Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4361/2024 14.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh və digər Cavabdeh4 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğv edilməsi, miras mülkdə payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X12 arasında 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzi Notariat ofisində 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzilə (ümumi sahəsi 82,4 kv.m) (yeni qaydalarla: ünvan 7 (bundan sonra – mübahisəli 5 nömrəli mənzil) və ünvan 1, 66 saylı mənzilə (yeni qaydalarla: ünvan 8 (bundan sonra – mübahisəli 1 nömrəli mənzil) dair bağlanmış daşınmaz əmlakın bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin mənzillərə dair Cavabdeh4 adına özgəninkiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların ləğv edilməsi, mərhum X3 ilə anaları Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri sözügedən mənzillərə dair mərhum X3nun ½ hissəsinə payının tanınması ilə həmin mülkə mərhum atalarına münasibətdə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 ilə anaları X6 24 sentyabr 1981-ci il tarixdə 1334 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, ailə qurduqdan sonra analarına “Abbasova” soyadı — verilmişdir. Onların birgə nikah dövründə 3 övladı anadan olmuşdur: 1.İddiaçı2 — 25 avqust 1982-ci il. 2.İddiaçı1 — 25 avqust 1982-ci il. 3.Cavabdeh4 — xx xxxxx 1989-cu il. 28 ildən artıqdır ki, ataları, anaları və qardaşları ilə birlikdə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasına köçüb getmiş və orada bazarlarda ticarətlə məşğul olmağa başlamışlar. Bazarda ticarətlə məşğul olan zaman gəlirləri yaxşı olmuş və valideynləri olan Nazim Abbasov və Cavabdeh2 pullarını yığaraq Bakı şəhərində onlara ev almalarını təklif etmiş, onlar da bu təkliflə razılaşmış və valideynlərinə Bakı şəhərindən ev almaları üçün pul vermişlər. Valideynləri Bakı şəhərindən hər bir övladları üçün eyni binadan 3 mənzil almışlar. Həmin mənzillər aşağıdakılardır: 1.ünvan 1 ünvanında yerləşən 61 saylı mənzil atası X10 adına olmuş, bu barədə 24 fevral 2017-ci il tarixli, **********95-05301-093201 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarış verilmişdir.
2. Mübahisəli 5 nömrəli mənzil - Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzil (ümumi sahəsi 82.4 kv.m) (yeni qaydalarla, ünvan 7 "xxxx" MTKnın xx.xx.2017-ci il tarixli maliyyə arayışına və "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 1/116 saylı Protokolundan xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmiş, bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir.
3. Mübahisəli 1 nömrəli mənzil - ünvan 1, 66 saylı mənzil (yeni qaydalarla, ünvan 8 "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 378 saylı Protokolundan xx.xx.2017-ci il tarixli çıxarışa əsasən və "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli 378 saylı maliyyə arayışına əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmiş, bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Bundan əlavə X3nun atasından miras qalmış Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi, 61 saylı fərdi yaşayış evi olmuşdur. X3 25 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Atalarının vəfatından sonra Gəncə şəhər 1 saylı Notariat ofisində vərəsəlik işi açılmış və X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 61 saylı mənzil vərəsələr arasında miras əmlakdan 1/8 hissəsinə və Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi, 61 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsələr arasında miras əmlakdan 1/4 hissəsinə irs almışlar. Gəncə şəhər 1 saylı Notariat ofisində vərəsəlik işi açdırdığı zaman cavabdehlər bundan xəbər tutaraq vərəsəliklə bağlı həmin notariat ofisinə müraciət etmiş, lakin Cavabdeh2 mərhum X3 ilə birgə nikah dövründə əldə etdikləri, hazırda mübahisəli 5 nömrəli mənzili 27 fevral 2024-cü il tarixli və mübahisəli 1 nömrəli mənzil 27 fevral 2024cü il tarixli Daşınmaz əmlakın bağışlanma müqavilələrinə əsasən 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində Cavabdeh4 bağışlamış və sonuncu da həmin mənzilləri adına özgəninkiləşdirmişdir. Halbuki, mərhum X3 ilə anaları Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri mübahisəli 5 nömrəli və 1 nömrəli mənzilə dair də mərhum atalarının payı vardır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə etdi ki, Cavabdeh2 mərhum əri X12 ilə birlikdə iddiaçıların hər birinə miras əmlakdan imtina etmələri müqabilində 30-40 min manat pul verməsi barədə məhkəməyə təqdim etdiyi çeklərə münasibətdə qeyd edir ki, əgər bu həqiqətən baş versəydi, Cavabdeh2 mərhum X7 miras qalmış əmlakın vərəsələrin arasında bölünməsi üçün notariat ofisinə müraciət etməzdi. Həmin çeklərə nəzər yetirdikdə görünür ki, pul göndərilməsi 2016-cı ildə olub, həmin vaxt tərəflər arasında ailə münasibətləri normal olmuşdur, bunu iddiaçılardan birinin qızına həmin ərəfələrdə Yeganə adını qoyması sübut edir. İddiaçılar əkiz olduğu üçün onlara dövlət tərəfindən ev verilmiş, onlar isə həmin evin satılması üçün anaları Cavabdeh2 etibarnamə vermişlər. Cavabdeh2 həmin evi satdıqdan sonra Rusiya Federasiyasının Moskva şəhərində üç otaqlı mənzil almışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda dgər Cavabdeh4 nümayəndəsi Cavabdeh2 iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçılar daim onu əzmişlər, ondan qisas almaq niyyətindədirlər. İddiaçılar ləyaqətsiz vərəsədirlər, 15 ildir ki, iddiaçılarla əlaqəsi yoxdur. Şəkər xəstəliyindən əziyyət çəkir, o hazırda digər cavabdeh olan oğlu Cavabdeh4 yanında yaşayır, ona məhz oğlu Mustafa qulluq edir, həmçinin atasının dəfn xərclərini də oğlu Mustafa çəkmişdir. O, mərhum həyat yoldaşı X12 ilə Bakıdakı evlərini 85000 ABŞ dollarına satmış, oğlu Mustafaya düşən 25000 ABŞ dollarını da həmin pulları toplayaraq iddiaçıların hər birinə miras əmlakdan imtina etmələri müqabilində ailədaxili ayrı-ayrılıqda 50200 ABŞ dolları olmaqla, ümumilikdə 100400 ABŞ dolları vermişlər, bunu təsdiq edən çekləri də məhkəməyə təqdim etmişdir. Həmçinin bu barədə mərhum həyat yoldaşı X10 əlyazması da var. Bundan başqa, hesab edir ki, mübahisə predmeti olan əmlaklar birgə nikah dövründə əldə edilmiş hesab oluna bilməz, belə ki, həmin evlər təkcə onun zəhməti ilə qazandığı pullar hesabına alınmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh4 iddianın təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, Moskvadakı evi öz pulu ilə almışdır. Anası Cavabdeh2 ilə atası mərhum X12 ailəvi olaraq qərara gəlmişlər ki, iddiaçıların miras əmlakdan imtina etməsi müqabilində onlara 100000 ABŞ dolları pul versinlər, çeklərdə 70000 ABŞ dolları göstərilsə də, əslində iddiaçılara 100000 ABŞ dolları pul verilmişdir. İddiaçılar bu barədə yazılı rəsmi sənəd imzalamasalar da, sözügedən çeklər məhz bunu təsdiq edir. Belə ki, atasından qalmış miras əmlaka vərəsəlik işi açılarkən notariat orqanında qanunsuzluğa yol verilmişdir, o anasına etibarnamə vermədiyi halda, notariat işinə saxta guya onun adından verilmiş etibarnamə əlavə edilməklə, vərəsəlik açılmışdır. İş üzrə digər cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin, eləcə də Cavabdeh2 izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 440.1 və 440.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçilir. Həmin Məcəllənin 443.0.1 və 443.0.3-cü maddələrinin tələbinə görə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan, həmçinin aşağıdakı işlərə iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda baxmağa haqlıdır. MPM-in 444.0.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə Azərbaycan Respublikasnın məhkəmələri müstəsna səlahiyyətlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə işi üzrə işə baxan məhkəmə beynəlxalq səlahiyyətə malikdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/206630-24 nömrəli arayışdan görünür ki, xx.xx.1955-ci təvəllüdlü X12 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X9” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1.Arvadı - Cavabdeh2 (xx.xx.1960) 2.Oğlu - İddiaçı2 (xx.xx.1982) 3.Oğlu - İddiaçı1 (xx.xx.1982) 4.Oğlu - Cavabdeh4 (xx.xx.1989) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (sorğuya cavab) məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 61 saylı mənzil 24 fevral 2017-ci il tarixli, **********95-05301-093203 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X10 adınadır. Gəncə şəhəri, Nizami rayonu, X20 keçəsi, ev 61 ünvanında yerləşən fərdi yaşayış evi 08 avqust 2019-cu il tarixli, **********28-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X10 (Tikili “A”-nın 101 kv.m hissəsi (yaşayış sahəsi 55,0 kv.m, köməkçi sahə 45,5 kv.), “B”, “C” və 0,0467 ha torpaq sahəsi) və X4 (Tikili “A”-nın 83,0 kv.m hissəsi (yaşayış sahəsi 24,4 kv.m, köməkçi sahə 15,4 kv.) və 0,0233 ha torpaq sahəsi) adlarınadır. xx xxxxxxxx 1960-cı il təvəllüdlü Cavabdeh2 adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (sorğuya cavab) məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzil (ümumi sahəsi 82,4 kv.m olan) (yeni qaydalarla: ünvan 7 "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli maliyyə arayışına və "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 1/116 saylı Protokolundan xx.xx.2017-ci il tarixli çıxarışına əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-267 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzil (ümumi sahəsi 77,56 kv.m olan) "xxxx" MTK-nın xx.xx.2012-ci il tarixli maliyyə arayışına, "xxxx" MTK-nın 1/259 saylı, xx.xx.2012-ci il tarixli arayışına və 021676 saylı xx.xx.2007-ci il tarixli orderə əsasən X11 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhərinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 4Ə-332 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. ünvan 1, 66 saylı mənzil (yeni qaydalarla: ünvan 8 "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 378 saylı xx.xx.2017-ci il tarixli çıxarışa və "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli 378 saylı maliyyə arayışına əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-268 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. ünvan 1, 61 saylı mənzil "xxxx" MTKnın üzvlərinin ümumi iclasının 378 saylı xx.xx.2017-ci il tarixli protokolundan çıxarışa və "xxxx" MTK-nın xx.xx.2017-ci il 379 saylı maliyyə arayışına əsasən X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu nəticəsində əldə edilmiş Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən reyestrdə 2V-184 nömrə ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 arvadı Cavabdeh2 ərizəsinə uyğun olaraq onun nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın - ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65,9 kv.m olan mənzilin ½ hissəsinə mülkiyyət hüququ vardır. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən reyestrdə 2V-183-185 nömrə ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 vərəsələri – arvadı Cavabdeh2, oğlu İddiaçı1, oğlu İddiaçı2 və oğlu Cavabdeh4 miras əmlakdan - ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65,9 kv.m olan mənzildən 1/8 hissədə irs almaq hüquqları müəyyən edilmişdir. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən reyestrdə 2V-185 nömrə ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 vərəsələri – arvadı Cavabdeh2, oğlu İddiaçı1, oğlu İddiaçı2 və oğlu Cavabdeh4 mərhumun miras əmlakından - Gəncə şəhəri, X20 küçəsi, 61 ünvanında 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 184 kv.m olan fərdi yaşayış evindən 1/4 hissədə irs almaq hüquqları müəyyən edilmişdir. Sorğu nəticəsində əldə edilmiş, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-267 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, müqaviləyə görə Cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, 66 saylı (yeni qaydalarla: ünvan 8, ümumi sahəsi 65,9 kv.m olan mənzili Cavabdeh4 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********95-05301-093203 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, 66 saylı (yeni qaydalarla: ünvan 8, ümumi sahəsi 65,9 kv.m olan mənzil Cavabdeh2 tam xüsusi mülkiyyətində olmuşdur. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, sözügedən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı Cavabdeh2, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci ildir, məhdudiyyət (yüklülük) haqqında xx.xx.2024-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. 7125067 nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olmuş ünvan 1, 66 saylı (yeni qaydalarla: ünvan 8 mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. Cavabdeh2 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli, reyestrdə 8İ-3039 nömrə ilə qeydə alınmış ərizədə qeyd etmişdir ki, hazırda subaydır və başqa ölkədə rəsmi nikahı yoxdur. Nikahının olmaması barədə gələcəkdə hər hansı bir hal olarsa, tam məsuliyyəti öz üzərinə götürür. 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 119 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X12 və X5 nikahları 24 sentyabr 1981-ci il tarixdə 1334 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərin soyadı Abbasov, arvadın soyadı Abbasova kimi qeyd edilmişdir. X2 xx.xx.2023-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2024-cü il tarixdə 117 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. İş materiallarına “Elektron notariat” X1 vasitəsilə “X9” AQİS-dən çıxarışlar əlavə edilmişdir. AZ-T seriyalı, 265320 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuşdur, atası X12, anası Cavabdeh2dır. Xİ-MİO seriyalı, 705088 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin avqust ayının 26-cı günündə ********************9 nömrə ilə qeyd edilmişdir. Cavabdeh4 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli, reyestrdə 8İ-3044 nömrə ilə qeydə alınmış ərizədə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində 4Ə-268 reyestrlə təsdiq olunmuş bağışlanma müqaviləsinin Azərbaycan Respublikasının DƏDRX-nə 10 günlük müddətə yalnız çıxarış alınması üçün elektron göndərilməsini xahiş etmiş, Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, ev 143b, 66 saylı mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25000 manat məbləğində icbari sığorta edilmiş, bu barədə xx.xx.2024-cü il tarixli, RPA********** nömrəli “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi verilmişdir. Sorğu nəticəsində əldə edilmiş 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-268 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh2 tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı (yeni qaydalarla: ünvan 7, ümumi sahəsi 82,4 kv.m olan mənzili Cavabdeh4 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********23-05301-093146 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı (yeni qaydalarla: ünvan 7, ümumi sahəsi 82,4 kv.m olan mənzil Cavabdeh2 tam xüsusi mülkiyyətində olmuşdur. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, sözügedən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı Cavabdeh2, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci ildir, məhdudiyyət (yüklülük) haqqında xx.xx.2024-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. 7125093 nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı (yeni qaydalarla: ünvan 7 mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. Cavabdeh2 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli, reyestrdə 8İ-3038 nömrə ilə qeydə alınmış ərizədə qeyd etmişdir ki, hazırda subaydır və başqa ölkədə rəsmi nikahı yoxdur. Nikahının olmaması barədə gələcəkdə hər hansı bir hal olarsa, tam məsuliyyəti öz üzərinə götürür. Cavabdeh4 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli, reyestrdə 8İ-3043 nömrə ilə qeydə alınmış ərizədə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində 4Ə-267 reyestrlə təsdiq olunmuş bağışlanma müqaviləsinin Azərbaycan Respublikasının DƏDRX-nə 10 günlük müddətə yalnız çıxarış alınması üçün elektrn göndərilməsini xahiş etmiş, Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25000 manat məbləğində icbari sığorta edilmiş, bu barədə xx.xx.2024-cü il tarixli, RPA********** nömrəli “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********95-05301-093203 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2024-cü il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, 66 saylı (yeni qaydalarla: ünvan 8, ümumi sahəsi 65,9 kv.m olan mənzil Cavabdeh4 tam xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********23-05301-093146 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2024-cü il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı (yeni qaydalarla: ünvan 7, ümumi sahəsi 82,4 kv.m olan mənzil Cavabdeh4 tam xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, ödəyən Cavabdeh2 tərəfindən özünə, yəni alan Cavabdeh2 hesabına ayrıayrı vaxtlarda 20065 ABŞ dolları, 17065 ABŞ dolları, 20065 ABŞ dolları və 12050 ABŞ dolları pul vəsaiti göndərilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2, eləcə də digər Cavabdeh4 analarıdır. Cavabdeh2 ilə iddiaçıların, eləcə də digər Cavabdeh4 X3 xx.xx.1981-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və onların birgə nikahından Anar, Vüqar və Mustafa adlı üç övladları doğulmuşdur. X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər hallarına görə hazırki mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzil (yeni qaydalarla: ünvan 7 ilkin olaraq xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-267 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 sözügedən əmlakı oğlu Cavabdeh4 bağışlamışdır. Həmin **********23-05301-093146 reyestr nömrəli daşınmaz əmlak xx.xx.2024-cü il tarixdə Cavabdeh4 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin, mülki iş üzrə mübahisə predmeti olan digər mənzil - Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, ev 143b, 66 saylı mənzil (yeni qaydalarla: ünvan 8 ilkin olaraq xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-268 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 sözügedən əmlakı oğlu Cavabdeh4 bağışlamışdır. Həmin **********95-05301-093203 reyestr nömrəli daşınmaz əmlak xx.xx.2024-cü il tarixdə Cavabdeh4 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar anası ilə qardaşları Mustafa arasında bağlanmış həmin bağışlama müqavilələrinin etibarsız sayılması və əmlakda payların müəyyən edilməsi tələbini onunla əsaslandırırlar ki, ataları Nazim Abbasovun xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar həmin mənzillərin ½ hissəsinə miras açılmışdır. Çünki mübahisəli mənzillər atası ilə anasının birgə nikah dövründə alındığı üçün, onların hər ikisinin bərabər paylı mülkü olmuşdur. Miras açılan vaxtı anaları Yeganə və qardaşları Mustafa ilə birgə iddiaçılar da atalarının birinci növbə vərəsəsi olmuşlar. İddiaçılar hesab edirlər ki, atalarının vəfatından sonra həmin mənzillər 5/8 hissədə analarına, 1/8 hissə ilə 3 övlada məxsus olmuşdur. Ona görə də, həmin bağışlama müqavilələri bütöv mənzillərə münasibətdə deyil, mənzillərin 5/8 hissəsinə münasibətdə etibarlıdır. Çünki yuxarıda qeyd etdikləri kimi 2023-cü ildə atalarının vəfatından sonra, sözügedən mənzillərin 1/8 hissəsi İddiaçı1, 1/8 hissədə isə digər İddiaçı2 məxsus olmuşdur. Məhkəmə iddiaçıların bu arqumentinə münasibətdə ilk öncə qeyd edir ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1.). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin (maddə 225.4.). Oxşar məzmunlu normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-34-cü maddələrində də təsbit edilmişdir. Sadalanan maddi hüquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində ər-arvadın birgə vəsaiti və ya səyləri ilə əldə edilmiş (qazanılmış) olmalı, yaxud nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilməli, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. Baxılan iş üzrə mübahisəli 5 nömrəli mənzil ilkin olaraq xx.xx.2017-ci il tarixdə, mübahisəli 1 nömrəli mənzil isə xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni mənzillər Cavabdeh2 adına miras qoyan X12 ilə birgə nikahda olduqları dövrdə ilkin qeydiyyatdan keçmişdir və həmin əmlakın qeyd olunan şəxslərin birgə vəsaiti hesabına əldə edildiyi müəyyən edilir. Belə ki, Cavabdeh2 ilə X12 xx.xx.1981-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Cavabdeh2 mübahisəli 5 nömrəli mənzili "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli maliyyə arayışına və "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 1/116 saylı Protokolundan xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, mübahisəli 1 nömrəli mənzili isə "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 378 saylı Protokolundan xx.xx.2017-ci il tarixli çıxarışa və "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli 378 saylı maliyyə arayışına əsasən əvəzli əldə etmişdir. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Həm iddiaçılar, həm də cavabdehlərdən Yeganə və Mustafa miras qoyan X10 başqa əmlakını birinci növbə vərəsə kimi qanun üzrə vərəsəlik qaydasında qaəbul etmişlər. Belə ki, miras qoyan X10 25 avqust 2023-cü il tarixdə vəfatından sonra Gəncə şəhər 1 saylı Notariat ofisində vərəsəlik işi açılmış və X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 61 saylı mənzilin 1/8 hissəsinə, Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi, 61 ünvanında yerləşən fərdi yaşayış evinin isə 1/4 hissəsinə iddiaçıların hər birinin ayrılıqda miras payı müəyyən edilmişdir. Həmin xüsusatlar tərəflərin izahatları ilə yanaşı işin məhkəməyə təqdim edilmiş digər materialları ilə də öz təsdiqini tapmışdır. Qeyd olunan hallar sözügedən miras əmlakın qəbul edilməsinə dair iddiaçıların iradəsi və həmin iradənin aşkar bəyanını özündə ehtiva edir. Bununla da təsdiq olunur ki, miras qalmış əmlakın iddiaçılar tərəfindən qəbul edilmə müddəti ötürülməmişdir. Məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən mənzillər də iddiaçıların atası X12 ilə anası, iş üzrə Cavabdeh2 bərabər paylarla birgə əmlakı olmuş, X10 ölümündən sonra, yəni xx.xx.2023-cü il tarixdə ondan miras qalmış sözügedən ümumi əmlakın, yəni hər iki mənzilin 1/2 hissəsini onun 4 qanun üzrə birinci növbəli vərəsələri- arvadı Cavabdeh2, oğlanları İddiaçı1, İddiaçı2 və Cavabdeh4 qəbul etmişlər. Cavabdeh2 izahatında mərhum həyat yoldaşı X12 ilə Bakıdakı evlərini 85000 ABŞ dollarına satdıqlarını, oğlu Mustafaya düşən 25000 ABŞ dollarını da həmin pulları toplayaraq iddiaçıların hər birinə miras əmlakdan imtina etmələri müqabilində ailədaxili ayrı-ayrılıqda 50200 ABŞ dolları olmaqla, ümumilikdə 100400 ABŞ dolları verdiklərini, bunu təsdiq edən çekləri də məhkəməyə təqdim etdiyini bildirmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında məhz hazırda mübahisələndirilən mənzillərdən iddiaçıların imtina etmələrini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Bundan başqa, mübahisə predmeti olan mənzillərin birgə qazanc hesabına deyil, yalnız Cavabdeh2 qazancı hesabına əldə edildiyini təsdiq edən hər hansı mötəbər sübuta da cavabdehlər tərəfindən istinad edilməmişdir. Şərh edilənlərdən də göründüyü kimi, sözügedən mənzillər bütövlükdə Cavabdeh2 məxsus olmadığı halda sonuncu həmin mənzilləri bütövlükdə oğlu Cavabdeh4 bağışlamış, bununla da bağışlama müqavilələri bağlanan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə kifayət qədər aydın göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 668.1.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblər baxımından yanaşıldıqda mübahisələndirilən bağışlama müqavilələrinin qismən qanunvericiliyin tələblərinə zidd olduğu, onların bağlanması zamanı səlahiyyətli şəxsin həmin əmlakın bir hissəsinə mülkiyyət hüququnun olmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, sözügedən mənzillərin bağışlanması barədə Cavabdeh2 ilə oğlu Cavabdeh4 arasında bağlanmış müqavilələr tam olaraq Cavabdeh2 mülkiyyətində olmayan əmlak (həcminə dair hissədə) barəsində bağlandığından qismən, yəni iddiaçıların payı hissəsində (2/8 hissədə) etibarsız hesab edilməlidir. Məhkəmə bu zaman sözügedən mənzillərin 5/8 hissədə bağışlanılması barədə Cavabdeh2 iradə ifadəsinin mövcudluğunu, həmin hissədə əqdin etibarlılığını nəzərə alır. Məhkəmə, iddianın mübahisəli mənzillərə dair Cavabdeh4 mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışların ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli mənzillərə dair Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar törəmə hüquq münasibəti olub, həmin əmlaka dair bağışlama müqavilələrindən törənmişdir. Buna görə də mübahisəli mənzillərə dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair hissədə iddia qismən əsaslı olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli mənzillərə dair Cavabdeh4 mülkiyyət hüququnun qeydiyyatı və buna uyğun olaraq verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, əmlaka payın müəyyən edilməsi hissədə hesab edir ki, sözügedən miras əmlakın – mübahisəli mənzillərin bərabər paylı (hər birinin payı 1/2) mülkiyyətçiləri X12 və Cavabdeh2 olmuşdur. X10 ölümündən sonra miras əmlakın N.Cavabdeh4 miras qalmış ½ hissəsi üzərində qanun üzrə birinci növbəli vərəsələrinin, yəni arvadı Cavabdeh2, uşaqları – Vüqar, Anar və Cavabdeh4ların hər birinin payı 1/4 hissədə olmuşdur. Bununla da Cavabdeh2 ümumi əmlakdakı payı 5/8 hissə olmuş və Cavabdeh2 əmlakın yalnız həmin hissəsinə sərəncam vermə səlahiyyətinə malik olmuşdur. Sözügedən ümumi əmlakda Vüqar, Anar və Cavabdeh4ların isə hər birinin 1/8 hissədə payı vardır. Beləliklə, Cavabdeh2 iradəsi nəzərə alınmaqla sözügedən mübahisəli mənzillərdə iddiaçıların hər birinin (mülkiyyət) payı 1/8, Cavabdeh4 (mülkiyyət) payı isə 6/8 dir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mübahisəli mənzillərə dair bağışlama müqavilələri qismən, yəni 2/8 hissədə etibarsız hesab edilməli, həmin mənzillərə dair Cavabdeh4 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməli, sözügedən mənzillərin 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı2 və 6/8 hissəsinə Cavabdeh4 (mülkiyyət) payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu cavabdeh fiziki şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m olan mənzildən ibarət **********23-05301-093146 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 27 fevral 2024-cü il tarixli, 4Ə-267 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95-05301-093203 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 27 fevral 2024-cü il tarixli, 4Ə-268 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m olan mənzildən ibarət **********23-05301-093146 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh4 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95-05301-093203 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh4 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m olan mənzildən ibarət **********23-05301-093146 reyestr nömrəli daşınmaz əmlakın və Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95-05301- 093203 reyestr nömrəli daşınmaz əmlakın 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı2 və 6/8 hissəsinə Cavabdeh4 (mülkiyyət) payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov