Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4283/2023 25.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "hərracın yekunları barədə protokolun ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Hərrac Mərkəzinin 852/23 nömrəli, 26 aprel 2023-cü il tarixli hərracın yekunları barədə protokolun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatət təqdim edərək iş üzrə tərəflər arasında məhkəmədən kənar razılıq əldə olunduğunu və cavabdehlərə qarşı heç bir iddialarının olmadığını bildirdi və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin vəsatətini nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "hərracın yekunları barədə protokolun ləğv edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "hərracın yekunları barədə protokolun ləğv edilməsi" tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4283/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4283/2023
25.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver