Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4334/2025 30.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Qasımov Zakir Zaur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) xx.xx.2004-cu il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X2 ilə birgə nikahlarından xx.xx.2004-cü il tarixdə oğlu X3 anadan olmuşdur. X7 anadangəlmə “Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraparez, atonik təzahürlərlə. Əqli, zehni inkişafın ləngiməsi. Mikrosefaliya” diaqnozu ilə xəstədir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Birinci dərəcəli əlillik verilmişdir. Oğlu artıq yetkinlik yaşma çatmışdır, ancaq xəstəliyi ilə əlaqədar olaraq özünü idarə edə bilmir, fəaliyyət qabiliyyətinə malik deyildir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etdikdə xx.xx.2025-ci il tarixli cavabı ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsində yazılanların izahatı olaraq qəbul olunmasını və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2004-cu il təvəllüdlü X1 atası X2, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” X4 Gəncə regional ambulator şöbəsinin xx.xx.2025-ci il tarixli 539 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X3 dərin əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları xəstəliyindən əziyyət çəkir. X3 dərin əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə şüurlu rəhbərlik edə bilmək iqtidarında deyildir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.2004-cu il təvəllüdlü X1 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2004-cu il təvəllüdlü X3 dərin əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları xəstəliyindən əziyyət çəkir. X3 öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Buna görə də xx.xx.2004-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2004-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4334/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4334/2025
30.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver