Məhkəmə qərarları › İş №2(125)-4463/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4463/2024

18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4463/2024 18.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə Ərizəçi “qohumluq münasibətlərinin və şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi “qohumluq münasibətlərinin və şəxsin ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı-xx.xx.1930-cu ildə anadan olmuş X1 xx.xx.2008-ci ildə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə göstərir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmənin icraatına qəbulunun mümkünlüyü məsələsi araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, barəsində ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə qaldırılmış şəxs, yəni X1, həmçinin Ərizəçi bir-birilə qohumluq münasibətinə dair sənəd (doğum haqqında şəhadətnamələri), yəni ərizəni imzalayan Ərizəçi X2 barəsində hazırkı ərizənin verilməsinə səlahiyyətinin olmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmış və ərizəçiyə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna baxmayaraq, ərizəçi yenidən eyni məzmunlu ərizə ilə qərardadda göstərilən nöqsan aradan qaldırılmadan Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə verilən məlumatlar və ərizəyə əlavə edilən sənədlər işin düzgün həllinə imkan vermir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və bununla da, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi “qohumluq münasibətlərinin və şəxsin ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan,onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar