Məhkəmə qərarları › İş №2(125)-4593/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4593/2023

25.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4593/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 81/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" ASC arasında bağlanmış hərracın yekunlarına dair prostokolların və eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, digər Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə islasında iştirak edən vəkili səlahiyyətini təsdiq edən sənədi (etibarnaməsini) məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (Bundan sonra-MPM) 185.4-cü və 185.6-cı maddələrinə əsasən işə iddiaçının və digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilən qanunvericilik normasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsaslanaraq məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin hazırlıq iclasına gəlmədiyi üçün habelə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddia ərizəsinin baxılmamış saxlanması ümumi qaydada yenidən ərizə ilə məhkəməyə müraciət etməyə maneə deyildir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 81/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar