Məhkəmə qərarları › İş №2(125)-428/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-428/2023

26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-428/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Cəlal qızının və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızının, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 Cəlal qızının və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızının Cavabdeh qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 Cəlal qızı və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X3 miras qalmış ünvan 1 ünvanda yerləşən miras qalmış əmlak üzərində vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ona mərhum ataları X3 miras qalmışdır. Həmin evdə qeydiyyatdadılar və bu ünvanda anadan olandan yaşamışlar. Lakin cavabdeh X2 ona həmin əmlak üzərində vərəsəlik hüququnu həyata keçirməyə imkan vermir. X1 və anası X9 vəfat etmişlər. Cavabdeh X2 ilə miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, Zümrüd Salman qızı xx.xx.1977-ci il tarixdə, X8 isə xx.xx.1990-cı ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 01.031990-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1966-cı il tarixli 47 saylı məktubunda Stalin adına kolxozun köhnə qaytanlanmış kitabının 143 sıra nömrəsində X5 0.1 ha həyətyanı torpaq sahəsinin yazıldığı bildirilmişdir. Bu fərdi yaşayış evinin ünvanı ünvan 3eyestrində qeydiyyatdan keçməmişdir. Arxiv işində tikililərə dair hüquqverici sənədlər yoxdur. 1966-cı ildə aparılmış inventarlaşdırma zamanı hal-hazırda ünvanı, ünvan 4ər olmadan X4 istifadəsində olduğu göstərilmişdir. Bu mülk Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir, arxiv işində və digər hüquqverici sənədlər aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1953-cü təvəllüdlü İddiaçı1 Cəlal qızının atası X10, X6r. Hazırkı iş üzrə iddiaçılar mübahisəli əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmiş və tələbi həmin əmlakın 01.031990-ci il tarixdə vəfat etmiş ataları X3 miras qalmasıyla əsaslandırmışdır. Belə olan halda, mübahisəli hüquq münasibətinə Cəlal Zeynalovun vəfat etdiyi zaman qüvvədə olan qanunvericilik –xx.xx.1965-ci ildən xx.xx.1999-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən, Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elanedilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırkı iş üzrə İddiaçı1 Cəlal qızı və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək miras əmlak üzərində vərəsəlik hüququnun tanınmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X11 vərəsəsi olduğu üçün Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızının hazırkı iddia ilə məhkəməyə müraciət etmək və Cavabdeh tələbə cavab verməli şəxs olmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükü daşıyan iddiaçı tərəf qeyd edilən şəxslərin Cəlal Zeynalovun vərəsələri olmasına dair ailə tərkibi barədə sübut təqdim etməmişdir. Həmin şəxslərin Cəlal Zeynalovun vərəsə olması ağlabatan ehtimal olsa da, bu halı birbaşa təsdiqləyən dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cəlal Zeynalovun mübahisəli əmlaka dair miras keçə bilən hüququ qeydiyyata alınmamışdır. Belə ki, miras kütləsinə daxil olmayan əmlaka hüquq müəyyən edilə bilməz. Qeyd edilənlərə əsasən, iddia əsassız olduğundan təmin edilməməlidir. AR MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 Cəlal qızının və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızının Cavabdeh qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar