **-DM-*** dövlət nömrəli avtomaşına 1/3 hissə ilə miras pay hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçının anası, üçüncü şəxs isə bacısıdır. İddiaçının atası X6 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində, “Dəqiqləşdirilməmiş kəskin miokard infarktı” səbəbindən ölmüşdür. İddiaçının atası X6 ilə iddiaçının anası, iş üzrə Cavabdeh arasında xx.xx.1987-ci il tarixdə 874 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikaha X3 ölməsi ilə bağlı xitam verilmişdir. X6 ilə Cavabdeh iki övladı var: İddiaçı və X7. Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 33 nömrəli binada yerləşən 20 nömrəli mənzil və “VAZ-2107” markalı, **-DM-*** dövlət nömrəli avtomaşın müvafiq dövlət reyestrində mərhum X3 mülkiyyəti kimi qeydə alınmışdır. Mülki iş üzrə məhkəmə baxışı iclasında tərəflər və üçüncü şəxs məhkəməyə həm notarial qaydada təsdiq edilmiş barışıq sazişi, həm də özlərinin yazılı tərtib etdikləri barışıq sazişi, eləcə də yazılı ərizələr təqdim edərək imzaladıqları barışıq sazişinin və notarial qaydada təsdiq edilmiş barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Sazişin şərtləri aşağıdakı kimidir: - İddiaçı 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə verdiyi xx.xx.2023-cü il tarixli, 8İ-199 reyestr nömrəli imtina ərizəsi etibarsız sayılmalı; - Cavabdeh, İddiaçı və X7 mərhum X3 vərəsələri tanınmalı; - X1 miras qalan Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 33, ev 20 nömrəli mənzilə və “VAZ 2107” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh, İddiaçı və X4 hər birinin 1/3 (üçdə bir) hissədə payı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında hazırda anasının onun payını və vərəsə olmağını inkar etmədiyindən mübahisənin öz aralarında həll edildiyini bildirdi və atası - mərhum X3 onlara miras qoyduğu sözügedən mənzilə və avtomobilə 1/3 (üçdə bir) hissədə payının (mülkiyyət hüququnun) müəyyən edilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etdi, əlavə etdi ki, anasından və bacısından başqa mərhum atasının birinci növbədə digər vərəsəsi yoxdur və hazırkı barışıq sazişinin hüquqi nəticələri ona aydındır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında aralarında olan mübahisənin sülh yolu ilə, yəni barışıq sazişi ilə həll edildiyini bildirərək özünün və övladlarının hər ikisinin mərhum ərinin vərəsəsi qismində tanınaraq sözügedən evə və maşına 1/3 paylarının müəyyən edilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etdi və əlavə etdi ki, avtomobil birgə nikah dövründə əldə edilsə də avtomobilin də 1/3 hissədə bölünməsinə razıdır, həmçinin oğlundan və qızından başqa mərhum ərinin birinci növbədə digər vərəsəsi yoxdur və hazırkı barışıq sazişinin hüquqi nəticələri ona aydındır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında aralarında olan mübahisənin sülh yolu ilə, yəni barışıq sazişi ilə həll edildiyini qeyd etdi və anasının, özünün və qardaşının mərhum atasının vərəsəsi qismində tanınaraq sözügedən evə və maşına 1/3 paylarının müəyyən edilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, anasından və qardaşından başqa mərhum atasının birinci növbədə digər vərəsəsi yoxdur və hazırkı barışıq sazişinin hüquqi nəticələri ona aydındır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq tərəflərin barışıq sazişinin göstərilən şərtlərini nəzərdən keçirərək hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Belə halda, artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasdan imtina barədə ərizənin etibarsız hesab edilməsi, vərəsə qismində tanınması və miras əmlakda payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə verdiyi xx.xx.2023-cü il tarixli, 8İ-199 reyestr nömrəli imtina ərizəsi etibarsız sayılır;
2. Cavabdeh, İddiaçı və X7 mərhum X3 vərəsələri tanınır;
3. X1 miras qalan Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 33, ev 20 nömrəli mənzilə və “VAZ 2107” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh, İddiaçı və X4 hər birinin 1/3 (üçdə bir) hissədə payı müəyyən edilir. Tərəflərin Azərbaycan Respublikası MPM-in 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunmaları və onların bu nəticələrlə razılaşmaları nəzərə alınaraq hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov