Məhkəmə qərarları › İş №2(125)-4397/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4397/2025

26.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4397/2025 26.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək həmin torpaq sahəsinin boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Sevinc qəsəbəsi, məh.A-40 ünvanında yerləşən ümumi sahəsi 0,045 ha torpaq sahəsinin 3/8 hissəsi (********** qeydiyyat nömrəli) onun xüsusi mülkiyyətindədir.Belə ki, həmin torpaq sahəsində yerləşən 40 nömrəli ərazi onun istifadəsindədir, 41 nömrəli ərazi isə Cavabdeh istifadəsindədir. Cavabdeh həmin ərazidə qanunsuz tikili işləri apararkən onun mülkiyyətində olan torpaq sahəsinə girməklə onun torpaq sahəsini qanunsuz zəbt etmişdir. Bununla bağlı o, Cavabdeh dəfələrlə xəbərdarlıq etsə də heç bir nəticə əldə edə bilməmişdir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il tarixli, **********76 reyestr nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Sevinc qəsəbəsi, məhəllə A-41 ünvanında yerləşən ümumi sahəsi 0,045 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Belə ki, o, həmin torpaq sahəsini və onun üzərində olan tikilini alğı-satqı müqaviləsi əsasında almış, hər hansı tikinti işi aparmamışdır. Hüquqi sənəd əsasında ona məxsus torpaq sahəsində tikinti vardır. Onun tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində hər hansı tikinti işi aparılmamış, iddiaçının mülkiyyətinə müdaxilə olunmamışdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi, məh.A-40 ünvanında yerləşən ümumi sahəsi 0,045 ha torpaq sahəsinin 3/8 hissəsi (********** qeydiyyat nömrəli) İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********76 reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi, məhəllə A-41 ünvanında yerləşən ümumi sahəsi 0,045 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 11852/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, əraziyə baxış keçirilərkən İddiaçı faktiki istifadə sahəsinin olmadığı bildirdi. Bu səbəbdən də bu sualın cavablandırılması mümkün olmamışdır. Lakin «Hüquqların dövlət qeydiyyatı haqqında» daşınmaz əmlakın dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2025-ci il tarixli plan və ölçü sənədindəki koordinatlara əsasən 0.045 ha (450.0 kv.m) torpaq sahəsinin 352.0 kv.m hissəsi ərazidə mövcud olan yol ilə, 98.0 kv.m hissəsi isə faktiki boş torpaq sahəsi ilə üstüstə düşdüyü aşkarlandı. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0.045 ha (450.0 kv.m) torpaq sahəsinin 316 kv.m hissəsi, Cavabdeh qınının öz faktiki istifadəsində olan 477 kv.m torpaq sahəsinin 316.0 kv.m hissəsi ilə üst-üstü düşdüyü müəyyən olundu. «Hüquqların dövlət qeydiyyatı haqqında» daşınmaz əmlakın dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.045 ha torpaq sahəsi, «Hüquqların dövlət qeydiyyatı haqqında» daşınmaz əmlakın dövlət reyestrindən **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0.045 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkarlandı. Cavabdeh faktiki istifadəsində olan 477.0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi də daxil olmaqla, hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3- 33/2-11977/2025 nömrəli mütəxəssis rəyinə əlavədən görünür ki, əraziyə baxış keçirilərkən İddiaçı faktiki istifadə sahəsinin olmadığını bildirdi. Bu səbəbdən də sualın cavablandırılması mümkün olmamışdır. Lakin «Hüquqların dövlət qeydiyyatı haqqında» daşınmaz əmlakın dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2025-ci il tarixli plan və ölçü sənədindəki koordinatlara əsasən 0,045 ha (450 kv.m) torpaq sahəsinin 352.0 kv.m hissəsi ərazidə mövcud olan yol ilə, 98.0 kv.m hissəsi isə faktiki boş torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkarlandı. Həmin üst-üstə düşən hissələr, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında xüsusi mülkiyyət olaraq göstərilmişdir. «Hüquqların dövlət qeydiyyatı haqqında» daşınmaz əmlakın dövlət reyestrindən **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,045 ha (450 kv.m) torpaq sahəsinin 316 kv.m hissəsi, Cavabdeh öz faktiki istifadəsində olan 477 kv.m torpaq sahəsinin 316 kv.m hissəsi ilə, 26 kv.m hissəsi ərazidə mövcud olan yol ilə, 108 kv.m hissəsi isə faktiki boş torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkarlandı. Həmin üst-üstə düşən hissələr, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında xüsusi mülkiyyət olaraq göstərilmişdir. «Hüquqların dövlət qeydiyatı haqqında» daşınmaz əmlakın dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,045 ha torpaq sahəsi, «Hüquqların dövlət qeydiyyatı haqqında» daşınmaz əmlakın dövlət reyestrindən **********76 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,045 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkarlandı. Cavabdeh X1 faktiki istifadəsində olan 477 kv.m torpaq sahəsinin 316 kv.m hissəsi, **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Faktiki istifadəsində qalan 161 kv.m torpaq sahəsinin 63 kv.m hissəsi torpaqların elektron kadastr informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında xüsusi mülkiyyət, 98 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olduğu müəyyən edildi. TEKUİS və AZCAD məlumatlarında 63 kv.m hissə xüsusi mülkiyyət göstərilsə də, həm 63 kv.m, həm də 98 kv.m, yəni 161 kv.m hissə üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud da icarə hüquqları qeydə alınmamışdır. Cavabdeh faktiki istifadəsində olan 477 kv.m torpaq sahəsinin 316 kv.m hissəsi, **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Faktiki istifadəsində qalan 161 kv.m torpaq sahəsinin 63 kv.m hissəsi torpaqların elektron kadastrı və uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında xüsusi mülkiyyət, 98 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olduğu aşkarlandı. TEKUİS və AZCAD məlumatlarında 63 kv.m hissə xüsusi mülkiyyət göstərilsə də, həm 63 kv.m, həm də 98 kv.m, yəni 161 kv.m hissəsi üzərində, hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək həmin torpaq sahəsinin boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəyə məhkəmədə baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-11852/2025 nömrəli mütəxəssis rəyində və xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-11977/2025 nömrəli mütəxəssis rəyinə əlavədə Cavabdeh faktiki istifadəsində olan 477 kv.m torpaq sahəsinin 316 kv.m hissəsinin **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşdüyü, Cavabdeh faktiki istifadəsində qalan 161 kv.m torpaq sahəsinin 63 kv.m hissəsi torpaqların elektron kadastr informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında xüsusi mülkiyyət, 98 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yuxarda qeyd edilənlərlə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əgər torpaq sahəsinin mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-11852/2025 nömrəli mütəxəssis rəyində və xx.xx.2025-ci il tarixli 3- 21-3-33/2-11977/2025 nömrəli mütəxəssis rəyinə əlavədə Cavabdeh faktiki istifadəsində olan 477 kv.m torpaq sahəsinin 316 kv.m hissəsinin **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, Cavabdeh faktiki istifadəsində qalan 161 kv.m torpaq sahəsinin 63 kv.m hissəsi torpaqların elektron kadastr informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında xüsusi mülkiyyət, 98 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olduğu göstərilmişdir. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar