Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4400/2025 28.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 İsa oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Gəncə Regional «Asan Xidmət» mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi və pul” tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh 2 saylı Gəncə regional «Asan Xidmət» mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın ləğv edilməsi və pul” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notariat hərəkətinin aparılmasından imtinaya dair xx.xx.2025-ci il tarixli, 853 nömrəli qərarın ləğv edilməsinə, 12 manat 40 qəpik notariat xidməti haqqı ilə alınmış rüsumun və məhkəməyə ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 atasından miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, İsax Cəfərov küçəsi, ev 3, mənzil 35-ə tam pay almaq üçün Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə araşdırılmasının hazırlıq mərhələsində o,xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onun prosessual hüquqlarının məhkəmədə davam etdirilməsinə zərurət var idi. Yoldaşının yeganə birinci növbə vərəsəsi o və uşaqlarıdır. Həyat yoldaşının qırx mərasimini yola vermədikləri üçün qərara gəlmişlər ki, məhkəməyə getməsinlər. Notarial ərizə göndərərək prosessual hüquq varis kimi oğlu X5 atasının hüquqlarını təmsil etsin. Notarial ərizə vermək üçün xx.xx.2025-ci il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə yaxınlaşmışlar. Məhkəməyə ünvanlanmalı olduqları ərizə yoldaşının vəkili tərəfindən nümunə olaraq tərtib edilmiş və əlində hazır vəziyyətdə idi. Növbəsi yaxınlaşmışdır. Bildirmişdir ki, ərizəni bu formada yığıb həqiqiliyini təsdiqləsinlər. Ərizə xeyli araşdırılmışdır. Nəhayət onu notariusun yanına aparmışlar. O, isə bildirmişdir ki, onlar xidmət göstərməkdən imtina edirlər. O isə ona bildirmişdir ki, imtinanı yazılı versin. Asan xidmətin nəzarətçilər yaxınlaşaraq imtina verilmənin səbəbini araşdırdılar. Notarius rəsmi imtina qərarı vermək üçün hesab nömrəsi verdi. O da banka 12 manat 40 qəpik rüsum ödədi. xx.xx.2025-ci il tarixdə notariat hərəkətinin aparılmasından imtinaya dair 853 nömrəli qərar verildi. Əslində isə həmin gün imtina verilmişdir. Hal-hazırda məhkəmədə qaldırdığı iddia tələbi 2 məsələ ilə bağlıdır. Birincisi, notariat hərəkətinin aparılmasından imtinaya dair qərarın qanunsuz və əsassız olması və notariusun əsassız varlanmasının təsdiqi ilə bağlıdır. Cavabdeh orqan imtinanı onunla əsaslandırmışdır ki, qanunvericilikdə tərəfin onun hüquq varisi ilə əvəz edilməsinə dair ərizədə imzanın həqiqliyinin notariat hərəkətinin aparmağa müvəkkil edilmiş şəxs (notarius, konsul, icra nümayəndəsi) tərəfindən təsdiq edilməsi zərurəti nəzərdə tutulmamışdır. İlk öncə notariusun öz qərarına haqq qazandırmaq üçün göstərdiyi xüsusatı diqqətə çatdırır. İmtina qərarında göstərilir ki, guya o və övladları ərizədə X3 N.Verdiyevin prosessual hüquqi varisi olaraq tanınmasını xahiş etmişlər. Əslində isə xx.xx.2025-ci il tarixli, **********251 saylı ərizədə qeyd etmişdir ki, X10 iddiaçı X1 prosessual hüquqi varisi olaraq onun hüquqlarını təmsil etsin. Ərizənin bu formada yazıılmasının səbəbi vardır. Yoldaşı vəfat etdikdən sonra keçirilən hazırlıq iclasında məhkəmədə oğlunun vəkili və nümayəndəsi prosessual hüquqi varis kimi onun tanınmasını xahiş etmişdir. Məhkəmə isə digər birinci növbə vərəsələrin məhkəməyə şəxsən gəlib və ya notarial qaydada ərizə göndərərək X3 X1 prosessual hüquqi varisi onun hüquqlarının təmsil etməsini etiraz etmədiklərini bildirməlidirlər. Ümumiyyətlə notarius o halda ərizənin təsdiq edilməsindən imtina etməliydi ki, ünvanlanan ərizə ilə bağlı təhqiqat, istintaq və məhkəmə tərəfindən şəxsdən Cinayət Məcəlləsinin 296 və 297ci maddələrinə müvafiq iltizamnamə alınması tələb olunsun. Notarius vətəndaşın müraciətinə yazılı imtina verməyin müqabilində ondan 12 manat 40 qəpik tutması vətəndaşın Konstitusion hüququnu pozmaqla, notariusun əsassız varlanmasının göstəricisidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 2 saylı Gəncə regional ASAN Xidmət Mərkəzində notarius xidmətindən istifadə etmək üçün müraciət etmiş və ona şifahi qaydada xidmət göstərilməsindən imtina edilmişdir. İsrarla imtinanın yazılı qaydada edilməsini bildirdikdə, ondan notariat xidməti adı ilə 12 manat rüsum almışlar. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Vətəndaşların müraciətləri haqqında Qanunun 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Notarius vətəndaşdan imtina qərarı ilə bağlı 12 manat dövlət rüsumu alınmasını sığortalamaq üçün imza təsdiqindən istifadə edib. Yəni vətəndaşın imtina ilə bağlı ərizəsini təsdiq edibdir. Əslində isə ərizə yazılmamışdan öncə vətəndaşa xidmət göstərən əməkdaş ona xidmət göstərilməsindən imtina etmişdir. Şəxsən notariusun yanında olan vətəndaşdan əlavə gəlir əldə etmək üçün 12 manat vəsaitin tutulması ASAN xidmətin prinsiplərinə ziddir. xx.xx.2025-ci il tarixli, 129- 73 saylı mədaxil qəbzində diqqəti çəkən digər məqam odur ki, vətəndaşdan 12 manat qırx qəpik rüsum tutulmuşdur. Vətəndaşın xx.xx.2025-ci il tarixli **********251 saylı müraciət ərizəsində ondan 6 manat dövlət rüsumunun tutulduğu qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli, 129-73 saylı mədaxil qəbzində ödənilən 12 manat rüsum xüsusi notarius X7 VÖEN hesabına bağlı olan AZ82AİİB410400E**********303 hesaba keçirilmişdir. Vətəndaşa şifahi qaydada verilmiş imtinanı, yazılı qaydada vermək üçün onun imzasının həqiqliyinin təsdiqi adı altında 12 manat dövlət rüsumunu VÖEN hesabına bağlı bank hesabına köçürən notariusun fəaliyyəti qanunsuz və əsassız olmaqla dövlət rüsumu haqqında qanunun 10 və notariat haqqında təlimatın 10-cu hissəsinin İ və 11 abzasına ziddir. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh 2 saylı Gəncə Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını, məhkəmə tərəfindən çıxarılacaq hər hansı bir qərara heç bir etirazın olmadığı bildirmişdir. Məhkəmə işə cavabdeh 2 saylı Gəncə regional «Asan Xidmət» mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, 2 saylı Gəncə regional «Asan Xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 03.iyun 2025-ci il tarixli, 853 nömrəli Notariat hərəkətlərinin aparılmasından imtina qərarının təsdiq olunmuş surətindən görünür ki, X3 N.Verdiyevin prosessual hüquqi varisi olaraq tanınmasına dair İddiaçı ərizəsində imzasının həqiqiliyin təsdiq edilməsindən imtina edilmişdir. İş materiallarında olan, “Kapital Bank”ın 31 may 2025-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, İddiaçı xüsusu notarius X7 hesabına 31 may 2025-ci il tarixdə 12 manat və “Kapital Bank”ın hesabına xidmət üçün 40 qəpik məbləğində pul ödəmişdir. İş materiallarında olan,30 iyun 2025-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmədə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən edilir ki, iddiaçının mərhum həyat yoldaşı X5 cavabdehlər X6 va X2 qarşı Gəncə şəhər Məhkəməsində Gəncə şəhəri,İsax Cəfərov küçəsi, ev 3. mənzil 35-in miras əmlak qismində qəbul etmə faktının müəyyən edilməsi və həmin əmlaka tam payının müəyyən edilməsinə dair iddia qaldırmışdir. X5 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəfindən onun birinci növbə vərəsəsi olaraq X10, X4, X8 və X9 işə cəlb edilmişdir. İddiaçı mərhum əri X1 prosessual hüquqi varisi olaraq oğlu-X3 ölənin hüquqlarını təmsil etməsinə razılıq verdiyi ərizənin notariat qaydada təsdiq edilməsi üçün 2 saylı Gəncə regional «Asan Xidmət» mərkəzində notariat ofisinə müraciət etmişdir. 2 saylı Gəncə regional «Asan Xidmət» mərkəzində notariat ofisinin 03 iyun 2025-ci il tarixli, 853 nömrəli qərarı ilə İddiaçı həmin ərizəsindəki imzasının həqiqiliyin təsdiq edilməsindən imtina edilmişdir. Notarius imtinanı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Göründüyü kimi, qanunvericilikdə tərəfin onun hüquqi varisi ilə əvəz edilməsinə dair ərizədə imzanın həqiqiliyinin notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs (notarius və s.) tərərfindən təsdiq edilməsi zərurəti nəzərdə tutulmamışdır. İddiaçı notariusun həmin qərarını əsassız hesab edərək, hazırki təsləblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin iddianın əsaslı olduğuğu qəaətinə gəlmişdir. Məhkəmə bu qənaətlərini onunla əsaslandırır ki, Notariat haqqında Azərbaycan Respublikası Qanunun 17-cı maddəsinə əsasən, sənədlərdəki imzaların həqiqiliyini təsdiq edilməsi dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlər sırasına aiddir. Həmin Qanunun 26-cı maddəsinə əsasən xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. Həmin Qanunun notariat hərəkətlərini aparmaq hüquqlarının məhdudlaşdırılmasından bəhs edən 28-ci maddəsinə əsasən, notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, notariuslar bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar. Həmin Qanunun 30-cu maddəsinə əsasən, dövlət notariusları və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu alırlar. Həmin Qanunun 31-1-ci maddəsinə əsasən, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur. Həmin Qanunun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. Göründüyü kimi, Notariat haqqında Azərbaycan Respublikası Qanununda qanunvericilikdə “tərəfin onun hüquqi varisi ilə əvəz edilməsinə dair ərizədə imzanın həqiqiliyinin notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs (notarius və s.) tərəfindən təsdiq edilməsi zərurətinin nəzərdə tutulmaması” əsası ilə sənədlərdəki imzaların həqiqiliyini təsdiq edilməsindən notarius tərəfindən imtina edilməsi halı nəzərdə tutulmamışdır və həmin Qanunun 17-cı və 26-cı maddələrinə əsasən, sənədlərdəki imzaların həqiqiliyini təsdiq edilməsi xüsusi notarius tərəfindən aparılan notariat hərəkətləri sırasına aiddir. Həmin Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, Notariat haqqında Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, İddiaçı müraciətinə aid olan «notariat hərəkətlərinin aparılmasından imtinaya dair» 2 saylı Gəncə regional «Asan Xidmət» mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 853 nömrəli qərarı əsassız olmuşdur. Ona görə də məhkəmə bu qənaətdədir ki, həmin qərar ləğv edilməlidir. Bundan başqa, Notariat haqqında Azərbaycan Respublikası Qanunun heç bir normasında notariat hərəkətlərinin aparılmasından imtinaya edildiyi halda notariuat ofisinə müracıət etmiş şəxsin notariusun hesabına hansısa məbləğdə haqq və yaxud dövlət rüsumu ödəməli olması nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 31 may 2025-ci il tarixdə xüsusu notarius X7 hesabına ödəmiş olduğu 12 manatın və “Kapital Bank”ın hesabına xidmət üçün 40 qəpik məbləğində pulun əvəzi də cavabdehin hesabından tutularaq, iddiaçıya ödənilməlidir. Bundan başqa,iş materiallarından müəyyən edilir ki, məhkəmədə hazırki iddianı qaldırmaq üçün İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, dövlət rüsumu məhkəmə xərclərinin tərkibinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işdə iddia haqlı sayıldıından məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 40 qəpik xidmət haqqı ilə birlikdə cavabdehə aid edilməli və ondan tutularaq, İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı ərizəsi ilə bağlı 2 saylı Gəncə regional «Asan Xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 03 iyun 2025-ci il tarixli 853 nömrəli notariat hərəkətlərinin aparılmasından imtina qərarı əsassız olduğundan ləğv edilsin. İddiaçı 2 saylı Gəncə regional «Asan Xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 hesabına ödədiyi xərcin (Bank xidmət haqqı ilə birlikdə) əvəzi kimi 12,4 (on iki) manat 40 qəpik məbləğində pul və məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun (Bank xidmət haqqı ilə birlikdə) əvəzi kimi 30,4 (otuz) manat 40 qəpik məbləğində pul olmaqla, cəmi 42,8 (qırx iki) manat 80 qəpik məbləğində pul 2 saylı Gəncə regional «Asan Xidmət» mərkəzində notariat ofisinin hesabından tutularaq, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4400/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4400/2025
28.10.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver