Məhkəmə qərarları › İş №2(125)-4716/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4716/2024

01.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4716/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəliyin, mirasın tərəfindən qəbul edilməsinin və miras əmlakdan payının müəyyən edilməsi, miras payına mülkiyyət hüququnun tanınması və payının naturada ayrılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəliyin, mirasın tərəfindən qəbul edilməsinin və miras əmlakdan payının müəyyən edilməsi, miras payına mülkiyyət hüququnun tanınması və payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras mülkə (yaşayış evinə və torpaq sahəsinə) vərəsəliyinin, mirasın tərəfindən qəbul edilməsinin və miras əmlakdan payının müəyyən edilməsi, miras payına mülkiyyət hüququnun tanınması, payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsini yoxlayarkən müəyyən edilmişdir ki, iddia tələbi qeyri-müəyyən şəkildə qaldırılmışdır. Belə ki, iddiaçı iddia ərizəsinin “xahiş etdi” hissəsində ünvan 1 ünvanında yerləşən miras mülkə (yaşayış evinə və torpaq sahəsinə) vərəsəliyinin, mirasın tərəfindən qəbul edilməsinin və miras əmlakdan payının müəyyən edilməsi, miras payına mülkiyyət hüququnun tanınması, payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etməklə, iddia ərizəsində qeyri-müəyyənliyə yol vermişdir. Başqa sözlə, iddiaçı bir tərəfdən miras əmlakdan tam payının müəyyən edilməsini xahiş etdiyi halda, digər tərəfdən tam payının müəyyən edildiyi əmlakın naturada bölünməsini xahiş etmişdir. Hansı ki, bu xahişlər mahiyyət etibarilə bir-biri ilə ziddiyyət təşkil edir. Bununla da müəyyən olunur ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verilmişdir. O cümlədən, iddia ərizəsi məhkəməyə qeyri-prosessual formada verilmiş, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir icraatda birləşdirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə qarşı hər biri ayrılıqda olmaqla müstəqil tələblə məhkəməyə müraciət etməlidir. Bu da nəticə etibarilə onu deməyə əsas verir ki, həmin tələblər bir biri ilə uyuşmayan, fərqli sübutetmə üsuluna malik tələblərdir. Belə ki, iddianın bir hissəsi olan iddiaçının X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras mülkə (yaşayış evinə və torpaq sahəsinə) vərəsəliyinin, mirasın tərəfindən qəbul edilməsinin və miras əmlakdan payının müəyyən edilməsi, miras payına mülkiyyət hüququnun tanınması tələbi vərəsəlik hüquq münasibətinə aiddir. Bundan başqa iddiaçı naturada bölünməsini tələb etdiyi torpaq sahəsi və həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində payını müəyyən etməli, yalnız bundan sonra o, torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ona çatası hissəsinə mülkiyyət payını müəyyənləşəndən sonra mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən payının naturada bölünməsi ilə bağlı tələblə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, payların naturada bölünməsi daha çox xüsusi bilik tələb etdiyindən bu sahədə müəyyən ekspertizanın təyin edilməsi zərurətini yaradır. Ekspertin isə payı dəqiq müəyyən olunmayan mülkiyyətçinin əmlakının ümumi əmlakdan olan hissəsinə münasibətdə payının naturada bölünməsinin mümkünlüyü barədə rəy verməsi həm praktik həm də nəzəri olaraq mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qərar verdim: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəliyin, mirasın tərəfindən qəbul edilməsinin və miras əmlakdan payının müəyyən edilməsi, miras payına mülkiyyət hüququnun tanınması və payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah olunur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar