Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4490/2025 06.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X3rşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» Gəncə Sukanal İdarəsinə qarşı cavabdeh tərəfindən hesablanmış 864 manat 22 qəpik məbləğində borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» Gəncə Sukanal İdarəsinin cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı uzun müddətdir ki, sözügedən ünvanda yaşamır. Artıq uzun müddətdir ki, o ailəsi ilə birgə Bakı şəhərində yaşayır. Lakin bir müddət bundan əvvəl iddiaçıya bildiriş gəlmiş və sudan istifadəyə görə 864 manat 22 qəpik məbləğində borc hesabandığı bildirilmişdir. Bununla bağlı o, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti»nə müraciət etmiş və heç bir nəticə əldə etməmiş, əsassız hesablanmış süni borcun silinməsindən imtina etmişlər Qeyd olunanlar nəzərə alınaraq, ona hesablanmış borc silinməlidir. Sonda İddiaçıniddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi A.C.Rəhimov işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Lakin xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında İddiaçı verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə su təchizatı və kanalizasiya sularının axıdılması xidməri göstərilir. Lakin onun ailə üzvlərinin sayı 3 nəfər olsa da, həmin fərdi yaşayış evində yalnız o, qeydiyyatdadır və mənzildə bəzi vaxtlar yaşayış olmur. Buna görə də hesablanmış borc əsassızdır və silinməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sudan istifadə olunduğuna görə hesablanmış 864 manat 22 məbləğində borcun silinməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin xidmətlərdən isifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar, yaşayış sahəsinə və kommunal xidmətlərinə görə vaxtında və tam məbləğdə ödənişlər ödəməyə borcludurlar.«İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir. Lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtlıvaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı sularının axıdılmasına görə borc yaranmışdır. X1 iddianın əsassız olduğunu qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********92-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayaış evi İddiaçı mülkiyyətindədir. İşdə olan **********000 nömrəli abonent kartından görünür ki, İddiaçı sudan istifdəyə görə 864 manat 22 qəpik məbləğində borc hesablanmışdır. İşə əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-57/2-23950/2025 nömrəli məktubdan görünür ki, X4 xx.xx.2014-cü il tarixdən hal-hazıradək, İddiaçı xx.xx.2005-ci il tarixdən hal-hazıradək Gəncə şəhəri, Mirzə Şəfi küçəsi ev 61 ünvanında qeydiyyatdadırlar. ünvan 4lanlar barədə heç bir məlumat aşkar edilmədi. İş materiallarından olan qazdan istifadəyə görə **********00000 abonent saldosundan görünür ki, Gəncə şəhəri, Mirzə Şəfi küçəsi ev 61 ünvanında qazdan istifadəyə görə 2013-2025-ci illər ərzində 1.913 manat 93 qəpik məbləğində qaz sərfiyyatı olmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 (köhnə adı ünvan 5 ünvanında yerləşən ev iddiaçının mülkiyyətindədir. Belə ki, «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X7 tərəfindən İddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə borc yaranmışdır. İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X3rşı cavabdeh tərəfindən qanunsuz və artıq hesablanmış 864 manat 22 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə görə yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə məhkəmə iclasında araşdırılmış sübutları, eləcə də tərəflərin izahatlarını müqayisəli təhqiq edərək, hesab edir ki, İddiaçı öz iddia tələbinin əsası kimi su təchizatına görə borcun artıq hesablanmasına dair göstərdiyi xüsusatlar ağlabatan olmamaqla, inandırdıcı deyildir, sübutların məcmusu ilə təkzib olunur və buna görə də həmin halların iddianın təmin olunması əsası kimi çıxış edə bilməz. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X4 xx.xx.2014-cü il tarixdən, İddiaçı isə xx.xx.2005-ci il tarixdən hazırki tarixədək Gəncə şəhəri, Mirzə Şəfi küçəsi ev 61 ünvanında qeydiyyatdadırlar. İddiaçı tərəfindən təqdim olunmuş sudan istifadəyə görə **********000 nömrəli abonent kartından görünür ki, xx.xx.2011-ci il tarixdən mənzildə sayğacın quraşdırıldığı xx.xx.2023-cü tarixədək ünvan 1 (köhnə adı ünvan 5 ünvanında qeydiyyatda olan şəxslərin sayına, həmin tarixdən sonra isə sayğac göstəricilərinə uyğun olaraq, cəmi 864 manat 22 qəpik məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, habelə mülki işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X3rşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X3rşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4490/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4490/2025
06.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver