Məhkəmə qərarları › İş №2(125)-425/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-425/2023

27.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-425/2023 27.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X31 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh, üçüncü şəxslər Gəncə 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh, üçüncü şəxslər Gəncə 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X11 miras qalmış ünvan 1 ünvanda yerləşən 220.0 kv.m topraq sahəsində yerləşən mülkə dair X12 1-ci dərəcəli vərəsələri tanınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, izahatında göstərmişdir ki, Gəncə (keçmiş Kirovabad) şəhəri, 2 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 2-4-609 saylı alqısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X1. Alıcıya xx.xx.1989-cu il tarixli 1073 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyətini Memarlıq və tikinti şöbəsi xx.xx.2004-cü il tarixli 10-132 saylı məktubda ünvanı ünvan 2dilmiş 27.6 kv.m həyət tikililərin qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-2-326 saylı alqısatqı müqaviləsinə əsasən 220.0 kv.m. torpaq sahəsindən yerləşən bu mülk (tikili “A”da 48.2 kv.m iki yaşayış otaqları, 24.1 kv.m köməkçi sahə, tikili “B”-də 5.8 kv.m hamam, tikili “V”-də 12.0 kv.m əl damı, tikili “Q”-də 15.6 kv.m olan tövlə) X2. Alıcı olan iddiaçılar İddiaçı1 və İddiaçı2 atası və İddiaçı3 isə babası X17 adına xx.xx.2004-cü il tarixli 1073 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X32 öləndən sonra isə həmin fərdi yaşayış evi mərhum iddiaçılar İddiaçı1 və İddiaçı2 anası və İddiaçı3 isə nənəsi X12 adına Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publiki Şəxsi tərfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyatt nömrəli Çıxarış verilmişdir. X32 11 oktyabr 2010-cu il tarixdə vəfat etmişdir. X25 12 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. X17 X25 ilə birgə nikahından 4 övladı olmuş, onlardan qızları Məmmədova (Xəlilova) Sevil Köçəri qızı ailəlidir, Abbasova (Xəlilova) Səlyan Köçəri qızı ailəlidir, oğlu X26 2006-cı il tarixdə vəfat etmişdir və oğlu Cavabdeh ailəlidir. İddiaçılar X11 miras qalmış əmlaka dair vərəsəlik hüququmuzun tanınmasına dair 06 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Notariat Kontoruna müraciət etmiş, lakin Notariat Kontoru qanunla müəyyən olunmuş müddəti ötürdüyümüz üçün imtina etmişdir. Məmmədova (Xəlilova) Sevil Köçəri qızı, Abbasova (Xəlilova) Səlyan Köçəri qızı və 2006cı il tarixdə vəfat etmiş qardaşım X13 hüquqi varısi İddiaçı3 ünvan 1 ünvanda 220.0 kv.m. torpaq sahəsində yerləşən mülkə dair anaları X12 qanun üzrə birinci növbəli vərəsələridir. X25 rəhmətə gedəndən sonra həmin ünvanda yaşamışıq, mirası faktiki olaraq qəbul etmişik mülkü bu günə kimi fasiləsiz idarə edirik, bizim şəxsi əşyalarımız həmin ünvandadır. Lakin qardaşları Cavabdeh onalrı hədələyərək analarından miras qalmış mülkə buraxmır. İddiaçıların faktiki olaraq idarə etdiyi və vicdanla sahiblik etdiyi ünvan 1 ünvanında 220.00 kv.m. torpaq sahəsində yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə vərəsəlik əsasında öz adlarına rəsmiləşdirilməsini xahiş etməkləri qanunun müddəalarına müvafiqdir. Odur ki, Məmmədova (Xəlilova) Sevil Köçəri qızı, Abbasova (Xəlilova) Səlyan Köçəri qızı və X13 hüquqi varısi olan İddiaçı3 ünvan 1 ünvanda 220.0 kv.m. torpaq sahəsində yerləşən və X11 miras qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh, üçüncü şəxs Gəncə 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh, üçüncü şəxs Gəncə 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş şahid X23 ifadəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh tanıyır. Belə ki, taksi fəaliyyəti ilə məşğul olur. X5 şəhəri, İstanbul küçəsi, ev 66 saylı ünvanda yaşayıb. 2018-ci ildə vəfat etmişdir. Həmin vaxt Səbuhi həmin ünvanda yaşayırdı. Səbuhinin atası İkrəm də, həmin ünvanda yaşamışdır. İkrəm 2010-cu ildə vəfat etmişdir. Səlminin ölümündən sonra da həmin ünvanda olmuşdur. Hər yay Sevil və Səlyan həmin evdə gəlib qalmışlar. Gələndə evə lazım olan əçyaları o almış, taksi kimi onun fəaliyyətindən istifadə etmişlər. Həmin ünvanda Səlyan və Sevilin ayrıca otaqları var və həmin otaqlarda əşyaları vardır. Yaşar isə Gəncə şəhəri N.Nərimanov küçəsində evi var, orada yaşayır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X27 ifadəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1 onun əmisi arvadıdır. Səlmi vəfat etməmişdən əvvəl və vəfat edəndən sonra Sevil, Səlyan hər yay gəlib orada yaşayırdılar. Onların həmin ünvanda otaqları, içərisində əşyaları vardır. İddiaçı3 isə həmin ünvanda yaşayırdı. Polisdə işlədiyi üçün 2020-ci ildə işə Bakı şəhərinə getmişdir. Həmin vaxta qədər isə həmin evdə yaşamışdır. Hazırda Yaşar evin qapılarını bağlayaraq heç kimi evə qoymur. İşdə olan 1 saylı Gəncə regional ASAN xidməti mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/299 saylı ölüm haqqında arayışdan görünür ki, X25 xx.xx.2018-ci ildə ölmüşdür. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv. m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X12 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1960-cı il tarixli İ-ZJ 302426 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X28 xx.xx.1960-cı ildə Basarkeçər rayonun Daşkənd kəndində anadan olmuşdur. X10, anası X18r. İşdə olan Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1967-ci il tarixli İİ-SL 406811 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X24 ilə X29 xx.xx.1987-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Mamedov soyadı verilmişdir. İşdə olan Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1967-ci il tarixli İ-ZJ ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X24 xx.xx.1967-ci ildə Basarkeçər rayonun Daşkənd kəndində anadan olmuşdur. X10, anası X18r. İşdə olan Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1967-ci il tarixli İİ-SL 406811 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X24 ilə X29 xx.xx.1987-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Mamedov soyadı verilmişdir. İşdə olan Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1969-cu il tarixli İ-ZJ ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.1969-cu ildə Basarkeçər rayonun Daşkənd kəndində anadan olmuşdur. X10, anası X18r. İşdə olan İsmayıllı rayonu, Qalakənd kənd soveti tərəindən verilmiş xx.xx.1989-cu il tarixli V-JQ ******* saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 ilə X33 xx.xx.1989-cu ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Abbasova soyadı verilmişdir. İşdə olan Ermənistan SSR Basarkeçər rayonu, Daşkənd kənd soveti tərəindən verilmiş xx.xx.1984-cı il tarixli İV-SL 433164 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı3 İkrəm oğlu xx.xx.1984-cü ildə Basarkeçər rayonun Daşkənd kəndində anadan olmuşdur. X8, anası X14r. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-664/70 saylı ölüm haqqında arayışdan görünür ki, X32 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-325/2023 saylı məkrubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2011-ci il tarixli 2V-1-147 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və xx.xx.2011-ci il tarixli 2V-1-146 nömrəli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər(arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən, X4 Köçəri Əziz oğlunun vərəsəsi tanınaraq adına xx.xx.2022-ci il tarixli **********25-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan xüsusi notaris X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina qərarından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 X12 xx.xx.2018-ci il tarixdə vəfatından sonra mirasıqanunla müəyyən edilmiş müddət ərzində qəıbul etməmişlər və buraxılmış müddət bərpa edilmədiyi üçün onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşdə olan 66 saylı evlər üçlüyünün xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X12 xəstəliyi dövründə qızları İddiaçı1, İddiaçı2 və oğul nəvəsi İddiaçı3 ona qulluq edərək , müalicə və müayinə etdirmişlər. İddiaçı1 vəfat etdikdən sonra şəxsi vəsaitləri hesabına yas mərasimini keçirmişlər, qəbr üstü abidə qoymuşlar. Mərhumun ölümündən sonra qızları İddiaçı1, İddiaçı2 və oğul nəvəsi İddiaçı3 2021-ci ilədək yay aylarında ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışlar. Hazırda həmin ünvanda yaşayış yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X25 xx.xx.2018-ci ildə ölmüş və tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv. m olan fərdi yaşayış evi miras qalmışdır. Səlminin vərəsələri qızları X24 və X19, oğlu Cavabdeh və oğul nəvəsi İddiaçı3 İkrəm oğlu qalmışlar. Xüsusi notaris X7 xx.xx.2022-ci il tarixli imtina qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, X25 xx.xx.2018-ci ildə öldüyündən və miras həmin tarixdə açıldığından mübahisəli münasibətlərə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməli, daha sonra isə həmin əmlakın bölgüsü məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv. m olan tam mülkiyyət hüququ ilə X12 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış fərdi yaşayış evi mirasın kütləsinə daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilr. Məhkəmə iclasında iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mərhum X25 xx.xx.2018-ci ildə öldükdən sonra həmin vaxt onun vərəsələrindən mirası faktiki olaraq həmin vaxt sağ olmuş qızları X24 və X19, oğlu Cavabdeh qəbul etmişlər. Digər vərəsəsi oğlu X28 həmin ünvanda yaşamış və xx.xx.2010-cu ildə ölmüşdür. Həmin ünvanda 2020-ci ilədək X16 oğlu İddiaçı3 İkrəm oğlu yaşamışdır. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla (tərəflərin izahatı və şahid ifadələri) mərhum X25 xx.xx.2018-ci ildə öldükdən ildə öldükdən sonra həmin vaxt onun vərəsələrindən mirası faktiki olaraq qızları X24 və X9 həmin ünvanda ayrıca otaqlarının və həmin otaqlarda onlara məxsus əşyaların olması, hər il yaya aylarında onların ailə üzvləri ilə birlikdə həmin ünvana gələrək oarada ayşamaları təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, X24 və X9 həmin ünvanda ayrıca otaqları və həmin otaqlarda onlara məxsus əşyalar olduğundan onlar miras əmlakı idarə etməklə mirası qəbul etmişlər. Həmçinin mərhumun oğlu Cavabdeh mübahisəli mənzili idarə etməklə misrası qəbul etmişdir. Məhkəmə İddiaçı3 İkrəm oğlunun mirası qəbul etməsi ilə bağlı qeyd edir ki, mərhumun oğlu X28 həmin ünvanda yaşamış və xx.xx.2010-cu ildə ölmüşdür. İddiaçı3 İkrəm oğlu həmin ünvanda 2020-ci ilədək, yəni mərhumun ölümündən sonra yaşamış və bununla da, mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı1, İddiaçı2 anaları X11 miras qalmış ünvan 1 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv. m olan tam mülkiyyət hüququ ilə X12 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış fərdi yaşayış evini faktiki qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X11 miras qalmış ünvan 1 ünvanda 0.0220 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.30 kv. m olan tam mülkiyyət hüququ ilə X12 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış fərdi yaşayış evini faktiki qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılaraa aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar