Məhkəmə qərarları › İş №2(125)-4518/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4518/2023

08.06.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4518/2023 08.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə, Maraqlı şəxsin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Ərizəçi (bundan sonra ərizəçi) və Maraqlı şəxs (bundan sonra - maraqlı şəxs) ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. Ərizəçi, Maraqlı şəxs, həmçinin mediator X3 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlməmişlər; tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 ikinci tərəf Ərizəçi himayəsində qalmasını hər iki tərəf öhdəsinə götürür; birinci tərəf Maraqlı şəxs övladı X1 yetkinlik yaşına çatana dək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti və uşağın səkkiz ayına dək, yəni 2023-cü ilin dekabr ayının sonuna kimi hər ay 250 (iki yüz əlli) manat əlavə pulu hər ayın 1-dən 20-dək ikinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürməsinə dair qarşılıqlı razılıq əldə etdilər. Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanmış 08 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 21 may 2022-ci il tarixli 1259 saylı akt qeydi ilə 1 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından 03 mart 2023-cü il tarixində oğlum X4 dünyaya gəlmişdir. Aralarında həmişə söz-söhbət olmuşdur. Bu səbəbdən də ayrılmaq qərarına gəlmişlər. Onlar könüllü olaraq mediasiya təşkilatına müraciət etdik və mediasiya prosesi zamanı aramızda 08 aprel 2023-cü il tarxili barışıq sazişi bağlandı. Həmin barışıq sazişinin şərtlərinə görə 03 mart 2023-cü il təvəllüdlü X1 mənim himayəmdə qalmasını hər iki tərəf öhdəsinə götürmüşdür. Həmçinin, barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs övladı X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti və uşağın səkkiz aymadək, yəni 2023-cü ilin dekabr ayının sonuna kimi hər ay 250 (iki yüz əlli) manat əlavə pulu hər aym 1-dən 20-dək mənə ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən barışıq sazişi 10 gün müddətində icra olunma olunmalı idi. Lakin üstündən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, Maraqlı şəxs barışıq sazişi üzrə ödəmli olduğu alimenti könüllü qaydada ödəməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi (vəkili) ərizəyə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndəsini (vəkili) dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi hər ayın 1-dən digər ayın 20-nə kimi olmaqla, xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, ərizəçi aliment tələbi ilə bağlı mediatora müraciət etmiş və mediasiya prosesi nəticəsində barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti hazırkı ərizənin məhkəməyə verildiyi vaxtdan deyil, xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs, həmçinin mediator X3 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 Ərizəçi himayəsində qalmasını hər iki tərəf öhdəsinə götürür.

2. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti və uşağın səkkiz ayınadək, yəni 2023-cü ilin dekabr ayının sonuna kimi hər ay 250 (iki yüz əlli) manat əlavə pulu hər ayın 1-dən 20-dək ödəməyi üzərinə götürmüşdür.” Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar