Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4499/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçın cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qanunsuz və əsassız hesablanmış 2073 (iki min yetmiş üç) manat 60 qəpik borcun abunə hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, yoxlama zamanı sayğacda ünvandan kənar əlavə xətt aşkar olunmuşdur. Bunun əsasında ona 2073,60 manat borc hesablanmışdır. xx.xx.2024-cü il tarixdə akt tərtib edilən zaman nə o, nə də ailə üzvləri evdə olmamışdır. Kənar xətt olmuşdur. Bunu etiraf edir. Ancaq onun həmin kənar xəttin çəkilməsində hər hansı təqsiri yoxdur. Belə ki, Gəncə şəhəri, Nizami rayonu, M.Müşfiq küçəsi, ev 38-də anadan olduğu gündən bu günədək yaşayır. Əvvəllər qaz xətti yerin altından keçirdi. Sonra isə qaz xəttini yerin üstü ilə apardılar. Yaşadığı ünvanın küçəyə baxan hissəsinin üzü aqlay daşı ilə üzlənmişdir. Qaz xəttinin dayağı illər keçdikcə əyilməyə başlamışdır. Bu isə qaz xəttinin evə təhlükə yaratmasına səbəb olmuşdur. 7-8 ay müddət idi ki, qaz idarəsinə müraciət etmişdir ki, qaz xəttinin dayağında olan əyriliyi düzəltsinlər. Ancaq müraciəti cavablandırılmamışdır. Bundan sonra DİN-in 102 xidmətinə müraciət etmişdir. Müraciətinin faydasız olduğunu görərək, evinin yaxınlığından keçən qaz xəttinin dayağını özü kəsmək istəmişdir. 2024-cü ilin yanvar ayında qaz xəttinin saxlanması üçün altına vurulan dayaq durbasını kəsərkən görmüşdür ki, həmin yerə basdırılan durbalarda qaz vardır. O, durbanı kəsməmişdir. Həmin hissədən əlavə xətt çəkmişdir. Onun xətt çəkdiyi xətt ləğv olunmuş xətdir. Cavabdeh orqanın əməkdaşları qənaət etmək üçün dayaq durbasını köhnə xəttin üstünə calamışlar. Əslində isə köhnə xəttin ağzı qaynaqlanmalı idi. Ona borc həddindən artıq hesablanmışdır. Çünki bir neçə illik ödəniş saldosuna baxmaqla bunu aşkar etmək olar. Evində qazdan istifadə etmək üçün elə qurğular yoxdur ki, o qədər cərimə hesablansın. Onun evinə baxış keçirilərək qazdan istifadə qurğuları müəyyən edilməmişdir. Məhkəmə müdafiəsi hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh orqanın əməkdaşları tərəfindən onun ünvanında quraşdırılan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı onun sayğacdan kənar əlavə xətt çəkdiyi aşkar edilərək, 29 fevral 2024-cü il tarixli, ******* nömrəli «Təbii X1nın pozulması» haqqında akt tərtib edilmişdir. O, qaz xəttinə qanunsuz qoşulmuşdur və həmin qoşulmanı, eləcə də qoşulma nəticəsində vurulmuş zərəri qismən qəbul edir. Belə ki, sözügedən kənar xətdən 6-7 ay istifadə etmişdir. Lakin təbii qazdan qanunsuz istifadə ilə əlaqədar ona əsassız olaraq həddində artıq şişirdilmiş və yüksək məbləğdə borc hesablanmışdır. Bununla əlaqədar o, «Azəriqaz» İstehsalat Birliyinə dəfələrlə müraciət etsə də, ona əhəmiyyət verilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən qaz sayğacına kənar xətt çəkilmiş, buna görə də əməkdaşlar tərəfindən akt tərtib edilərək, borc, 1 m3 qaz 0.12 qəpikdən olmaqla günlük 12 saat və 1 illik dövrü əhatə edən həddə hesablanmışdır. İddiaçı tərəfindən qanunsuz olaraq qazdan istifadə edilmişdir. Dəymiş ziyanının bərpasına görə iddiaçıya hesablanmış cərimə məbləği tamamilə qanuna uyğundur. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Gəncə RQSS-nin İSQŞN-nin rəisi Ələkbərov Vüqar, mühəndislər İskəndərov Umud, Verdiyev Kamal, Bəxtiyarov Xəyal, Şükürov Məhərrəm iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2024-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Yoxlama zamanı ünvanda sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Əlavə xəttin ləğv edilməsi, itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Həmin aktda isə istehlakçı “İddiaçı” aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. “Dəymiş ziyanın bərpasına dair” 29 fevral 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Əsas xx.xx.2024-cü il tarixli, AKT 0400531. G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 4x12x360=17280 m3 cəmi 17280 m 3. **********00380 nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı təbii X1nın pozulmasına görə tərtib edilən aktla bağlı 2073,60 manat borc yazılmışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********00380 abonent kodlu istehlakçıdır. İddiaçı 6-7 ay müddət ərzində sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etmişdir. ünvan 2 ünvanında yerləşən qaz sayğacına cavabdeh olan «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı ünvanda sayğacdan kənar əlavə xətt aşkar olunmuş və “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Sözügedən aktla itirilmiş qazın həcmi müəyyən olunarkən orta günlük iş rejimi 12 saat, qazın dəyəri 12 qəpik, nominal qaz sərfi 4m3/saat və hesabat müddəti 360 gün hesablanmışdır. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 5.1-ci bəndinə görə qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların: - 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - 6.5-1.1-ci bəndinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - 6.5-1.2-ci bəndinə görə əvvəlki dövrün orta gündəlik qaz sərfi; - 6.5-1.3-cü bəndinə əsasən istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında iddiaçının sayğacdan kənar xətt vasitəsilə təbii qazdan təxminən 6 ay müddətində istifadə etməsi onun özünün etirafı və cavabdehin təqdim etdiyi sübutlarla təsdiq olunmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın tələbindən göründüyü kimi təbii qazdan qanunsuz istifadə halları aşkar olunarkən hesabat müddəti bir mövsüm, yəni 3 ayadək (90 gün) müddətə hesab edilməlidir. Lakin, cavabdehin iddiaçı barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən hesabat müddəti 360 gün və itirilmiş qazın həcmi 17280 m3, həmin qazın dəyəri isə 2073,60 manat hesablanmışdır. Halbuki, Qaydaların tələbləri nəzərə alınmaqla, hazırkı iş üzrə bir dəfə hesabat aparılmaqla, hesabat müddəti bir mövsüm, yəni 90 gün, orta günlük iş rejimi 12 saat və nominal qaz sərfi 4m3/saat hesablandıqda itirilmiş qazın həcminin 4320 m3 (12x4x90), dəyərinin isə 518,40 manat ( 4320 m3 x 0,12 qəpik) olduğu müəyyən edilir. Göründüyü kimi, “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi 4320 m3, həmin qazın dəyəri isə 518,40 manat olduğu halda, itirilmiş qazın həcmi 12960 m3, dəyəri 1555,20 manat artıq hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 2073,60 manat məbləğində pul vəsaitinin 1555,20 manat hissəsi silinməli, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində pul vəsaitinin 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4499/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4499/2024
04.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver