Məhkəmə qərarları › İş №2(125)-4597/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4597/2025

08.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4597/2025 08.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X6 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki falları: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X6 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1964-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı - xx.xx.1964-cü il təvəllüdlü X3 xx.xx.1964-cü il təvəllüdlü X3 4 il əvvəl keçirdiyi beyin infarktının nəticəsində baş beyin qan dövranının pozulmasının davamlı qalıq əlamətləri, kəskin başlamış vaskulyar demensiya dianozları ilə ağır xəstədir. O, tamamilə fəaliyyət qabiliyyətsizdir. Həyat yoldaşının xəstəliyi o dərəcədədir ki, heç nəyi dərk etmir, nə öz adını, nə yaxın ailə üzvlərinin belə adını bilmir, heç kimi tanımır, özünü idarə edə bilmir, hətta gündəlik ehtiyaclarını da həyata keçirə bilmir. O, demək olar ki, danışmır, öz mənafeyini dərk etmir, daimi qulluğa və nəzarətə ehtiyacı var. Həyat yoldaşına o, baxır, qayğısını o, çəkir. Lakin onun mənafeyini təmin etmək üçün üzərində rəsmi qəyyum təyin edilməlidir. Bunun üçün isə yoldaşının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə ehtiyac var. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Şahmurad Mustafayev onun əridir. Əri təzyiq səbəbi ilə 6 ildir ki, bu vəziyyətə düşmüşdür. Ərinə beyin infarktının nəticələri, keçirilmiş baş beyin qan dövranının pozulmasının davamlı qalıq əlamətləri, kəskin başlanmış vaskulyar demensiya, kəskin başlanmış vaskulyar demensiya diaqnozu qoyulmuş və birinci qrup əlillik təyin edilmişdir. Ərinin üzərində qəyyum təyin edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ona əri Şahmurad Mustafayevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X6 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - AZ-İİ seriyalı, 656479 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında nikah xx.xx.2025-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 yanvar 2025-ci il tarixdə 50 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mustafayev”, arvada “Vəliyeva” soyadı verilmişdir. - Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 birinci dərəcəli əlildir. Beyin infarktının nəticələri, keçirilmiş baş beyin qan dövranının pozulmasının davamlı qalıq əlamətləri. Kəskin başlanmış vaskulyar demensiya, kəskin başlanmış vaskulyar demensiya diaqnozu qoyulmuşdur. - Maraqlı şəxs 15 iyul 2025-ci il tarixli, 5-1/2-V-19/1852/2025 nömrəli məktubunda Ərizəçi Şahmurad Mustafayevin yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi səbəbi ilə onun qəyyumluğa verilməsinin qanunla nəzərdə tutulmadığı və Şahmurad Mustafayevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-4597/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 X7 Şöbəsinin 05 sentyabr 2025-ci il tarixli, 615 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X2 «Damar mənşəli (keçirilmiş beyin infarktı nəticəsində) Dərin Demensiya (Ağıl Zəifliyi)» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F01.0) müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər, anamnestik məlumatlar (dörd ildir ki, psixi vəziyyətində dəyişiklik yaranmasının bildirilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinə zamanı ona “Beyin infaktının nəticələri. Keçirilmiş baş beyin qan dövranın pozulmasının davamlı qalıq əlamətləri. Kəskin başlanmış vaskulyar demensiya. Kəskin başlanmış vaskulyar demensiya" diaqnozu qoyulmaqla əmək qabiliyyətsiz olduğu qeyd edilərək müddətsiz birinci dərəcəli əlillik təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X9ndə 01 noyabr 2024-cü il tarixdə müayinə zamanı ona Beyin infaktının nəticələri. Koordinator pozğunluqları ilə sağ tərəfli hemiparez. Üzvi mənşəli demensiya kənar şəxsin qulluğu” diaqnozu qoyulması, Azərbaycan Respublikası Gəncə şəhər Psixiatriya Xəstəxanasında 06 yanvar 2025-ci il tarixdə keçirilən Həkim Psixiatr Komissiyası zamanı ona “F01.0 — Kəskin başlanmış vaskulyar demensiya. MMSE17” diaqnozu qoyulması, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınması, Azərbaycan Respublikası Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanada 15 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək “Beyin infaktı. Keçirilmiş baş beyin qan dövranın pozulmasının davamlı qalıq əlamətləri. Ensefalopatiya İİİ mərhələ, sağ tərəfli dərin nəzərəçarpan hemiparez. Koqnitiv funksiyaların pozulması. Dayaqhərəkət yeriş və çanaq orqanların funksiyasının pozulması. Kəskin başlanmış vaskulyar demensiya. Daima kənar şəxsin qulluğuna ehtiyacı var” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və çaşqın olması, düşüncəsinin formal xarakterli olması, bələdliyinin özünə, zamana və məkana görə pozulması, söz ünsiyyətinə daxil ola bilməməsi, müayinə zamanı diqqətinin asanlıqla yayınması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, ona ünvanlanan sualları dərk etməməsi, yaddaş və intellekt funksiyalarının kəskin dərəcədə zəifləməsi, maraq dairəsinin məhdud olması, emosional kövrək olması, keçirilən ekspertizanın məqsədini dərk etməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və s.) sübut edir. Yoxlanılan şəxs X2 «Damar mənşəli (keçirilmiş beyin infarktı nəticəsində) dərin demensiya (ağıl zəifliyi)» psixi xəstəliyi müəyyən edilir. Yoxlanılan şəxs X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, X3 Ərizəçi əridir. Belə olan halda Ərizəçi – əri Şahmurad Mustafayevin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquq baxımından haqlıdır. Daha sonra məhkəmə qeyd edir ki, X1 barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, Ərizəçi əri olan Şahmurad Mustafayevin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəmə-psixiatrik ekspertizasının 05 sentyabr 2025-ci il tarixli, 615 nömrəli rəyi ilə də yoxlanılan şəxs X2 «Damar mənşəli (keçirilmiş beyin infarktı nəticəsində) dərin demensiya (ağıl zəifliyi)» psixi xəstəliyi müəyyən edildiyi, yoxlanılan şəxs X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı və X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu qeyd edilmişdir. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1964-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar