Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4521/2024 15.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X31 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gəncə rayon X14 İcraiyyə Komitəsi tərəfindən mərhum atasının adına verilmiş xx.xx.1989 tarixli, 32 nömrəli orderdə səhv olaraq “İltifak” kimi yazılmış adının “İltifat” kimi, oğlu Xəyalın “Xaliq” kimi səhv yazılmış adının “Xəyal” kimi, qızı Cəmilənin “Cahan” kimi səhv yazılmış adının “Cəmilə” kimi tanınması və sənədin həmin şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1989 tarixli, 32 nömrəli orderi ilə Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi 320, ev 6A, 16 nömrəli mənzil mərhum atası X9 verilmişdir. Həmin orderdə onun adı “İltifat” əvəzinə “İltifak” kimi, oğlu Xəyalın adı “Xəyal” əvəzinə “Xaliq” kimi, qızı Cəmilənin adı isə “Cəmilə” əvəzinə “Cahan” kimi yazılmışdır. Ərizəsində qeyd etdikləri doğum haqqında şəhadətnamələrində və şəxsiyyət vəsiqələrində öz əksini tapmışdır. Mənzilin əsas kirayəçisi atası X15 xx.xx.1991-ci il tarixində vəfat etmişdir. X1 xx.xx.2015-ci ildə vəfat etmişdir. O, hazırda onunla həmin mənzildə qeydiyyatda olan şəxslərin razılığı ilə mənzili öz adına özəlləşdirmək istəyir. Bu barədə o, Daşınmaz Əmlakın Dövlət-Reyestri Xidmətinin 3 saylı Ərazi idarəsinə özəlləşdirmə ilə bağlı müraciət etsə də, həmin idarə tərəfindən mərhum atası X7 adına verilmiş orderdə onun və ailə üzvlərinin adı səhv qeyd olunduğuna görə onun müraciətinə baxılmamışdır. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi3 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X16 ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Ərizəçi1 ilə rəsmi nikahlarından Xəyalə, Xəyal və Cəmilə adında 3 uşaqları doğulmuşdur. Gəncə rayon X14 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 32 nömrəli orderdə övladlarından Xəyalənin adı düz yazılsa da, ərizəçi olan digər övladları Cəmilə və Xəyalın adları o cümlədən, Ərizəçi1 adı səhv yazılmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq,maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qərar verilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş arxiv arayışından görünür ki, 03 mart 1989-cu il tarixli, 32 nömrəli orderdə X7 ailə tərkibi: özü-X15, arvadı-X5, oğlu-X17, gəlini-X16, nəvəsi-X18, nəvəsi-X10 və nəvəsi-X8r. Gəncə rayon X14 İcraiyyə Komitəsi tərəfindən verilmiş 03 mart 1989-cu il tarixli, 32 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, mənzil X7 istifadəsinə verilmişdir. Ailə tərkibi: özü-X15, arvadı-X5, oğlu-X17, gəlini-X16, nəvəsi-X18, nəvəsi-X10 və nəvəsi-X8r. İ-İE seriyalı, 881036 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1960-cı il tarixdə doğulmuşdur. Atası: X15, anası: X4r. X-JQ seriyalı, 483037 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx xxxxx 1985-ci il tarixdə doğulmuşdur. Atası: Ərizəçi1, anası: X11r. Xİİİ-JQ seriyalı, 363066 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxx 1988-ci il tarixdə doğulmuşdur. Atası: Ərizəçi1, anası: X11r. AZ-İ seriyalı, 756810 nömrəli, Gəncə “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 14 may 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 may 2015-ci il tarixdə 689 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyin ödemidir. İV-JQ seriyalı, 287808 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 30 dekabr 1991-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 dekabr 1991-ci il tarixdə 194 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər ödemidir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2326/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı Ərizəçi1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2rşı orderdə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə ərizəçilərin və nümayəndənin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mərhum X30 rayon X14 İcraiyyə Komitəsi tərəfindən 03 mart 1989-cu il tarixli, 32 nömrəli orderlə mənzil istifadəsinə verilmişdir. Sözügedən orderdə mərhum Ərşəd Əhmədovun ailə tərkibi olaraq özü-X15, arvadı-X5, oğlu-X17, gəlini-X16, nəvəsi-X18, nəvəsi-X10 və nəvəsi-X13 qeyd edilmişdir. Hal-hazırda ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə rayon X14 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989 tarixli, 32 nömrəli orderdə səhv olaraq “İltifak” kimi yazılmış adının “İltifat” kimi, “Xaliq” kimi səhv yazılmış adının “Xəyal” kimi, “Cahan” kimi səhv yazılmış adının “Cəmilə” kimi tanınması və sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə rayon X14 İcraiyyə Komitəsi tərəfindən verilmiş 03 mart 1989-cu il tarixli, 32 nömrəli orderdə ərizəçilər Ərizəçi1 adı səhvən “İltifaq”, Ərizəçi2 adı səhvən “Cahan” və Ərizəçi3 adı səhvən “Xaliq” kimi qeyd olunmuş və həmin orderdə qeyd olunan “İltifaq” adlı şəxslə Ərizəçi1, “Cahan” adlı şəxslə Ərizəçi2 və “Xaliq” adlı şəxslə Ərizəçi3 adlı şəxslər eyni şəxslərdir. İş materiallarında olan sənədlərin hamısı – Gəncə rayon X14 İcraiyyə Komitəsi tərəfindən verilmiş 03 mart 1989-cu il tarixli, 32 nömrəli orderin surəti, arxiv arayışı, doğum haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Gəncə rayon X14 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 32 nömrəli orderin müvafiq olaraq Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 münasibətdə onlara məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəməyə üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsümu ərizəçilərə aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Gəncə rayon X14 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 32 nömrəli orderin müvafiq olaraq Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 münasibətdə onlara məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4521/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4521/2024
15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver