Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4596/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətinin 3 saylı Ərazi İdarəsi) «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətinin 3 saylı Ərazi İdarəsi) ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Kirovabad şəhər Stalin adına kolxozun xx.xx.1956-cı il tarixli 205 nömrəli arayışda göstərilən X3 həmin şəxsin ərizəçinin mərhum əri X4 doğum şəhadətnaməsində ata qrafasında göstərilən X5 və ölüm şəhadətnaməsində göstərilən X1 eyni şəxs olaraq sənədin ona məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməli, ərizəçiyə ilk öncə qeydiyyat orqanı tərəfindən verilmiş sənədlərdəki səhvlərin aradan qaldırılması üçün qeydiyyat orqanına müraciət etmək, daha sonra qeydiyyat orqanının qərarlarından (hərəkət və ya hərəkətsizliyindən) narazı qaldığı halda həmin qərarları inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəmədə mübahisələndirmək və həmin sənədlərin düzgünlüyünə nail olduqdan sonra, başqa qaydada əldə edə bilmədikdə sənədin şəxsiyyət vəsiqəsində göstərilən şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Q.D.Məmmədəliyevin atası X10, anası X11r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.1985-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli məktubunun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustavelli küçəsində yerləşən 59 nömrəli fərdi yaşayış evi Kirovabad şəhər Stalin adına kolxozun xx.xx.1956-cı il tarixli 205 saylı arayışına əsasən X3 adına olmuşdur. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, qeydiyyat orqanı tərəfindən verilmiş sənədlərdə (X4 doğum haqqında akt qeydi və X1 ölüm haqqında şəhadətnaməsi arasında) uyğunsuzluq, yaxud səhv aradan qaldırılmadan faktiki olaraq həmin sənədlərdəki şəxsin digər sənəddə göstərilən şəxslə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Kirovabad şəhər Stalin adına kolxozun xx.xx.1956-cı il tarixli 205 nömrəli arayışda göstərilən X7) eyni şəxs olmasının müəyyən edilməsi xahiş edilmişdir. Beləliklə, ərizəçi sənəddə adı, atasının və soyadı düzgün göstərilməmiş şəxsin şəxsiyyət vəsiqəsində adı, atasının adı və soyadı düzgün göstərilən şəxsə məxsus olması faktının müəyyən olunmasını deyil, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) tərəfindən verilən sənəddə (şəhadətnamədə) göstərilən şəxsə məxsus olması faktının müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələbinə görə də həmin faktın müəyyən olunması yolverilməzdir. Digər tərəfdən iddia tələbinin məzmunu vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlərlə əlaqədardır və ərizəçi həmin səhvlərin aradan qaldırılması üçün qeydiyyat şöbəsinə müraciət etsə də, qeyd olunan səhvlərin aradan qaldırılmasından imtina edilmişdir. Hazırki halda isə ərizəçi digər orqan tərəfindən verilən sənədin qeydiyyat orqanı tərəfindən verilmiş sənədlərdəki şəxsə məxsus olması faktının müəyyən olunmasını xahiş edir. Göründüyü kimi ərizəçi qeydiyyat orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər aradan qaldırılmadan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin xahişə baxılması və mülki məhkəmə icraatı qaydasında araşdırılması isə qeydiyyat orqanı tərəfindən buraxılmış səhvlərin məhkəmədə tədqiqi, yaxud onların düzgünlüyünün qiymətləndirilməsi, eləcə də səhvlər mövcuddursa onların aradan qaldırılması ilə nəticələnə bilər. Bu isə mülki məhkəmə icraatı qaydasında yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericilikdə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair sənəd aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də vətəndaşlıq vəziyyəti aktlarında yol verilən sənvlət (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və s.) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-nin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətinin və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:205767053; qəbzin nömrəsi:19054; terminal nömrəsi: K0100198; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətinin 3 saylı Ərazi İdarəsi) «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:205767053; qəbzin nömrəsi:19054; terminal nömrəsi: K0100198; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4596/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4596/2023
05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver