Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-457/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən onun adına qanunsuz və əsassız olaraq yazılmış 518,40 manat cərimənin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Aşıq Ələsgər küçəsində yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********15530 olmaqla, İddiaçı qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın mənfiyə getdiyi barədə qeyd aparılmış, X1 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 4320 m3 (518,40 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Aşıq Ələsgər küçəsində (Gəncə şəhəri, Bakı Fəhləsi küçəsinin yuxarı hissəsi) yerləşən bağ evinə "Azəriqaz" İB-nin X1 İstismar İdarəsi (qaz paylayıcı) tərəfindən xx.xx.2011-ci ildə qaz sayğacı quraşdırılmış və qaz sayğacı onun istifadəsinə verilmişdir. Qaz sayğacı quraşdırılan tarixdən, yəni 2011ci il tarixdən 2023-cü ilin fevral ayına qədər təbii qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödənişləri də vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə "Azəriqaz" İBnin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilərək yaşadığı evdə olan qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz olunması üçün dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixdə, yəni dörd aydan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişir. Həmin akta əsasən sayğacın hesablanma mexanizminin keçən qazı qeyd etməməsi göstərilmiş və nəticədə 4320 m3 qaz itirilməsi qeyd edilmişdir. Buna görə də ona əsassız şəkildə, işlətmədiyi qaza görə 518 (beş yüz on səkkiz) manat cərimə yazılmışdır. Azərbaycan Respublikasında qaz sayğaclarının istifadə müddəti 5 il nəzərdə tutulmuşdur. Hər il dövri olaraq qaz sayğacı "Azəriqaz" İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmalı və əgər nasazlıq aşkarlanarsa, qaz sayğacı yenisi ilə əvəzlənməlidir. O, ümumiyyətlə qaz sayğacına müdaxilə etməmiş va sayğacın mənfiyə işləməsi onun təqsiri üzündən baş verməmişdir. Bundan başqa, sayğacın saz vəziyyətdə olmasına nəzarət etmək qaz paylayıcısının üzərinə düşür. Yəni vaxtlı-vaxtında paylayıcı sayğacın işlək vəziyyətə olubolmamasını yoxlamalı və baş verə biləcək hər hansısa hadisələrin qarşısını almalıdır. O, istehlakçı olaraq üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib hər ay işlətdiyi qazın pulunu ödəmiş, lakin qazın istehlakçıya çatdırılmasına cavabdeh olan təşkilat tərəfindən öhdəlik lazımınca icra edilməmiş və heç bir günahı olmadığı halda ona artıq olaraq cərimə yazılmışdır. Halbuki, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamış və o, işlətdiyi qazın pulunu hər ay vaxtlı-vaxtında ödəmişdir. Qaz sayğacı cavabdeh təşkilat tərəfindən aparılandan uzun müddət sonra, yəni bir neçə gün bundan əvvəl ona məlum olmuşdur ki, "Azəriqaz" İB tərəfindən ona əsassız olaraq 518,40 manat cərimə yazılmışdır. Cavabdeh təşkilat öz sənədlərində sayğaca baxış keçirilməsini, sayğacın plombunun üzərində olduğunu və sayğaca kənar müdaxilə olmadığını, sayğacın yivli birləşmələrinin korroziyaya uğradığını qeyd etsələr də, nədənsə günahkar olaraq iddiaçını görmüş və ona əsassız və qanunsuz olaraq cərimə yazmışlar. Göründüyü kimi, istehlakçı olaraq cavabdeh təşkilat tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilərək əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, sözügedən ünvanda çox vaxt keçirmədiklərindən aylıq 10-15 manat ödəniş edirdi, sayğac evdən kənarda – küçədə yerləşir. Əvvəlki sayğacın istismar müddəti bitdiyindən cavabdeh təşkilatın əməkdaşlarına məlumat vermiş, sayğac yenisi ilə - smart-kart tipli sayğacla əvəz olunmuşdur. Borcun məbləğindən isə yaxın vaxtlarda məlumatı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 09 fevral 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent kodu **********15530 olan, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Aşıq Ələsgər küçəsində yaşayan sifarişçi (istehlakçı) kimi qeydə alınmış İddiaçı yaşadığı ünvana quraşdırılmış Aron G-4 markalı, 1002AQ**********7 nömrəli sayğac yeni sayğacla – Zenner G-4 markalı sayğacla əvəz olunmuş, səbəb isə sayğacın əvəzlənməsi olmuşdur. Digər qeydlər hissəsində “sayğacın mənfiyə getdiyi” yazılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış sözügedən ünvanda quraşdırılmış 1002AQ**********7 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdehın verdiyi 14-2-2/3-5-2382 rəyə əsasən G-4 markalı, 1002AQ**********7 nömrəli sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, yivli birləşmələrin korroziyaya uğradığı, sayğacın mənfiyə işlədiyi, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində “Alarm – 1” rejiminin aşkar olunmadığı və sayğacın istismara yararsız olduğu müəyyən edilmiş və dəymiş ziyanın 4320 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sözügedən ünvan üzrə icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Aşıq Ələsgər küçəsi üzrə abonent kodu **********15530 olan abonent İddiaçı saldosundan görünür ki, abonent hesabına 2023-cü ilin iyun ayında 4320 m3 sərfiyyat edilmiş, qalıq və aktlar üzrə 518,40 manat borc hesablanmışdır. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 1002AQ**********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 1002AQ**********7 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 4320 m3 itirilmiş təbii qaz üçün 518,40 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Aşıq Ələsgər küçəsində yerləşən fərdi yaşayış evi (abonent kodu **********15530 olan) üzrə təbii qazın itkisinə görə abonent İddiaçı iğluna Cavabdeh tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat pul məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-457/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-457/2024
25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver