Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4529/2024 06.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədov Ədil İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində aylıq 500 manat sabit pul məbləğində alimentin verilməsi barədə bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o, Maraqlı şəxs ilə 1990-cı il tarixdə ailə qurmuş, birgə nikahlarından xx.xx.1992-ci il tarixdə Maraqlı şəxs anadan olmuşdur. Oğlu Həsənov X1 rayonunda fəaliyyət göstərən MİNİNG COMPANY şirkətində prosess növbə mühəndisi vəzifəsində işləyir və kifayət qədər əmək haqqı alır. Oğlu Maraqlı şəxs əvvəllər maddi və mənəvi qayğısına qalsa da, sonradan ona maddi kömək göstərməkdən boyun qaçırmışdır. Ona kömək etməsi ilə bağlı dəfələrlə təklif və təkid etsə də, o, təklif və təkidlərinə məhəl qoymamışdır. Sonradan Maraqlı şəxs hər ay ona maddi kömək (aliment ödməyi) etməyi öhdəsinə götürmüşdür. O, Maraqlı şəxs aliment almaq üçün mediasiya şurasına müraciət etmiş, Maraqlı şəxs mediasiya sessiasiyasında ona 500 manat pul verməyi (aliment ödəməyi) öhdəsinə götürmüşdür. Onlar xx.xx.2024-cü il tarixdə mediasiyada barışıq sazişi bağlamışlar. O, mediasiyada bağlanmış barışıq sazişi üzrə öhdəsinə götürdüyü aliment borcunun 1 aylıq ödənişini etsə də, sonradan ödəniş etməkdən imtina etmişdir. Ona görə də, ərizəçi məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs iştirak etmiş və bildirmişdir ki, Ərizəçi ilə aralarında barışıq sazişi bağlanmış və o, hər ay anası Ərizəçi adına olan bank kartı hesabına 500 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Hazırda ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, barışıq sazişinə əsasən Maraqlı şəxs hər ay 500 manat alimentin 2024-cü ilin may ayının 1-dən başlayaraq hər ayın 1-dən 5-nə kimi olan tarixdə Ərizəçi adına olan bank kartı hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X2 ilə Ərizəçi birgə nikahindan xx.xx.1992-ci il tarixdə Maraqlı şəxs adlı bir uşaq anadan olmuşdur. İş materiallarından müəyyən edilir ki, Ərizəçi xx xxxxxxx 1956-cı il tarixdə doğulmuşdur, hazırda 68 yaşı olmaqla, təqaüdçüdür. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Maraqlı şəxs Azərbaycan İnterneyşn Mayninq Kompani Limited şirkətində mühəndis vəzifəsində işləyir və 1713 manat əmək haqqı alır. Yəni, Maraqlı şəxs öz anası ilə bağladığı barışıq sazişi ilə öhdəlik olaraq öz üzərinə götürdüyü aylıq 500 manat məbləğində pulu ödəmək üçün maddi imkana malikdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, X2 ilə Ərizəçi birgə nikahindan xx.xx.1992-ci il tarixdə Maraqlı şəxs adlı bir uşaq anadan olmuşdur. Ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs məhkəmədə iştirak etmiş və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış bu barışıq sazişi heç kəsin hüquqlarını pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun alimentlə bağlı hissəsi könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs 2024-cü ilin may ayının 1-dən başlayaraq hər ayın 1-dən 5-nə kimi olan tarixdə 500 (beş yüz) manat alimentin tutularaq Ərizəçi adına olan bank kartı hesabına ödənilməsinə dair hissədə barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs 2024-cü ilin may ayının 1-dən başlayaraq hər ayın 1-dən 5-nə kimi olan tarixdə 500 (beş yüz) manat alimentin tutularaq Ərizəçi adına olan bank kartı hesabına ödənilməsinə dair Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4529/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4529/2024
06.08.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver