Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4637/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X37 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı miras paya hüququn tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 220-də yerləşən miras əmlaka bütövlükdə pay hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 vəsatətinə əsasən X17 və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdurlar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X23 xx.xx.1995-ci ildə vəfat etmişdir. O, xx.xx.1993-cü ildə vəsiyyətnamə verərək Gəncə şəhəri, Kommunist (indiki Təbriz) küçəsi, ev 220-ni X14 vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. X20 onun həyat yoldaşıdır. Onunla xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onun yaşadığı ünvan 4-yə gəlin köçmüşdür. xx.xx.2022-ci il tarixdə X20 vəfat etmişdir. Onunla birgə uşaqları olmamışdır. Nasimin vəfatının ildönümünədək ünvan 4-də mübahisəsiz qaydada yaşamışdır. Ancaq onların davranışının hər ötən gün pisləşməsi hərəkətlərində olmasa da, üzlərindəki mimikadan açıq-aşkar görünmüşdür. Bu isə onu narahat etməyə bilməzdi. ünvan 4 Nasimə vəsiyyət edildiyinə görə o da Nasimin vərəsəsi olaraq qeyd olunan vəsiyyətnaməni götürərək 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X15 vərəsələri arasında mübahisə olması əsası ilə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Hal-hazırda miras qoyan X15 qanun üzrə birinci növbə vərəsələri Cavabdeh2 və Cavabdeh3dır. Onlar isə uzun illərdir ki, qeyd olunan ünvanda yaşamırlar. Qeyd olunan miras əmlakla bağlı faktiki mübahisəni yaradan şəxslər Nasimin anası X17, qardaşı X21 və X6r. Onun işə getməyindən istifadə edərək evin açarlarını dəyişmiş və onu evə buraxmamağa başlamışlar. Bununla bağlı olaraq dəfələrlə polisə müraciətlər etmişdir. Polis tərəfindən hər hansı tədbir görülməmişdir. Onlar qıfılı dəyişir, o isə qıfılı qırmışdır. Beləcə günləri keçib gedir. Əgər məhkəmə tərəfindən mübahisə həll olunmasa onun fəsadları daha pis olacaqdır. Ona görə də məhkəmədə miras əmlakın faktiki qəbuluna və s. tələbə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, 1 ildir ki, əsassız olaraq onu evdən çıxarmışdırlar, əşyalarını götürməyə belə qoymamışdırlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddiaçının iddia etdiyi evin ölmüş şəxs X15 adına rəsmi reyestrdə qeydə alınmamasını və arxiv sənədlərində ilkin qeydlərdə X2 qeyd olunmamaqla ziddiyyətli olduğundan iddia tələbinin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq göstərilən ünvanda yaşamadığı üçün məhkəmə cavabdehin sonuncu yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli, 3-21-3-33/2- 10386/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 220 saylı fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı ərazi idarəsinin arxiv məlumatlarında hüquq sahibinin soyadının qeyd edilmədiyi, Kommunal Təsərrüfat Nazirliyinin 1986-cı il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportunda «Məmməd Hüseyn oğlunun» adının qeyd edildiyi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv sənədlərində olan Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 505-3 inventarizasiya nömrəli pasportun təsdiq olunmuş surətindən görünür ki, ev sahibinin familiyası, adı, atasının adı «Mamed Hüseyn» oğlu kimi qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X15 vərəsəsi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11603/2023 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, 220 ünvanında yerləşən əmlaka dair hüquq sahibinin soyadı qeyd edilmədiyi, habelə əmlak üzərində digər vərəsə ilə mübahisə olduğu və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X15 vərəsəsi X16 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-5906/202 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən əmlaka dair hüquq sahibinin soyadı qeyd edilmədiyi, habelə əmlak üzərində mübahisə olduğu və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Gəncə şəhəri 4 nömrəli dövlət notariat ofisində xx.xx.1993-cü il tarixdə 1298 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X23 ona məxsus olan Gəncə şəhəri, Kommunist küçəsi-220 ünvanda yerləşən mülkü X14 vəsiyyət etmişdir. Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-2031/2024 nömrəli məktubdan görünür ki, X15 vərəsələri arvadı X28 (xx.xx.1999-cu ildə vəfat edib), oğlu X24, oğlu X18 (xx.xx.1981-ci ildə vəfat edib), qızı Rəhimova (Səmədova) Tünzalə Məmməd qızı və oğlu Cavabdeh2dur. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1948-ci ildə anadan olmuş X8 ata qrafasında X25, ana qrafasında X12 qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X18 xx.xx.1981-ci ildə ölmüşdür. İİİ-JQ 470308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci ildə anadan olmuş X9 ata qrafasında X22, ana qrafasında X3 qeyd olunmuşdur. AZ-İ 917934 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 ilə İsmayılova Hicran Qnyaz qızının nikahları xx.xx.2014-cü ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 559 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 283643 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.2022-ci ildə ölmüşdür. xx.xx.2023-cü il tarixli 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisində 8İ-14828 reyestr nömrə ilə təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı X10 miras qalmış Gəncə şəhəri, Təbriz küçəsi, 220 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarından görünür ki, miras qoyan X15 adına qalmış miras əmlaka dair vərəsələr arasında razılaşma olmadığından vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı iddia etmişdir ki, Gəncə şəhəri, Təbriz küçəsi, 220 ünvanında yerləşən fərdi yaşayış evi mərhum əri X9 babası X10 miras qalmışdır. X23 həmin evi onun əri X14 vəsiyyət etmişdir. Əri öldükdən sonra ərinin ildönümünədək həmin ünvanda mübahisəsiz qaydada yaşamışdır. Ərinin vərəsəsi olaraq 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin miras qoyan X15 vərəsələri arasında mübahisə olduğundan vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbinə qarşı etiraz edərək, iddiaçının iddia etdiyi evin ölmüş şəxs X15 adına rəsmi reyestrdə qeydə alınmadığını və arxiv sənədlərində olan ilkin qeydlərdə X1 qeyd olunmamaqla ziddiyətli olduğunu göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra-MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mirasın açıldığı vaxt qüvvədə olmuş 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, iddiaçı Gəncə şəhəri, Təbriz küçəsi, 220 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum əri X9 babası X10 miras qaldığını iddia etsə də, həmin əmlakın X19 məxsus olması və sonuncunun adına rəsmi reyestrdə qeydiyyata alınması barədə mötəbər sübut təqdim etməmişdir. Halbuki, qeyd olunan qanunvericilikdən görünür ki, mirasa (miras əmlaka) yalnız miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X7 qarşı miras paya hüququn tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4637/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4637/2024
21.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver