Məhkəmə qərarları › İş №2(125)-4716/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4716/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4716/2023 05.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “Azqaz Təmir-tikinti Tresti tərəfindən xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi Salman qızının adına xx.xx.1993-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. 1993-cü ilin fevral ayının 2-dən “Azqaz Təmir-tikinti Trest”ində əmək fəaliyyətinə başlamışdır. Adına xx.xx.1993-cü il tarixdə həmin müəssisə tərəfindən əmək kitabçası açılmışdır. Əmək kitabçasının nömrəsi AT-Vİİİ N° 8764926-dır. Sonrakı illərdə də əmək fəaliyyəti fasiləsiz olaraq Maraqlı şəxs2ın müxtəlif qurumlarında olmuş, xx.xx.2022-ci il tarixdə işdən azad olunmuşdur. Əmək kitabçası ona təqdim edilərkən şəxsi məlumatlarda təhrif və səhvliklərin olduğunu görmüşdür. Belə ki, əmək kitabçasının titul hissəsində yazılmış şəxsi məlumatlarımda doğum tarixi xx.xx.1962-ci il, ata adı isə Salman kimi səhv yazılmışdır. Əslində doğum tarixi xx.xx.1955-ci il, ata adı isə Səlmandır. İşlədiyi üçün pensiya haqqında düşünmək ağlına belə gəlmirdi. İşdən ayrıldıqdan sonra bu haqda düşünmüş, pensiya təyin olunması üçün aidiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müracət etdim, mənə məxsus şəxsiyyəti təsdiq edən sənəddə qeyd olunmuş doğum tarixi ilə (xx.xx.1955-ci il), əmək kitabçasında qeyd olunmuş doğum tarixi (xx.xx.1962-ci il) arasında uyğunsuzluq olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün hesab edilməmiş, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Əlavə olaraq sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra yaşa görə əmək pensiyasının təyin olunmasına yenidən baxılacağı bildirilmişdir. Beləliklə, Əmək kitabçasında səhvən aparılmış qeydlər ona yaşa görə əmək pensiyası almaq üçün maneə yaradır. Onun xx.xx.1955-ci ildə anadan olmağı Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş N205/Q-1560/70 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan da görmək olur. Əmək Kitabçasında müvafiq düzəliş edilməsi üçün işlədiyi idarəyə müraciət etmiş, lakin müsbət cavab almadığından məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin arayışından görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Qaz İxrac” idarəsinin Qazax Magistral X3 (MQKS) arxivində saxlanılan ərizəçiyə məxsus AZE N° 0******* seriyalı və nömrəli şəxsiyyət vəsiqəsinin (Gəncə-Nizami RPŞ tərəfindən xx.xx.2007-ci il tarixdə verilmişdir), **********667 nömrəli dövlət sosial sığorta şəhadətnaməsinin, 05 fevral 1993-cü il tarixində doldurulmuş əmək kitabçasının surətlərində, eləcə də 20 may 2010-cu il tarixində ərizəçi tərəfindən yazılaraq doldurulmuş kadr anketində və tərcümeyi-halda doğulduğu tarix 25 aprel 1962-ci il qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xarici pasportun surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2/2-2937/2023 nömrəli məktubundan görünür ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Qazax Magistral X3 (MQKS) arxivində saxlanılan ərizəçiyə məxsus AZE Ns 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin (Gəncə-Nizami RPŞ tərəfindən xx.xx.2007-ci il tarixdə verilmişdir), **********667 nömrəli dövlət sosial sığorta şəhadətnaməsinin, xx.xx.1993-cü il tarixində doldurulmuş əmək kitabçasının surətlərində, eləcə də xx.xx.2010-cu il tarixində iddiaçı tərəfindən yazılaraq doldurulmuş kadr anketində və tərcümeyi-halda iddiaçının doğulduğu tarix xx.xx.1962-ci il qeyd edilmişdir. Bu barədə vətəndaş Ərizəçi SOCAR-a daxil olmuş xx.xx.2022-ci il tarixli SOCAR**********10210033BƏ00683 nömrəli ərizəsi əsasında da aidiyyəti üzrə SOCAR-ın “Qaz İxrac” İdarəsində müvafiq araşdırma aparılmış və İdarənin xx.xx.2023-cü il tarixli 14- 2-12/2-Ə-1/24/2022-1 nömrəli məktubu ilə vətəndaşa məlumat verilmişdir. İş materiallarında olan Gəncə-Nizami RPŞ tərəfindən verilmiş AZE 0******* seriyalı xx.xx.2007-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Gəncə şəhərində doğulmuşdur. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, AT-Vİİİ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi Salman qızı xx.xx.1993-cü ildə 18 nömrəli əmrlə “Azqaztəmir-tikinti tresti”nin THİB kadrlar üzrə müfəttişi qismində işə qəbul olunmuş, xx.xx.2001-ci il tarixli 65 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ata adı ona məxsus bütün sənədlərdə “Səlman” kimi göstərilsə də, xx.xx.1993-cü il tarixli, AT-Vİİİ seriyalı, ******* nömrəli əmək kitabçasında ata adı “Salman” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sosial təminat hüququnun realizəsi üçün tələb olunur. xx.xx.1993-cü il tarixli, AT-Vİİİ seriyalı, ******* nömrəli əmək kitabçasında göstərilən “Ərizəçi Salman qızı” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – pasportun surəti, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfdən məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ata adı ona məxsus bütün sənədlərdə “Səlman” kimi göstərilsə də, əmək kitabçasında ata adı “Salman” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sosial təminat hüququnun realizəsi üçün lazımdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə qismən təmin edilməli, xx.xx.1993cü il tarixli, AT-Vİİİ seriyalı, ******* nömrəli əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4716/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Ərizəçi təvəllüdünə dair hissədə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1993-cü il tarixli, AT-Vİİİ seriyalı, ******* nömrəli əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar