Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4350/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Ərizəçin Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komisiyyası) 06 fevral 2006-cı il il tarixdə ünvan 1 ünvanda yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X8 ilə 16 oktyabr 2000-ci i 1 tarixdə rəsmimkaha daxil olaraq ailə qurmuş, birgə nikah dövründə 3 övladı anadan olmuşdur. 06 fevral 2006-cı il tarixdə anadan olmuş X9 travma ilə doğulmuşdur. X16 körpə vaxtlarından tez-tez qıcolma keçirib, daim nervopatoloqun müalicəsini və məsləhətini alıb. Ümumtəhsil məktəbin 1-ci sinifinə 7 yaşında getmiş, qavraması zəif olmuş, 3-cü sinifdən ev dərsi almışdır. Psixi vəziyyətində pozuntular uzun müddətdir ki, biruzə verməyə başlamışdır. Oğlu dəfələrlə, müayinə və müalicədə olmasına baxmayaraq psixi vəziyyətində yaxşılaşma müşahidə edilməmişdir. X10 daim baş ağrıları, halsızlıq, yuxusuzluq, gərginlik, əsəbilik və qabarıq yaddaş zəifliyi yaranıb. Deyilənləri anlamır, maraqları məhduddur. Təkliyə və aqressiyaya meyillidir. Bir yerdə qərar tutmur. İntelekti aşağı səviyyədədir. X12 Psixiatriya xəstəxanasında müalicə olunub “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə (İQ 40)” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin ämbulator, stasionar xəstənin tibbi kartasmdan Çıxarışa əsasən X16a “Epilepsiya, petitmol Cabsaus, zehni yaddaş, intellekt geriliyi, emosional davranış pozuntuları, üzvi mənşəli şəxsiyyət pozğunluğu, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu qoyulmuşdur. Hazırda oğlum Alim Qurbanov İİ dərəcəli əlil olmaqla, Gəncə şəhəri Psixo-Nervoloji Dispanserdə 26 yanvar 2016-cı il tarixdən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. X3 psixi, vəziyyətinə görə sərbəst özünü idarə edə bilməsi mümkün deyildir. Onun daim qulluğa ehtiyacı vardır. X2 isə Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasında həkim işləyir. O, oğlunun xəstəliyinə görə heç bir yerdə işləyə bilmir. Belə ki, oğlunun xəstəliyi ilə əlaqədar tək onu heç bir yerə qoya bilmir, daim ona qulluğu o edir. O, maraqlı şəxs Gəncə şəhəri İcra Hakimiyyəti Başçı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına X4 fəaliyyət qabiliyyəti olmamasına dair müraciət etmiş, oradan ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhədətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 atası Ərizəçi, anası X7r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsinin Gəncə regional ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli 731 saylı rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1, Qıcolma tutmaları, Ağıl zəifliyi və davraniş pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F02.8 xəstəliyindən əziyyət çəkir. X1, Qıcolma tutmaları, Ağıl zəifliyi və davraniş pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F02.8 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını tam başa düşmək, öz hərəkətlərinə tam idarə və dərk etmək iqtidarında deyildir. O, bu səbəbdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü X4 atası olmaqla ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il təvəllüdlü X1, Qıcolma tutmaları, Ağıl zəifliyi və davraniş pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10cu baxış) F02.8 xəstəliyindən əziyyət çəkir. X1, Qıcolma tutmaları, Ağıl zəifliyi və davraniş pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F02.8 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını tam başa düşmək, öz hərəkətlərinə tam idarə və dərk etmək iqtidarında deyildir. Buna görə də xx.xx.2006-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4350/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4350/2024
21.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver