Məhkəmə qərarları › İş №2(125)-434/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-434/2025

29.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-434/2025 29.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Məmməd-zadə Nuriyə Nizami qızının iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il tarixdə anadan olmuş qızı-X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, övladı X6 xx.xx.1989-cu ildə anadan olmuşdur. O, anadan olduğu gündən serebral iflic xəstəliyindən əziyyət çəkir və ona birinci qrup əlillik təyin edilmişdir. X8 danışa və hərəkət edə bilmir. Uzun illərdir ki, ona qəyyum təyin edilərək xidmət edilir. Övladının artıq 35 yaşı vardır, tam fəaliyyətsiz hala düşmüşdür, onun nitqi və hərəkət qabiliyyəti yoxdur. Övladı Lalə öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir. Övladı Lalənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi fəaliyyət qabiliyyəti olmayan şəxsə qulluq göstərilməsinə görə dövlət tərəfindən müəyyən edilən güzəşt və imtiyazlardan istifadə etmək üçün zəruridir. Lalə onun himayəsindədir və ona uzun müddətdir ki, anası və o, qulluq edirlər. Övladı Laləyə qəyyum təyin olunmadığı üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur, buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Məmməd-zadə Nuriyə Nizami qızı məhkəmə iclasında ərizənin təmin olunması məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan, nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 04 iyun 1988-ci ildə X2 adlı şəxslə ailə qurmuşdur. Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur, atası Ərizəçi, anası X1r. Məhkəmə məhkəmədə tədqiq olunmuş, yuxarıda qeyd edilən sübutlara istinad etməklə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilən X3 atasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Baxılan işdə şəxsin-X3 pxisi vəziyyətini müəyyən etmək üçün Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında ekspertiza keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli 419 saylı rəydən müəyyən olunur ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X4 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadan gəlmə ləngimə halı və ya natamam inkişafıdır. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X6 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də məhkəmə hesab edir ki, 31 mart 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 31 mart 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar