Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4595/2025 08.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə anadan olmuş övladı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, övladı X6 xx.xx.2007-ci ildə anadan olmuş, anadangəlmə serebrezial iflic doğulmuşdur. Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində TSEK tərəfindən tam əmək (fəaliyyət) qabiliyyəti olmayan şəxs olaraq birinci qrup əlillik təyin edilmiş və ona baxıcı kimi təyin edilmişdir. Övladının 18 yaşı tamam olmuşdur. Ərizəçi ona baxıcı kimi qəyyumluq təyinatı olan vəsait dayandırılmışdır. Yenidən vəsaitin təyinatı barədə Gəncə şəhər İcra Hakimiyyəti Başçısına müraciət etdikdə,Gəncə Şəhər İcra hakimiyyəti Başçısının birinci müavini Adil Tağıyev tərəfindən 17 iyun 2025-ci il tarixli, 5-1/2-T-19-1575/2025 saylı məktubla imtina edilərək məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi X2 maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün zəruridir. Qeyd edilən səbəblərdən övladı X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi iştirak etmiş, ərizəni müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək, sonda ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirak etmiş və ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı sayılmalı və təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur, anası Ərizəçi, atası X4r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Beləliklə, qeyd edilən sübutlardan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X6 anasıdır və hazırki ərizə ilə məhkəməyə müraciət emək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Baxılan işdə şəxsin- X2 pxisi vəziyyətini müəyyən etmək üçün Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin qəradad əsasında ekspertiza keçirilmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi X9 şöbəsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli 647 saylı rəydən müəyyən olunur ki, xx.xx.2007-ci il tarxdə anadan olmuş X5 hazırda uşaq serebral iflici nətiəsində ağır dərəcəli əqli gerilik xəstəlik müəyyən edilir. xx.xx.2007-ci ildə anadan olmuş X6 hal-hazırda uşaq serebral iflici nətiəsində ağır dərəcəli əqli gerilik xəstəliyi nəticəsində yaranmış psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X6 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4595/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4595/2025
08.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver